BDU-da Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
04.05.2013 [10:27]
Əli Əhmədov: Azərbaycan tarixinin son 40 ildən çox dövrü bilavasitə sübut edir ki, Heydər Əliyev, sözün həqiqi mənasında, Azərbaycan xalqının tarixin bütün dövrlərində yetişdirdiyi ən böyük siyasətçi və dövlət xadimidir
Dünən Bakı Dövlət Universitetində (BDU) Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Mərasimdən öncə BDU Elmi kitabxanasının və elmi biblioqrafiya-informasiya şöbəsinin təşkil etdiyi və Ulu öndərə həsr olunmuş sərgiyə baxış olub. Tədbiri giriş sözü ilə Universitetin rektoru, akademik, millət vəkili Abel Məhərrəmov açaraq Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Bildirib ki, Ulu öndərin 90 illik yubileyi ilə əlaqədar keçirilən müxtəlif tədbirlərlə Azərbaycan xalqı dövlətçiliyin, milli-mənəvi dəyərlərin qorunub saxlanması, azərbaycançılığın güclənməsi, ölkənin inkişafı müstəvisində hesabatlar verir. Onun sözlərinə görə, BDU da bu yubiley tədbirlərinə qoşularaq müxtəlif işlərlə hesabat verir: “Xoşbəxt o xalqdır ki, onun Ümummilli lideri var, xalq o zaman daha xoşbəxt olur ki, Ümummilli liderin əsasını qoyduğu siyasi kurs uğurla davam etdirilir. Bu baxımdan, Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz, eyni zamanda, fəxr edirik ki, Ümummilli lider Heydər Əliyev Bakı Dövlət Universitetinin məzunu və fəxri doktoru olub. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin dünyaşöhrətli məzunudur. Bu gün Heydər Əliyevin siyasi kursu ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı və dövləti hər zaman bu siyasətə sadiq qalacaq”.
Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov isə çıxışında bildirib ki, ölkəmizin hər bir guşəsində, eyni zamanda, azərbaycanlıların yaşadığı dünyanın hər bir ölkəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 ilik yubileyi böyük təntənə ilə qeyd edilməkdədir. Yubiley tədbirlərinin hər biri Onun xatirəsinə xalq tərəfindən verilən hörmət və etimadın bariz nümunəsi, Heydər Əliyevin ölkə, xalq qarşısında misilsiz xidmətlərinin xalq tərəfindən yüksək səviyyədə etiraf olunmasının təcəssümüdür: “Bundan əlavə, bu tədbirləri ölkədə həyata keçirilən Heydər Əliyev siyasətinin Azərbaycan vətəndaşları tərəfindən dəstəklənməsinin ifadəsi kimi qiymətləndirirəm. Bütün bunlar Ulu öndər Heydər Əliyevə olan ümumxalq sevgisi və məhəbbətinin bariz nümunəsidir. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları müasir tariximizi Heydər Əliyevin adı ilə bağlayırlar”.
YAP-ın Sədr müavini-İcra katibi qeyd edib ki, o insanlara tarixi şəxsiyyətlər deyirlər ki, onlar zamanın qarşıya qoyduğu vəzifələri aydın dərk edir və həmin vəzifələrin həyata keçirilməsi üçün lazımi qətiyyət, müdriklik nümayiş etdirirlər: “Heydər Əliyev elə tarixi şəxsiyyətlərdəndir ki, tarixin, zamanın Azərbaycan xalqı və dövləti qarşısında ayrı-ayrı dövrlərdə irəli sürdüyü çox mühüm vəzifələri aydın dərk edə bilib və həmin vəzifələrin həlli üçün böyük fədakarlıq nümayiş etdirib. Əgər biz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrə nəzər salsaq, qeyd edə bilərik ki, o zamankı çətin və gərgin duruma rəğmən, ölkəmizin qarşısında duran mürəkkəb vəzifələri məhz Ümummilli lider dərk edə bildi və Heydər Əliyev həmin vəzifələrin həyata keçirilməsi gücünü, fədakarlığını nümayiş etdirdi. Eyni sözləri və fikirləri ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın öz müstəqilliyinə qovuşmasından sonrakı dövr üçün də söyləmək olar. Həmin dövrdə də xalqımızın və dövlətimizin qarşısında duran mürəkkəb vəzifələrin dərk edilməsi və yerinə yetirilməsinin düzgün yollarının müəyyənləşdirilməsi bacarığı Heydər Əliyev tərəfindən nümayiş etdirilməsini müşahidə etdik. Beləliklə, Azərbaycan tarixinin son 40 ildən çox dövrü bilavasitə sübut edir ki, Heydər Əliyev, sözün həqiq mənasında, Azərbaycan xalqının tarixin bütün dövrlərində yetişdirdiyi ən böyük siyasətçi və dövlət xadimidir. Azərbaycan xalqının tarixinə Heydər Əliyev qədər müsbət, dərin izlər qoyan ikinci bir şəxsiyyətin, siyasətçinin və dövlət xadiminin adını çəkmək mümkün deyil. Güman edirəm ki, Ümummilli liderin tarixi xidmətləri Azərbaycan xalqı tərəfindən tam aydınlığı ilə dərk edilməkdədir. Bu xidmətlər kifayət qədər genişdir, Azərbaycanın hazırkı tarixinə və perspektivlərinə təsir göstərmək iqtidarındadır”.
Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı ən böyük tarixi xidməti ölkəmizin yüksəliş, inkişaf, tərəqqi strategiyasının hazırlanmasıdır. “Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dönəmlərdə ölkəmiz inkişaf edib, tərəqqi yolu ilə irəliləyib. Ümummili lider Heydər Əliyev Azərbaycanın intibahı və inkişafının həm praktik, həm də nəzəri-konseptual əsaslarını yaradıb. Bu konsepsiya həm Heydər Əliyevin dövründə uğurla həyata keçirilib, həm də bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə reallaşdırılır”, - deyə YAP-ın Sədr müavini-İcra katibi əlavə edib.
Millət vəkili deyib ki, Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz, müstəqil Azərbaycan dövlətinin qurulmasıdır: “Azərbaycan vətəndaşları Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi dəyərləndirir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün uğurla davam etdirilir və dövlətə, millətə, Vətənə xidmət edir. Bu siyasət ölkəmizin daha da inkişaf etməsində həlledici rol oynayır. Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanın inkişafının etibarlı bazası yaradılıb. Bu baza Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daha da möhkəmləndirilib, daha möhtəşəm və əzəmətli olub. Deməli, Azərbaycanı daha uğurlu və firavan gələcək gözləyir”.
“2013-cü il Azərbaycan tarixində əlamətdar ildir. Hesab edirəm ki, bu ilin əlamətdarlığını hər bir Azərbaycan vətəndaşı yenə də Heydər Əliyev ideyalarına sədaqətini ifadə edərək qeyd edəcəkdir. Azərbaycan vətəndaşları ölkəmizin gələcək inkişafı, dövlətimizin qüdrətinin daha artması naminə Heydər Əliyev siyasətinin bundan sonra da davam etməsini vacib sayaraq cari ilin siyasi kampaniyasına bu ovqatla gedəcəkdir. Güman edirəm ki, bu, 2013-cü ilin siyasi ovqatının həlledici məqamı olacaqdır”.
İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev Ulu öndərin Azərbaycan xalqı və tarixi qarşısındakı xidmətlərindən danışıb. Deyib ki, Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaranan gərginlik, özbaşınalıq, vəzifə savaşı məhz Heydər Əliyevin böyük siyasi təcrübəsi, şəxsi nüfuzu və uzaqgörənliyi sayəsində aradan qalxıb. Qısa zamanda Azərbaycanda stabillik əldə olunub, ölkə inkişafa doğru böyük sürətlə irəliləyib. Akademik ölkəmizdəki iqtisadi-siyasi stabilliyin qarantının da Heydər Əliyev olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevi azərbaycançılıq ideologiyasının banisi kimi də təqdim edən V.Məmmədəliyev vurğulayıb ki, müstəqil, inkişaf etmiş Azərbaycan Ümummilli liderin şah əsəridir.
Tədbirin sonunda BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova çıxış edərək Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə KİV nümayəndələri arasında elan olunan “BDU-nun dünyaşöhrətli məzunu Heydər Əliyev” adlı müsabiqə haqqında məlumat verib və qaliblərin adlarını açıqlayıb. Münsiflər heyətinin qəbul etdiyi qərara əsasən, “Azərbaycan” qəzetinin şöbə müdiri, Əməkdar jurnalist Flora Xəlilzadə birinci, “525-ci qəzet” və “Şərq” qəzetlərinin əməkdaşları Sevinc Qarayeva, Məlahət Rzayeva ikinci, “Yeni Azərbaycan” və “Kaspi” qəzetlərinin əməkdaşları Nurlan Qələndərli, Rufik İsmayılov üçüncü yerə layiq görülüblər. 10 məqalə müəllifi isə həvəsləndirici mükafat alıb. Qaliblərə mükafatları millət vəkilləri Əli Əhmədov, Fəttah Heydərov, Bəxtiyar Əliyev, Musa Qasımlı, Musa Quliyev və digər qonaqlar təqdim ediblər.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

