Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Leyla Yunusun xəyanətkar portretinin yeni ştrixləri...

Leyla Yunusun xəyanətkar portretinin yeni ştrixləri...

30.12.2012 [13:26]

“Hüquq müdafiəçisi” ermənilərlə uzun illərdir davam edən əməkdaşlığını etiraf edib
Məlum olduğu kimi, ölkəmizdə bəlli bir kəsim var ki, onlar xalqımızın, dövlətimizin əldə etdiyi uğurlara nəinki sevinmir, hətta düşmən münasibəti bəsləyərək bu nailiyyətin üstünə kölgə salmaq, onu qaralamaq üçün bütün gücünü səfərbər edir. Bundan başqa, həmin kəsimin ən böyük “özəlliyi” düşmənlə işbirliyində olmasıdır. Xalqımızın düşməni - Xocalı soyqırımını törədən, Azərbaycan torpaqlarını işğal altında saxlayan ermənilərlə müttəfiqliyindən fəxrlə danışan belələri görəsən, hansı mənəvi haqla özünü azərbaycanlı adlandırırlar?
Bu məqamda vurğulamaq yerinə düşər ki, hər zaman ermənilərin dəyirmanına su tökənlərin siyahısının başında yer alan Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunusun maskası növbəti dəfə cırıldı və onun kimliyi Azərbaycan cəmiyyətinə bir daha ifşa olundu. Belə ki, Ermənistanın “Erkramas” qəzeti L.Yunusun bir açıqlamasını yayıb. Həmin açıqlamasında L.Yunus deyib ki, 2013-cü ilin yanvar ayında Bakıda və Yerevanda ilk erməni-Azərbaycan birgə internet veb-saytı rəsmi təqdim olunacaq. Onun sözlərinə görə, “İctimai müzakirələr” adlanan bu internet resursu iki QHT-nin- Sülh və Demokratiya İnstitutunun və Ermənistanın “Region” Araşdırmalar Mərkəzinin uzun illərlə davam edən əməkdaşlığının nəticəsi olaraq ortaya çıxıb.
Bəli, bu fikirləri məhz Leyla Yunus bildirib və göründüyü kimi, etiraf edib ki, onun təşkilatı, həmçinin, özü illərdir ki, ermənilərlə işbirliyindədir, müttəfiqdir. Sözügedən açıqlamanı və illərdir müşahidə olunanları nəzərə aldıqda bəlli olur ki, bu insanda milli təəssübkeşlik anlayışı yoxdur, milli mənafe, milli maraq Leyla Yunus üçün heç bir anlam daşımır. Amma Leyla Yunus Azərbaycan vətəndaşıdır və hüquqi cəhətdən Azərbaycana bağlı bir insanın xalqının, dövlətinin düşməni ilə müttəfiqlik etməsinin bir adı var-satqınlıq, xəyanət!
Əslində, bu, Leyla Yunus üçün xarakterik bir portretdir və baş verənlər sadəcə bu portretin yeni ştrixləridir. O mənada ki, hələ bir neçə ay öncə “Eurovision-2012” mahnı müsabiqəsi dövründə məhz Leyla Yunusun rəhbərliyi altında yarışmanın reallaşmaması üçün fəaliyyət başlamışdı. Onun mövqeyi həmin vaxt ermənilərin mövqeləri ilə olduqca “gözəl” uzlaşırdı. Azərbaycana, ölkəmizin uğurlarına daima ermənilərdən betər ermənipərəst mövqe ilə yanaşan L.Yunus hər zamankı kimi o dövrdə də hədəf olaraq Azərbaycan xalqının və dövlətinin milli maraqlarını seçmişdi. Göründüyü kimi, aylar ötsə də, illər keçsə də L.Yunusun hədəfi dəyişmir. O, yenə də azərbaycanlı körpələrin qatili olan ermənilərlə dostluq, əməkdaşlıq qurur, bu əməkdaşlığından isə Azərbaycan xalqına və dövlətinə qarşı istifadə edir. Milli mənsubiyyəti hər zaman müzakirə və mübahisə mövzusu olan bu insan sanki dövlətimizin və xalqımızın maraqlarına zərbə vurmaq, hər an erməni dəyirmanına su tökmək üçün kodlaşdırılıb. Bu isə təsadüf deyil. Ermənipərəst dairələr tərəfindən maliyyələşdirilən və illərdir xalqımıza qarşı nifrətlə dolub daşan Leyla Yunus bunu artıq özünə peşə edib.
Bəli, Azərbaycan vətəndaşının ən birinci vəzifəsi öz xalqının, dövlətinin marağını qorumaqdır. Əgər kmisə bu xalqın marağını, mənafeyini belə ucuz şəkildə satırsa, deməli, onun bu cəmiyyətə, bu ictimaiyyətə dəxli yoxdur. Əslində, Leyla Yunus kimilərinin fəaliyyəti yalnız ermənipərəst dairələrin pulu qarşılığında nökərçilikdən ibarətdir. Bu gün leylayunusları narahat edən Azərbaycanın maraqlarının güclü şəkildə qorunması, dövlətimizin bütün dünyada tanınması, iqtisadi qüdrətimizin artması, vətəndaşlarımızın sosial rifahının yüksəlişi və ən əsası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində üstün bir mövqeyə malik olmağımızdır. Ermənilərlə işbirliyində olan Leyla Yunusu narahat edən də Azərbaycanın Ermənistanı üstələməsi, haqq səsini dünyaya çatdırmasıdır. Elə bu səbəbdən də körpə qatillərinin yanında yer alan, soyqırımı törədənlərin qaşığına çevrilən Leyla Yunusun özünün özünə azərbaycanlı deməyə mənəvi haqqı çatmır...
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1118 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31