Əkrəm Naibov Azərbaycan xalqına və dövlətinə xəyanət edib
12.02.2013 [02:15]
Respublika ictimaiyyətinin Ə.Naibovun romanına etirazı davam edir
Məlum olduğu kimi, yazıçı Əkrəm Naibovun “Drujba narodov” jurnalında dərc olunan “Daş yuxular” romanı Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə etirazla qarşılanıb. Öz növbəsində, Prezident İlham Əliyev Əkrəm Əylislinin (Əkrəm Nəcəf oğlu Naibov) “Xalq yazıçısı” fəxri adından məhrum edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adını ləkələmiş bir şəxs kimi Əkrəm Naibovun bu addan məhrum edilməsi barədə dövlət strukturlarının, ictimai qurumların və vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınıb. Dövlət başçısının digər Sərəncamı ilə Ə.Əylisli (Ə.Naibov) Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən də məhrum edilib.
Qeyd edək ki, xalq tərəfindən sevinclə qarşılanan bu qərara Azərbaycan ictimai, siyasi xadimləri, həmçinin, QHT təmsilçiləri də münasibət bildiriblər.
Məsələyə münasibət bildirən Milli Məclisin üzvü Tahir Rzayev deyib ki, dövlət başçısının qərarı vaxtında və haqlı olaraq atılmış addımdır: “Ə.Naibov “Daş yuxular” romanında tarixi saxtalaşdırması, azərbaycanlılara nifrət sərgiləməsi və erməni təbliğatına haqq qazandırması ilə dövlətdən aldığı mükafatlara mənəvi haqqını itirmişdi. Aydın məsələdir ki, bu əsər meydana çıxandan sonra xalq Ə.Naibovu öz yazıçısı kimi görmək istəmir. O, daha böyük cəzaya, yəni, əbədi ümumxalq qınağına və nifrətinə layiqdir”.
Onun sözlərinə görə, Azərbaycan reallıqlarını əks etdirməyən bu əsər erməni ideologiyasına köklənib və ermənilərin mənafeyinə xidmət edir: “Tarixi faktların təhrif olunması bir yana, ermənilər tərəfindən törədilən hadisələrin, faciələrin azərbaycanlıların adına yazılması xalqımıza olan düşmən münasibətin ifadəsidir. Ə.Naibov öz əsəri ilə bu düşmənçiliyi qatil ermənilərdən daha çox büruzə verib”.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Aytən Mustafayeva dövlət başçısının sözügedən sərəncamlarını xalqın iradəsinə adekvat qərar adlandırıb: “Bu qərar cəmiyyətin istəyinə tamamilə uyğundur. Ə.Naibov “Daş yuxular” romanını yazmaqla xalq arasında özünə olan hörməti bütünlüklə itirib. Hesab edirəm ki, ictimaiyyətin səsinə, xahişinə dövlət başçımızın cavab verməsi təbiidir. Ermənistan dövlətinin və erməni lobbisinin Azərbaycana qarşı davamlı düşmənçiliyi məlum məsələdir. Lakin xalqın içərisində gizli düşmənlərin olması və onların milli maraqlar əleyhinə fəaliyyət göstərməsi kifayət qədər təhlükəli məqamdır. Ə.Naibov kimi nankor, millətinin, vətəninin qədrini bilməyən, dəyərləndirməyən insanlar xarici düşmənlərin əlində özümüzə qarşı silaha çevrilirlər. Ə.Naibov artıq Ermənistan ictimaiyyətində böyük dəstək qazanıb, onun bu əsəri sevinclə qarşılanıb. Bu da onun hansı xalqın, ölkənin mənafeyinə xidmət etdiyini göstərir. Onun üçün ən layiqli cəza Azərbaycanda adsız, hörmətsiz bir insan kimi həyatını başa vurmasıdır”.
Milli Məclisin üzvü Elman Məmmədov isə qeyd edib ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də xalqın iradəsinə, səsinə uyğun addım atdı: “Dövlət başçısı Ə.Naibova layiq olduğu yeri göstərdi. Azərbaycan xalqının əleyhinə yazılar yazan, Azərbaycan xalqına düşmən mövqedə dayanan bir şəxs nə Azərbaycanın “Xalq yazıçısı” adını daşımağa, nə Prezidentin fərdi təqaüdünə, nə də Azərbaycan vətəndaşlığına layiqdir. Ə.Naibov “Daş yuxular” romanında hansı xalqın mənafeyini güdürsə, tərifləyirsə, mədəni və xeyirxah adlandırırsa, deməli, o xalqın yanındadır, Azərbaycan xalqının yox. Hesab edirəm ki, cənab Prezidentimiz bu addımı ilə xalqın fikrini ifadə etdi və bu qərarı dəstəkləyirəm. Lakin düşünürəm ki, Ə.Naibovun cəzası bununla başa çatmayacaq. Ə.Naibovun “Daş yuxular” romanı uzun illər boyu Azərbaycanı apardığı mübarizədən yayındırmaq üçün ermənilər tərəfindən əleyhimizə istifadə olunacaq. Ona görə də, Ə.Naibov xalqın qınağından heç vaxt yaxa qurtara bilməyəcək”.
Silahlı Qüvvələr İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli də dövlət başçısının qərarını müsbət qarşıladığını bildirib: “Xalqına düşmən mövqedə dayanan insanın dövlətdən heç bir qayğı gözləməyə haqqı yoxdur. Ə.Naibov Azərbaycan xalqına, milli və dini dəyərlərimizə, Vətənə xəyanət edib. Buna başqa ad vermək mümkün deyil. Sanki bu əsəri Zori Balayan, Silva Kaputikyan kimi bir erməni yazıçı yazıb və Ə.Naibov də altına imza qoyub. Hətta Ə.Naibov atdığı böhtanlarla erməni müəlliflərdən də irəli gedib”.
E.Həsənlinin sözlərinə görə, təəccüb doğuran başqa bir məqam ondan ibarətdir ki, Ə.Naibovun təmsil olunduğu “Ziyalılar forumu” sözügedən əsərə etiraz etmir. “Halbuki, bu qurumda özünü ziyalı adlandıran, Azərbaycanın maraqlarını müdafiə etdiklərini iddia edən insanlar yer alıblar. Ə.Naibovun xəyanətinə münasibət bildirməmək ölkənin milli maraqlarına, dövlətə, Vətənə münasibət bildirməmək deməkdir”.
“İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev isə Ə.Naibovun “Daş yuxular” romanını Azərbaycan xalqına qarşı yönələn təxribat adlandırıb: “Ə.Naibov xalqına, dövlətinə hansı düşüncə ilə yanaşırsa, qarşı tərəfdən eyni münasibəti görəcək”.
Birliyin sədri qeyd edib ki, Ə.Naibov romanında özünün ermənipərəst mövqeyini dəfələrlə və açıq-aydın ortaya qoyur: “Bu əsər Azərbaycan xalqına qarşı təxribat kimi qəbul edilməlidir”.
R.Mərdiyev bildirib ki, belə bir romanı soyqırımına məruz qalan, torpaqları işğal altında olan bir xalqın nümayəndəsinin yazması mümkün deyil və görünür, yazıçının genetik faktorları burada az rol oynamayıb.
“Ola bilsin ki, Əkrəm Naibov Orxan Pamuk yolu ilə getmək istəyir. Amma əminəm ki, bu addım ona zərrə qədər də olsun fayda verməyəcək. O, artıq Azərbaycan xalqının, Azərbaycan gəncinin gözündən düşüb və hörməti heç zaman bərpa olunmayacaq. Biz tarixi həqiqətləri görməzlikdən gəlib bu cür qərəzli yanaşma və baxış sərgiləyən insanları şiddətlə qınayırıq”, - birliyin sədri qeyd edib.
Hülya MƏMMƏDLİ
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48

