Xocalı soyqırımı erməni vandalizminin əsl simasıdır
02.03.2013 [09:59]
Mətləb Fətəliyev: Mənim qızım Mirvari xüsusi bir qəhrəmanlıq etməyib, fikrimcə, hər bir azərbaycanlı bu addımı atardı
Xəbər verildiyi kimi, fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, bu ölkədəki erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə “Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə Azərbaycan Evinin sədri, Fransadakı Avropa Azərbaycanlıları Konqresinin və Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının üzvü Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov ermənilərin hücumuna məruz qalaraq döyülüblər. Onların döyülməsində tədbirin təşkilatçıları olan ermənilər və Fransa Parlamentinin ermənipərəst üzvü Fransua Roşebloun xüsusi fəallıq göstərib. Bu barədə “Yeni Azərbaycan” qəzetinə eksklüziv açıqlamasında Mirvari Fətəliyeva bildirib ki, o və Vüsal Hüseynov da tədbirə qatılaraq Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun nümayəndələri qətiyyət nümayiş etdirərək Sumqayıt hadisələri ilə bağlı səsləndirilən fikirlərin tarixi fakta əsaslanmadığını bildiriblər. Bundan sonra, Fransa parlamentinin ermənipərəst üzvü Fransua Roşeblounun təhriki ilə tədbirin təşkilatçıları Azərbaycan diasporunun rəhbəri və azərbaycanlı tələbəyə hücum edərək onları vəhşicəsinə döyüblər. Tədbir iştirakçıları, o cümlədən, Fransa parlamentinin toplantıda iştirak edən deputatları bu vəhşiliyin qarşısını almaq üçün heç bir cəhd göstərməyiblər.
Beləliklə, soydaşlarımıza qarşı təzyiqlər göstərən, bir Avropa ölkəsində vəhşicəsinə döyən ermənilərin əsl siması bir daha üzə çıxmış oldu. Ümumiyyətlə, bütün məsələlərdə terrora, təzyiqə üstünlük verən, bununla da həqiqəti gizlətməyə cəhd göstərən ermənilər və erməni lobbisi bu addımları ilə əsl kimliklərini bir daha dünyaya nümayiş etdirmiş olurlar.
Qeyd edək ki, Mirvari Fətəliyeva əslən ermənilər tərəfindən işğal olunan Qubadlı rayonunun Xanlıq kəndindir. M.Fətəliyevanın taleyinə hələ gənc ikən, 14 yaşında erməni işğalı ilə üzləşmək düşüb. Qəzetimizə açıqlamasında M.Fətəliyevanın atası Mətləb Fətəliyev bildirib ki, 1993-cü ildə erməni işğalı ilə üzləşdikləri üçün öz ata-baba yurdlarından qaçqın düşüblər. Hələ də illərdir ki, Qubadlı həsrəti, Xanlıq həsrəti ilə alovlanan ürəklərində hər zaman öz doğma torpaqlarına qayıdacaqlarına böyük inam gəzdirən M.Fətəliyev deyir ki, erməni işğalı nəticəsində qaçqın düşdükləri zaman Mirvarinin cəmi 14 yaşı olub: “Mirvari də bütün yaşıdları kimi bu işğal faktı ilə barışa bilmirdi və bu gün də bu belədir. Orta məktəbdə dərslərini əla qiymətlərlə oxuyan Mirvari hər zaman söz düşdükdə nə zamansa torpaqlarımızın mütləq işğaldan azad olacağına ürəkdən inandığını deyir. Mənim qızım xüsusi bir qəhrəmanlıq etməyib, fikrimcə, hər bir azərbaycanlı bu addımı atardı. Çünki həqiqət bizim tərəfimizdədir”.
Mətləb Fətəliyevin ailəsi qaçqın düşdükləri ilk dövrlərdə bir müddət Maştağa qəsəbəsində məskunlaşıblar. Mirvari həmin vaxt Maştağa qəsəbəsində yerləşən 187 saylı məktəbdə təhsil alıb: “Hələ uşaq yaşlarından xarici dilləri öyrənməyə meyli vardı və təhsilini də elə bu istiqamətdə davam etdirdi. Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsinə daxil oldu. 2001-ci ildə oranı bitirdi və Fransada fəaliyyət göstərən “Paris 8” Universitetinin magistraturasına daxil oldu. Magistraturada oxuduğu illərdə, həm də, ictimai fəaliyyətlə məşğul olurdu. Həmin dövrdə Fransadan olan azərbaycanlı tələbə gənclərin təşkilatı fəaliyyət göstərirdi və Mirvari də oranın sədri idi. Təhsilini bitirdikdən sonra da Fransada qaldı işlədi, orada ailə həyatı qurdu. Ailə qurduqdan sonra bir müddət Lion şəhərində yaşadı. Lion şəhərində də öz ictimai fəaliyyətini davam etdirdi. Hazırda Paris şəhərində yaşayırlar. Bu yaxınlarda, təxminən 2-3 il bundan qabaq Azərbaycan Evini təşkil edib və oranın rəhbəridir”.
Mətləb müəllim onu da dedi ki, Xocalı soyqırımı erməni vandalizminin əsl simasıdır: “Ermənilər öz simalarını görməkdən qorxduqları kimi, Xocalı adından da qorxurlar. Mən inanıram ki, ermənilər bu hərəkətləri ilə nə qədər qorxaq, fakt qarşısında nə qədər aciz olduqlarını bir daha göstərdilər”.
Mətləb müəllim deyir ki, Mirvari hər zaman öz təşkilatçılıq qabiliyyəti ilə seçilir. Onun Fransa kimi bir yerdə Azərbaycan diasporasındakı fəaliyyəti bunu deməyə əsas verir: “Mirvari hər zaman təşkilatçılıq qabiliyyəti ilə seçilir. Bundan başqa vətənpərvərlik məsələlərində hər zaman öndə olmağı sevən bir qızdır. Daima öz fəaliyyətində Vətəninə layiqli olmağı çalışır”.
Baş verənlərdən sonra Mətləb müəllimin evinə çox insanlar, tanışlar, qohumlar zəng edib Mirvariyə dəstək olduğunu deyiblər. Mətləb müəllim hər kəsə qəzetimiz vasitəsilə təşəkkür edir və bildirir ki, dövlətimizin apardığı siyasi kurs torpaqlarımızın işğaldan azad olmasına zəmin yaradıb: “Dövlətimizin başçısı, möhtərəm Prezidentimiz hər zaman vurğulayır ki, biz sülh danışıqlarına sadiqik, amma lazımi anda biz döyüşməyə də hazırıq. Biz öz torpaqlarımızı mütləq şəkildə geri alacağıq. Mən buna varlığımla inanıram. İnanıram ki, gün gələcək yenə də Qubadlıda, Xanlıqda yaşayacağıq...”
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

