/ / Qaçqın və məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxlayan Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə konfrans keçirilib
Qaçqın və məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxlayan Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə konfrans keçirilib
27.04.2013 [09:43]
Dünən “Gülüstan” sarayında Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) tərəfindən keçirilən “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti: qaçqınlara və məcburi köçkünlərə qayğısı, onların sosial problemlərinin həllində Azərbaycan hökumətinin, beynəlxalq humanitar təşkilatların iştirakı” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları Ulu öndər Heydər Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğını, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən stendlərdən ibarət sərgiyə baxıb, QMKİDK tərəfindən hazırlanmış informasiya-təbliğat materialları ilə tanış olublar.
Sonra Ümummilli lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan bəhs edən film nümayiş olunub. Filmdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər, həm Ümummilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin bu qəbildən olan insanlara diqqət və qayğısı sayəsində onlar üçün yeni qəsəbələr salınması məsələlərindən bəhs edilir.
Konfransı açan Baş nazirin müavini, QMKİDK-nin sədri Əli Həsənov Ulu öndər Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi inkişafı, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışıb. Bildirilib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həllini daim diqqətdə saxlayıb.
Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gördüyü işlərdən danışıb. Bildirilib ki, bu sahəyə diqqət və qayğı nəticəsində qaçqınlar və məcburi köçkünlər üçün 78 müasir qəsəbə salınıb.
Ümummilli lider Heydər Əliyevin dahi şəxsiyyət və dünya siyasət akademiyasının bilicilərindən olduğunu diqqətə çatdıran Ə.Həsənov Ulu öndərin həyat və fəaliyyətindən bəhs edib. Vurğulanıb ki, Ulu öndər Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi illərdə də ölkəmizdəki bütün sahələrdən xəbərdar olub. Ümummilli lider 1970-ci illərdə bu gün sürətlə inkişaf edən Azərbaycanın əsasını qoyub. Ulu öndər ölkəmizdə siyasi və iqtisadi sahələrin möhkəm təməlini formalaşdırıb, milli kadrların hazırlanması işini daim diqqətdə saxlayıb və hərbi təhsilin bazasını yaradıb.
Məhz Ulu öndər Heydər Əliyevin böyük nüfuzundan çəkinən ermənilərin Dağlıq Qarabağ məsələsini uzun illər qabarda bilmədiyini vurğulayan Ə.Həsənov Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı hərəkatın zəifləməsinin də Ümummilli liderin məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu qeyd edib. Ulu öndər 2003-cü ilədək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün beynəlxalq və milli hüquqi bazanı yaradıb. Bildirilib ki, hazırda Prezident İlham Əliyev də əsası Ümummilli lider tərəfindən qoyulan bu strategiyanı uğurla davam etdirir.
O, 2003-cü ildən - Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən etibarən Azərbaycanın inkişafının yeni mərhələsinin başladığını qeyd edib, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafına nail olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Ümummilli lider Heydər Əliyevin yubileylərinin hər zaman xalqımız tərəfindən böyük təntənə ilə qeyd edildiyini vurğulayıb. Bildirilib ki, Ulu öndərin 90 illik yubileyi də dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış azərbaycanlılar tərəfindən qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin qaçqın və məcburi köçkünlərin problemlərinin aradan qaldırılması istiqamətində gördüyü işlərdən danışan Ə.Əhmədov qeyd edib ki, Ulu öndər məcburi köçkünlərin sayının artmasına imkan verməmək məqsədilə erməni təcavüzünün daha da dərinləşməsinin qarşısını alıb. Qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi və onların məişət problemlərinin həll olunması məsələsi də hər zaman Ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olub. Bu problemlərin həll olunması üçün Azərbaycan dövlətinin güclənməsi vacib idi. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev bəyan ediblər ki, Azərbaycan hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıdır.
Ə.Əhmədov diqqətə çatdırıb ki, ötən illər ərzində Azərbaycanda böyük dəyişikliklər baş verib və ölkə sürətlə inkişaf edib. Bu dəyişikliklərin kökündə dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və həmin strategiyanın bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.
Əli Əhmədov deyib: “1990-cı illərin əvvəllərində - Ulu öndər hakimiyyətə gələn dövrdə Azərbaycanın hansı vəziyyətdə olduğu hamıya bəllidir. Ölkəmizdə hər 8 nəfərdən biri məcburi köçkün vəziyyətində idi. Belə bir dövrdə ayrı-ayrı təhlükələrlə, ciddi hədələrlə üz-üzə qalmış bir ölkədə sabitliyi, əmin-amanlığı təmin etmək, iqtisadiyyatı dirçəltmək olduqca çətin bir məsələ idi. Lakin Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin bu qədər çətin bir vəzifənin öhdəsindən gələcəyinə inanırdı. Ulu Öndər olmasaydı, yəqin ki, Azərbaycanın bugünkü tarixi tamamilə başqa cür olardı. Azərbaycan xalqının Ümummilli liderə bəslədiyi məhəbbətin kökündə məhz bu amillər dayanır”.
Ulu öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısından danışan “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qeyd edib ki, hələ Sovet İttifaqı dövründə Ümummilli lider Ermənistanın Azərbaycana qarşı təxribatlarının qarşısını almaq üçün çox böyük işlər görüb.
Vurğulanıb ki, 1990-cı illərin əvvəllərində qaçqın və məcburi köçkünlər acınacaqlı vəziyyətdə yaşayırdılar. Ancaq Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Biz hamımız əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursu daim dəstəkləmişik və dəstəkləyəcəyik.
Konfransda çıxış edən BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson təmsil etdiyi qurumun 20 ildən artıqdır ki, Azərbaycan Hökuməti tərəfindən hərtərəfli dəstək aldığını və yüksək səviyyəli işgüzar münasibətlərdən bəhrələndiyini söyləyib. Qarşılıqlı hörmət üzərində qurulmuş bu əməkdaşlıq möhkəm qətiyyətdən və əzmkarlıqdan xəbər verir.
Bildirilib ki, 1993-2012-ci illər ərzində donor ölkələrin dəstəyi sayəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanın qaçqın və məcburi köçkünlərinə 100 milyon ABŞ dollarından çox yardım göstərib. Bu problemlə üzləşmiş digər ölkələrlə müqayisədə Azərbaycanda məcburi köçkünlərin ehtiyaclarına xüsusi diqqətin ayrılmasında ölkə rəhbərliyinin uzaqgörən siyasəti göz önündədir.
Daq Siqurdson qeyd edib ki, Azərbaycan artıq donor kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının illik büdcəsinə töhfə verir. O, əmin olduğunu bildirib ki, Azərbaycan öz təcrübəsi, beynəlxalq nüfuzu və mövcud imkanları sayəsində bütün dünyada qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması işinə töhfəsini davam etdirəcək.
Konfrans əraziləri işğal olunmuş rayonların mədəniyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

