/ / Avropanın nüfuzlu “New Europe” portalında Bakıda keçirilmiş Dünya İqtisadi Forumu ilə bağlı geniş məqalə yerləşdirilib
Avropanın nüfuzlu “New Europe” portalında Bakıda keçirilmiş Dünya İqtisadi Forumu ilə bağlı geniş məqalə yerləşdirilib
23.04.2013 [17:15]
Avropanın nüfuzlu “New Europe” portalında aprelin 7-8-də Bakıda keçirilmiş Dünya İqtisadi Forumu ilə bağlı geniş məqalə yerləşdirilib.
AzərTAc xəbər verir ki, məqalədə Forumun açılışında və “Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının gələcəyinə baxışlar” mövzusunda birinci sessiyasında iştirak etmiş Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitatlar gətirilib.
Prezident İlham Əliyevin Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə xüsusi önəm verdiyini vurğulayan müəllif dövlətimizin başçısının çıxışına istinadən yazır: “Hazırda əsas məqsədimiz iqtisadiyyatı şaxələndirməkdir. Bunu etmək üçün biz dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyi və təbii sərvətlərə malik olan ölkə, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq olan bir ölkə kimi təqdim etməliyik. Biz iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəldə bildik və neft-qaz sahəsinə aid olmayan sektorlara sərmayələr cəlb etdik. Eyni zamanda, siyasi və iqtisadi islahatları davam etdirdik, hazırda bu proses gedir. Bu, gələcək illərdə Azərbaycanda sabit inkişaf üçün imkanlar yaradacaqdır”.
Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının ötən on ildə iqtisadi cəhətdən sürətlə inkişaf etdiyi vurğulanan yazıda qeyd edilir ki, Bakıda keçirilən Dünya İqtisadi Forumunda əsasən sənaye, təbii sərvətlər, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı, dağ-mədən, maliyyə, telekommunikasiya sahələri ilə bağlı məsələlər müzakirə olunub.
Məqalədə Prezident İlham Əliyevin çıxışından gətirilən sitatda deyilir: “Azərbaycan kifayət qədər gəncdir, müstəqilliyimizin 21 yaşı vardır. Lakin Azərbaycan böyük tarixə, adət-ənənələrə, mədəniyyətə malik olan ölkədir. Əminəm ki, sizin Azərbaycanı daha yaxşı tanımaq şansınız olacaqdır. Bununla belə, müstəqil ölkə kimi biz yalnız 21 ildir ki, yaşayırıq”.
Azərbaycanın zəngin mədəniyyətə və əlverişli coğrafi mövqeyə malik olduğunu yazan müəllif son illərdə ölkəmizdə böyük dəyişikliklərin baş verdiyini diqqətə çatdırıb. Müəllif fikirlərini Prezident İlham Əliyevin çıxışından gətirdiyi sitatla əsaslandırır: “Biz olduqca ciddi, köklü siyasi və iqtisadi islahatları həyata keçirməyə başladıq və Azərbaycan özünü beynəlxalq ictimaiyyətə təqdim etdi. Bu, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına, birpartiyalı sistemdən çoxpartiyalı sistemə, totalitarizmdən demokratiyaya keçid dövrü oldu. Deyə bilərəm ki, tarixi baxımdan 21 il əlbəttə ki, böyük zaman kəsiyi deyildir. Lakin, eyni zamanda, bu, real dəyişikliklər dövrü idi. İslahatların başlanğıc mərhələsində Azərbaycan öz enerji sektoruna böyük sərmayələri cəlb edə bildi. Biz Azərbaycana sərmayə yatırdıqlarına görə, xarici investorlara, böyük enerji şirkətlərinə minnətdarıq”.
Azərbaycanın əldə etdiyi iqtisadi uğurlardan danışan Prezident İlham Əliyev deyib: “Azərbaycanda ümumi daxili məhsul 3 dəfə - 300 faiz, sənaye istehsalı 2,5 dəfə artmışdır. Biz işsizliyi azalda bilmişik, hazırda işsizliyin səviyyəsi 5,2 faizdir. On il əvvəl əhalimizin demək olar ki, yarısı yoxsulluq şəraitində yaşayırdı. Hazırda yoxsulluq səviyyəsi 6 faiz təşkil edir. Büdcə xərcləri demək olar ki, 20 dəfə artıb və inflyasiya isə təxminən 1 faiz səviyyəsindədir. Bu, son 10 il ərzində müşahidə olunan inkişafdır”.
Yazıda Prezident İlham Əliyevin Azərbaycanda təhsil sahəsinin inkişafına verdiyi önəm xüsusi vurğulanır. Dövlətimizin başçısına istinadla bildirilir: “Əsas gələcək məqsədlərimizdən biri təhsildir. Təhsil istənilən ölkənin hər hansı uğurlu inkişafının ən vacib amilidir. Təhsil sahəsinə sərmayələr, universitetlərimiz ilə dünyanın aparıcı universitetləri arasında əlaqələr iqtisadi gələcəyimizi çox ciddi intellektual potensiala əsaslanaraq planlaşdırmağa imkan yaradır. Eyni zamanda, biz hazırda yeni texnologiyalara sərmayə yatırırıq”.
Müəllif Azərbaycan Prezidentinin ölkəmizin enerji potensialı ilə bağlı fikirlərinə də yer ayırıb: “Biz Xəzər dənizini xarici sərmayələr üçün açıq elan edən ilk ölkə olduq. Biz Xəzər dənizindən Aralıq dənizinə və Qara dənizə dəhliz yaradan ilk ölkəyik. Neft və qaz dəhlizləri sonra ümumi geosiyasi və enerji dəhlizi rolunu oynamağa başladı. Hazırda biz Azərbaycan, Gürcüstan və Türkiyə arasında mühüm dəmir yolu xətti layihəsini yekunlaşdırmaq üzrəyik və bu, sırf regional layihə olmayacaqdır. Bu, Avropanı Asiya ilə Azərbaycan və qonşu ölkələr vasitəsilə bağlayacaq layihə olacaqdır. Böyük fərəh hissi ilə qeyd edirəm ki, biz bu layihənin həyata keçirilməsində nəinki maliyyə resurslarımızla, o cümlədən öhdəliklərimiz və siyasi iradəmizlə əsas rollardan birini oynayırıq. Əlbəttə ki, hökumətimizə gəldikdə, enerji amili artıq əsas prioritet deyildir. Lakin enerji potensialımız regionun, xüsusən də Avropanın enerji təhlükəsizliyində daha böyük rol oynayır və oynayacaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17

