Milli Məclis: İsveçrə Parlamenti Milli Şurasının qərəzli mövqeyi tamamilə yolverilməzdir
18.12.2024 [15:18]
Azərbaycan Respublikasının Milli Məclisi bu il dekabrın 17-də İsveçrə Parlamentinin aşağı palatası olan Milli Şuranın iclasında mövcud olmayan “Dağlıq Qarabağ münaqişəsi”nə dair beynəlxalq sülh forumunun təşkili ilə bağlı müzakirələr aparılmasından və Azərbaycanın bu bölgəsindən könüllü köçmüş erməni milliyətli sakinlərin geri qaytarılmasına kömək göstərilməsi məqsədi ilə ölkə hökumətini belə bir konfrans keçirməyə çağırmaq təklifinin qəbul edilməsindən təəssüfləndiyini bildirir.
Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Parlamentin məsələ ilə bağlı münasibətində, həmçinin qeyd edilib: “İsveçrə Milli Şurasının ermənipərəst üzvləri bilməmiş deyillər ki, Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması beynəlxalq hüquqla tanınıb və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının bir sıra qətnamələri və digər beynəlxalq qurumların sənədləri ilə təsbit olunub. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsinin yekunu olaraq ölkəmizin bu ərazisinin Ermənistan tərəfindən 30 illik işğalına birdəfəlik son qoyulub, ötən ilin sentyabrında bir günlük antiterror tədbirləri nəticəsində isə ərazidə Azərbaycanın dövlət suverenliyi bərpa olunub. Azərbaycana ölçüyəgəlməz dərəcədə böyük ziyan vuran silahlı təcavüz artıq geridə qalıb. Qəddarcasına etnik təmizləmə yolu ilə doğma torpaqlarından qovulmuş azərbaycanlı məcburi köçkünlərin geri dönməsinə şərait yaranıb. İşğal dövründə vəhşicəsinə viran qoyulmuş torpaqların bərpası və reinteqrasiyası üçün hazırda Azərbaycan dövləti tərəfindən intensiv işlər həyata keçirilir.
Bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün ikitərəfli danışıqlar aparılır və artıq müəyyən nəticələr də var. Aydın məsələdir ki, hər hansı beynəlxalq təşəbbüs və hərəkətlər obyektiv olmalı, regionda mövcud reallıqlara, habelə suverenliyi və ərazi bütövlüyünü nəzərdə tutan hüquqi çərçivələrə uyğun gəlməlidir. Tərəflərin iradəsini saya salmayan və onlarla razılaşdırılmayan təşəbbüs və hərəkətlər normallaşma prosesini poza bilər.
Təəssüf doğuran məqamlardan biri də budur ki, erməni milliyyətli sakinlərin Qarabağı könüllü surətdə tərk etməsi barədə absurd fikirlər səsləndirən, Azərbaycanı etnik təmizləmədə, mədəni irsin dağıdılmasında ittiham edən İsveçrə Milli Şurasının ermənipərəst üzvləri XX əsrin 80-ci illərinin sonlarında, Ermənistanın Azərbaycan Respublikasına qarşı silahlı təcavüzü ərəfəsində, eləcə də daha əvvəlki dövrdə bu ölkədəki ata-baba yurdlarından zorla qovulmuş və ya deportasiya edilmiş yüz minlərcə azərbaycanlının hüquqları barəsində susmağa üstünlük verib, 30 illik işğal dövründə Azərbaycanın şəhər və kəndlərinin yerlə-yeksan edilməsinə, milli, mədəni və tarixi mirasının dağıdılmasına, 750 min azərbaycanlının öz vətənində didərgin salınmasına münasibət bildirməyiblər. Əksinə, erməni maraqlarının müdafiəsi naminə onlar İsveçrənin neytrallıq statusuna etinasızlıq göstərməyi, İsveçrə dövlətinin Azərbaycan barəsində siyasətini başqa istiqamətə yönəltməyə cəhd etməyi belə özlərinə rəva görürlər. İkili standartların ifadəsi olan bu cür qərəzli mövqe tamamilə yolverilməzdir.
Azərbaycan Respublikasının Milli Məclisi bunu da vurğulamağı zəruri sayır ki, İsveçrə Milli Şurasının 80 üzvünün təqdim edilmiş təklifin əleyhinə səs verməsi, 16 nəfərin isə bitərəf qalması, təklifin 96 səslə qəbul edilməsi Milli Şurada Cənubi Qafqaz bölgəsində cərəyan edən prosesləri obyektiv qiymətləndirən, Azərbaycana ədalətli münasibət bəsləyən sağlam düşüncəli deputatların da olduğunu göstərir. Təəssüf ki, çox vaxt onların səsi eşidilmir.
Azərbaycan parlamenti İsveçrə hökumətinin məsələ ilə bağlı obyektiv mövqeyini qiymətləndirir. Hesab edirik ki, bu ölkənin xarici işlər naziri İqnasio Kassisin hökumət adından deputatlara sözügedən təklifi rədd etməyi tövsiyə etməsi İsveçrə dövlətinin ərazi bütövlüyü və suverenlik prinsiplərinə sadiq olduğunu, özünün neytrallıq statusu ilə beynəlxalq hüquqa sadiqliyi arasında tarazlığı gözlədiyini nümayiş etdirir.
İsveçrə Milli Şurası tərəfindən qəbul edilmiş təklifin Kantonlar Şurasının müzakirəsinə də çıxarılacağını nəzərə alaraq, Milli Məclis Parlamentin yuxarı palatasının üzvlərini məsələyə birtərəfli yanaşmadan çəkinməyə və Azərbaycan ilə İsveçrə arasında münasibətlərə zərbə vura biləcək təklifi rədd etməyə çağırır.
Azərbaycan Respublikasının Milli Məclisi beynəlxalq birliyin bütün üzvlərini Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik yaradılması səylərinə mane ola biləcək təşəbbüs və hərəkətlərə yol verməməyə, dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmət bəsləməyə səsləyir”.
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50

