Milli Məclisin yaz sessiyası öz işinə başlayıb
02.02.2013 [02:23]
Deputatlar sessiyanın iş planını təsdiq ediblər
Dünən Milli Məclisin 2013-cü il yaz sessiyasının ilk plenar iclası keçirilib. Sessiya Dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Deputatlara qanunvericilik fəaliyyətində uğurlar arzulayan Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, sessiyalararası dövrdə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyası keçirilib: “Bu sessiyada anti-azərbaycançı qüvvələr tərəfindən Azərbaycanda “siyasi məhbus”larla bağlı məruzə təqdim edilmişdi. Ancaq dövlət başçısı İlham Əliyevin qətiyyətli daxili və xarici siyasəti həmin qüvvələrin öz məqsədlərinə nail olmağa imkan vermədi və həmin məruzə AŞ PA tərəfindən rədd edildi”.
Spiker bu münasibətlə deputatlara təşəkkürünü bildirib.
Oqtay Əsədov deyib ki, Milli Məclisi yaz sessiyasında da çox məhsuldar və gərgin iş gözləyir. Bu sessiya ərzində qanun və qərar layihələrinin müzakirəsi ilə yanaşı, Hökumətin, Ombudsmanın, Hesablama Palatasının, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzələri dinləniləcək. Milli Məclisin sədri əmin olduğunu bildirib ki, parlament keçmiş sessiyalar kimi 2013-cü ilin yaz sessiyasını da uğurla başa vuracaq.
Gündəliyin müzakirəsinə keçməzdən əvvəl deputatlar bir sıra məsələlərlə bağlı çıxış etdilər, təkliflər irəli sürüblər. İlk çıxış edən millət vəkili Çingiz Qənizadənin təklifi dini qurumların maliyyə məsələlərinin şəffaflaşdırılması barədə olub. Onun sözlərinə görə, müəyyən dini təşkilatlar xaricdən qrant və ianələrlə maliyyələşirlər. Bəzən bu qrantların verilməsi saf niyyətli olur, bəzən isə radikal qrupların, terrorçuların məqsədlərinə xidmət edir. Bəzən də maliyyə nağd verildiyinə görə vergidən yayındırılır, hesabatı verilmir. Bunun ciddi məsələ olduğunu deyən Çingiz Qənizadə dini qurumların maliyyə məsələlərinin şəffaflaşdırılması üçün qanunvericiliyə müvafiq dəyişikliklər edilməsinə dair layihə hazırladığını diqqətə çatdırıb.
Daha sonra gündəlikdəki məsələlər müzakirə edilib. İlk olaraq Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının yenidən təşkil edilməsi haqqında məsələlər müzakirəyə çıxarılaraq təsdiq olunub.
Eyni zamanda, Milli Məclisin 2013-cü il yaz sessiyasının qanunvericilik işləri planının layihəsi müzakirə edilib. Qeyd edək ki, qanunvericilik işləri planına əsasən yaz sessiyası dövründə Milli Məclisdə Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin, “İctimai iştirakçılıq haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Reklam haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi” haqqında qanun layihəsi, “Silahlı qüvvələr və başqa silahlı birləşmələr haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Elm siyasəti haqqında”, “Memarlıq fəaliyyəti haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihələrinin, habelə, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihələrinin müzakirəsi nəzərdə tutulur. Sessiya ərzində qanunvericilik işləri planında nəzərdə tutulmuş layihələrdən başqa Milli Məclisdə qanunvericilik təşəbbüsü ilə daxil olacaq məsələlər də müzakirə ediləcək.
Müzakirələrdə çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu sessiyada İnzibati Xətalar Məcəlləsinin yenidən hazırlanıb qəbul edilməsini təklif edib. Çünki bu qanunda o qədər dəyişikliklər edilib ki, yeni bir məcəllənin qəbul edilməsi zərurəti yaranır. Millət vəkili Seçki Məcəlləsinə dəyişikliklər edilməsinə dair fikirlərə də münasibət bildirib: “Bu məcəllədə fundamental dəyişikliklər etməyə heç bir ehtiyac yoxdur. Çünki Seçki Məcəlləsi ilə kifayət qədər azad, ədalətli, demokratik seçkilər keçirilib və bundan sonra da bu seçkilərin keçirilməsi davam edəcək. Seçki komissiyalarının ünvanına tənqidi fikirlər də əsassızdır. Əgər əhali müxalifətə səs vermirsə, bunda seçki komissiyalarının nə günahı? Dünyanın heç bir ölkəsində komissiyaların seçkiyə heç bir təsiri yoxdur. Belə ki, seçkiləri ABŞ-da bitərəflər, Fransada Daxili İşlər Nazirliyi, Polşada hakimlər keçirir. Başqa-başqa ölkələrdə siyasətə aidiyyatı olmayan insanlar keçirir. Bizdə isə parlamentdə təmsil olunmuş partiyaların nümayəndələri ilə birlikdə seçki komissiyası yaranır və bu seçkiləri keçirir. Azərbaycanda da normal seçki komissiyaları ilə azad, demokratik, ədalətli seçkilər keçirilir. Xalq kiməsə səs vermirsə, buna seçki komissiyası günahkar deyil. Qanunvericiliklə də həmin şəxslər öz təbliğatlarını ödənişli və ödənişsiz formada apara bilirlər”.
S.Novruzov yaz sessiyasının ilk iclasında rayonlarla bağlı səslənən fikirlərə də münasibət bildirərək deyib ki, hər hansı bir xuliqanlıq hadisəsini böyüdərək siyasi hadisəyə çevirmək istəyənlər müəyyən məqsədlər güdənlərdir.
Müzakirələr zamanı deputatlardan Elmira Axundova, Fəzail Ağamalı, Əli Məsimli, Zahid Oruc, Bəxtiyar Əliyev, Novruzəli Aslanov və digərləri iş planı ilə bağlı təkliflərini bildiriblər. Qanunvericilik işləri planı təsdiq olunub. Deputatlar gündəlikdə duran digər məsələləri də müzakirə edərək müvafiq qərarlar qəbul ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

