Əli Həsənov: Prezident İlham Əliyev mediaya göstərilən dəstəyi şəffaflaşdırdı
03.05.2013 [13:22]
Bakıda keçirilən konfransda “Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr” mövzusunda geniş müzakirələr aparılıb
Mayın 2-də Beynəlxalq Mətbuat Mərkəzində 3 May - Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş seminar çərçivəsində “Azərbaycan media məkanı: mövcud durum və perspektiv vəzifələr” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, tədbir Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF), Milli Televiziya və Radio Şurası və Mətbuat Şurası tərəfindən təşkil edilib.
Konfransı açan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümumdünya Mətbuat Azadlığı Gününün tarixi haqqında məlumat verib. Bildirilib ki, mayın 3-ü BMT-nin Baş Məclisinin qərarı ilə “Ümumdünya Mətbuat Azadlığı Günü” elan olunub. 1993-cü ildən etibarən Ümumdünya Mətbuat Azadlığı Günü dünyanın demokratik ölkələrində hər il əlamətdar gün kimi qeyd olunur.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirdə “Söz və mətbuat azadlığının dərinləşməsi dövlətin prioritet xətti kimi” mövzusunda çıxış edərək bildirib ki, dünyanın bütün demokratik ölkələrində olduğu kimi, Azərbaycanda da Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı müxtəlif tədbirlər keçirilir. Bu tədbirləri keçirərkən biz ölkəmizdə artıq beynəlxalq dəyərə çevrilmiş söz və mətbuat azadlığı şəraitini təhlil edir, mövcud vəziyyəti dəyərləndirir, qarşıda duran vəzifələri müəyyənləşdirir və bu xətt üzrə gələcək inkişafımızı təmin edirik.
Əli Həsənov Azərbaycanda söz və mətbuat azadlığının təmini sahəsində qazanılmış uğurlardan, mətbuatın inkişafı istiqamətində dövlət dəstəyi ilə görülən işlərdən, həyata keçirilən tədbirlərdən ətraflı danışıb.
Şöbə müdiri bildirib ki, müstəqillik dövründə Azərbaycanda bir çox sahələrdə inkişafın əsası qoyulub və biz bu bünövrə üzərində inkişaf edirik. Bu məsələlərdən biri də demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu və siyasi plüralizm zəminində mətbuat və informasiya azadlığının təmin olunmasıdır. Hər üç fəaliyyət bir-biri ilə sıx bağlıdır. Demokratik ölkə mütləq şəkildə dövlətin həyatında ictimai-siyasi institutların mövcudluğunu ehtiva edir. Yəni, dövlətin tərkibində mütləq şəkildə hakimiyyət uğrunda yarış institutları və siyasi partiyalar, vətəndaş təşəbbüslərini həyata keçirən QHT-lər, cəmiyyətin həyatında gedən bütün prosesləri azad şəkildə müzakirə edən media, elektron KİV, azad internet mövcud olmalıdır. İnsanlar gördüklərini və düşündüklərini bir-biri ilə paylaşmalı, hakimiyyət institutlarını və onların opponentləri olan müxalif institutların fəaliyyətini şəffaf şəkildə dəyərləndirmək imkanlarına malik olmalı və seçiciləri hakimiyyət mandatının formalaşmasına istiqamətləndirməlidirlər. Bütövlükdə medianın vəzifəsi bunlardır və vətəndaş cəmiyyətinin məzmunu, demokratik dövlət prosesinin məğzi də budur.
Şöbə müdiri deyib: “Demokratik dövlət odur ki, insanlar öz iradəsi ilə hakimiyyəti formalaşdırır, QHT-lər, siyasi partiyalar və mətbuat orqanları bu formalaşma prosesində vasitəçi rolunda iştirak edirlər. Cəmiyyət həyatının bütün sahələrini dəyərləndirən və dövlətin yürütdüyü siyasəti insanlara çatdıran, onların bu siyasətlə bağlı münasibətini ortaya qoyan media institutu mövcuddur. Bu institutların hamısının fəaliyyəti bütövlükdə vətəndaş cəmiyyəti quruculuğunu ehtiva edir. Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna 1990-cı illərin əvvəllərindən başlanmışdır. 1995-ci ildə Azərbaycan Konstitusiyası qəbul olunandan indiyədək biz bu sahədə inkişafımızı davamlı olaraq yüksələn xətlə həyata keçiririk”.
Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin 6 avqust tarixli Fərmanı ilə Azərbaycanda senzuranın ləğv olunduğunu xatırladan Prezident Administrasiyasının rəsmisi bunu milli mətbuat tariximizə qızıl hərflərlə yazılmış hadisə kimi dəyərləndirib. Bildirib ki, Azərbaycan mediasının gələcək inkişafının əsasında məhz senzuranın ləğvi dayanır. Həmin Fərmanda sözün əsl mənasında dünyanın demokratik ölkələrində artıq təcrübədə özünü təsdiqləmiş və sınaqdan keçmiş media azadlığı, siyasi plüralizm prinsipi və jurnalist fəaliyyətinin demokratik tənzimlənməsi məsələləri öz əksini tapıb. O dövrdən başlayaraq media azadlığı və siyasi plüralizm Azərbaycan dövlətinin yürütdüyü siyasətin prioritet vəzifəsi kimi ortaya qoyulub və bu vəzifə bu gün dönmədən həyata keçirilir. Həmin tarixi Fərmanın imzalanmasına qədər mətbuatla senzura üz-üzə idi. Senzura ləğv ediləndən sonra isə dövlət media ilə cəmiyyəti baş-başa buraxıb.
Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycan hakimiyyətinin məqsədi azad söz, media mühitini formalaşdırmaq, jurnalistləri getdikcə peşəkarlaşdırmaq, onların qələmi vasitəsilə cəmiyyətlə hakimiyyətin şəffaf ortamını yaratmaq idi. Bu da artıq öz nəticələrini verib. Bu gün bəzi beynəlxalq təşkilatların iddialarının əksinə olaraq, Azərbaycanda azad mətbuat mövcuddur. Azərbaycanda heç bir jurnalist hər hansı hadisə haqqında məlumat almaq və yaymaq imkanından məhrum olduğunu deyə bilməz. Heç bir media orqanı onun fəaliyyətinə bu və ya digər şəkildə qadağa qoyulduğunu iddia edə bilməz. Əlbəttə, zaman-zaman problemlərlə də üzləşirik və iddia etmirik ki, cəmiyyət bu problemlərdən tam qurtulub. Lakin bütövlükdə media siyasətinin meyilləri və prioritetləri cəmiyyətimizdə bərqərar olub. Bu da ondan ibarətdir ki, indi Azərbaycanda azad media mövcuddur, arzu edən istənilən şəxs jurnalist fəaliyyəti ilə məşğul ola bilər. Jurnalistlər istənilən hadisə barədə material toplayaraq yaya bilərlər.
Azərbaycanda medianın mövcud durumuna subyektiv yanaşan daxili və xarici qüvvələrin olduğunu da söyləyən şöbə müdiri əlavə edib ki, biz onlara həqiqəti çatdırmalıyıq və bu reallığı sübut etməliyik ki, ölkəmizdəki hazırkı media mühiti öz demokratikliyi, şəffaflığı və jurnalistlərin fəaliyyətinə yaradılan əlverişli şərait ilə dünya ölkələrindəki vəziyyətdən çox da fərqlənmir. Bəzilərindən irəlidəyik, bəzilərindən geridəyik, bəziləri ilə isə bir sıradayıq.
“Qarşıda duran əsas vəzifələrdən biri medianın siyasiləşmə meylindən xilas olmasıdır”, - deyən Əli Həsənov söyləyib ki, məsuliyyətsiz və etik prinsipləri nəzərə almayan jurnalistika ilə diffamasiya mühiti yaratmaq mümkün deyildir. Diffamasiya mühiti jurnalistdən indikindən qat-qat artıq məsuliyyət və peşəkarlıq, ictimai əxlaq, jurnalist etikası tələb edir. Jurnalist nəyi necə yazmağı bilməli, yazdığı sözün məsuliyyətini dərk etməli və ona uyğun hərəkət etməlidir.
Prezident Administrasiyasının rəsmisi deyib ki, Azərbaycanda media mütləq şəkildə imkanlarını genişləndirməlidir. Media cəmiyyətin, ölkənin inkişafında öz yerini tapmalıdır. Əgər biznes mediadan kənar inkişaf edirsə, bu, normal hal deyildir. Bu haqda dəfələrlə danışmağımıza baxmayaraq, həmin məsələ ilə bağlı media strukturlarından hələ ki, təkliflər, proqramlar almamışıq. Mətbuat Şurasında media qurumlarının rəhbərləri ilə bu məsələyə dair birgə müzakirələr aparılmalıdır.
Azərbaycan dövlətinin media ilə bağlı siyasətinin əsas məqamlarını açıqlayan Əli Həsənov bildirib ki, Prezident İlham Əliyev ölkədə mediaya göstərilən dəstəyin şəffaflaşdırılması sahəsində sözün əsl mənasında inqilabi addım atıb. Dövlətimizin başçısı “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nı qəbul edib və onun bazasında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Hər il şəffaf şəkildə mediaya müxtəlif vaxtlarda birbaşa vəsaitlər, qrantlar verilir. Hazırda jurnalistlər üçün yaşayış binası tikilir. Bütün bu işlərin hamısı şəffaf şəkildə həyata keçirilir. Bu gün Azərbaycan hakimiyyətinin siyasətinin məğzi bütün istiqamətlərdə jurnalistikanın inkişafı üçün zəruri şərait yaratmaqdır. Bütün bunlar jurnalistin asılılığını azaltmaq məqsədi daşıyır.
ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay bildirib ki, demokratiyanın təməl prinsiplərindən olan söz və mətbuat azadlığının təmini təmsil etdiyi qurumun ən çox önəm verdiyi məsələlərdəndir. Jurnalistlərin öz fəaliyyətlərində obyektivliyi və şəffaflığı əldə rəhbər tutmalarının zəruriliyini vurğulayan K.Tarqay bildirib ki, onlar cəmiyyət qarşısında üzərlərinə düşən məsuliyyəti dərindən dərk etməlidirlər. Jurnalistlər həm də etik davranış qaydalarına ciddi şəkildə əməl etməli, böhtana, qərəzliliyə yol verməməlidirlər.
Koray Tarqay bildirib ki, müstəqilliyini bərpa etdikdən bəri Azərbaycanda bütün istiqamətlərdə, eləcə də söz və mətbuat azadlığı sahəsində böyük uğurlar əldə edilib. Dövlətin, medianın və vətəndaş cəmiyyəti institutlarının əməkdaşlıq şəraitində fəaliyyəti Azərbaycanın daha da sürətlə inkişafına müsbət təsir göstərəcək. ATƏT bu yolda Azərbaycanı hər zaman dəstəkləyəcək.
“Mediaya dövlət dəstəyi söz və mətbuat azadlığının dərinləşməsində mühüm amil kimi” mövzusunda məruzə ilə çıxış edən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycanda fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biri olduğunu söyləyib. V.Səfərli KİV-lərin inkişafına və fəaliyyətinin təkmilləşdirilməsinə dövlət dəstəyinin müasir dövrün tələblərindən birinə çevrildiyini diqqətə çatdırıb.
Jurnalistlərin peşəkarlığının artırılması məqsədilə KİVDF tərəfindən hər il müxtəlif mövzularda müsabiqələrin təşkil edildiyini söyləyən V.Səfərli onların sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə Azərbaycan dövlətinin həyata keçirdiyi müxtəlif tədbirlərin əhəmiyyətini vurğulayıb.
“Televiziya və radio məkanında söz azadlığı prinsipləri” mövzusunda məruzə ilə çıxış edən Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib ki, televiziya və radio yayımı sahəsində vəziyyət həm kəmiyyət, həm də keyfiyyət baxımından əvvəlki illərdən çox fərqlidir. Bu sahədə qanunvericilik bazası da tam təkmilləşdirilib. Əgər 20 il əvvəl Azərbaycanda yalnız bir neçə televiziya kanalı fəaliyyət göstərirdisə, hazırda ölkəmizdə 50-dən artıq qurum televiziya və radio yayımı sahəsində məşğuldur.
N.Məhərrəmli, həmçinin diqqətə çatdırıb ki, Milli Televiziya və Radio Şurası Azərbaycanın bu ilin fevralında orbitə buraxılan ilk telekommunikasiya peykinin xidmətlərindən də faydalanacaq, televiziya və radio yayımı sahəsində imkanlar daha da artacaq.
Mətbuat Şurasının internet media resursları üzrə komissiyasının rəhbəri Elnur Baimov “İnternet media və söz azadlığı dəyərləri: ictimai mənafelər və jurnalistika prinsipləri” mövzusunda məruzə ilə çıxış edib. E.Baimov bildirib ki, bu gün Azərbaycanda internet istifadəçilərinin sayı ölkə əhalisinin 70 faizini təşkil edir. Onlardan 40 faizi daimi istifadəçilərdir.
Komissiyanın fəaliyyəti haqqında məlumat verən E.Baimov deyib ki, ölkədə internet xəbər resurslarının sayı durmadan artır və mövcud reallıqlar Mətbuat Şurasının bu istiqamətdə fəaliyyət göstərməsini zərurətə çevirib. Komissiya onlayn mediadan gələn şikayətləri qiymətləndirəcək, internet səhifələrinə haker hücumlarını və onlayn media ilə bağlı məsələləri araşdıracaq.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov söyləyib ki, ölkəmizdə söz və mətbuat azadlığı sahəsində heç bir məhdudiyyət yoxdur. Lakin çox təəssüf ki, əksər hallarda söz və fikir azadlığından sui-istifadə hallarına yol verilir. Bu da bəzən ciddi problemlərin yaranmasına gətirib çıxarır.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev ölkəmizdə media azadlığı ilə bağlı keçirilən tədbirlərin əhəmiyyəti haqqında danışıb.
Ş.Vəliyev qeyri-peşəkar jurnalistlərin söz və fikir azadlığından sui-istifadə edərək yol verdiyi məsuliyyətsizlik hallarının narahatlıq doğurduğunu söyləyib.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev çıxış edərək bildirib ki, informasiya cəmiyyətində əsas məsələlərdən biri demokratiyanın fundamental dəyərlərindən olan söz azadlığı və insan haqlarıdır. Söz və fikir azadlığı, insan haqları həm beynəlxalq qanunvericilik, həm də demokratik ölkələrin milli qanunvericiliyi tərəfindən təsdiq olunmuş dəyərlərdir. Demokratik cəmiyyətlərdə söz azadlığının əhatəsi genişdir. O yerdə ki söz azadlığı sərhəd tanımır, orada artıq anarxiya mövcuddur. Buna görə də söz azadlığından sui-istifadə edilməməlidir ki, digər vacib dəyər olan insan haqları pozulmasın. Azərbaycanda isə bu balansın qorunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.
Sektor müdiri bildirib ki, Azərbaycan mətbuatında söz və fikir azadlığının təmin olunmasının konstitusion əsasları var. Azərbaycanın 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında söz və məlumat azadlığı, jurnalist, media sərbəstliyi, fikir plüralizmi kimi fundamental prinsiplər əksini tapıb.
Vüqar Əliyev deyib ki, bu gün Azərbaycanda KİV-lərin fəaliyyətini tənzimləyən, bu və ya digər şəkildə ona aidiyyəti olan qanunların hamısı beynəlxalq standartlara tam uyğunlaşdırılıb. Ölkəmizdə 5 minə yaxın KİV uçota götürülüb və ya müvafiq dövlət orqanında qeydiyyatdan keçib, 40-a yaxın gündəlik, 300-dən çox həftəlik və aylıq qəzet, yüzdən çox jurnal, 55 televiziya və radio kanalı, çoxsaylı internet resursları fəaliyyət göstərir.
Bu gün Azərbaycanda dövlətin və vətəndaşların maraqları nəzərə alınaraq, eyni zamanda, beynəlxalq təcrübəyə, demokratiya ənənələrinə əsaslanaraq ölkəmizdə insan haqlarının tam qorunduğu, güclü, müstəqil medianın fəaliyyət göstərdiyi bir cəmiyyət qurulması istiqamətində mühüm addımların atıldığını deyən Vüqar Əliyev bu məqsədin Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayıb. Dövlətimizin başçısı dəfələrlə çıxışlarında bildirib ki, bizim əsas məqsədimiz dünyanın inkişaf etmiş ölkələri ilə bır cərgədə durmaqdır.
Konfrans müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

