Şərqlə Qərb arasında etibarlı körpü...
17.01.2025 [10:50]
Çoxtərəfli diplomatiyada zəngin təcrübə
Müstəqil Azərbaycanın milli maraqlar üzərində qurulan və xoş mərama əsaslanan çoxvektorlu xarici siyasət kursu dinamik səciyyə daşıyır. Ölkəmiz həm regional, həm də qlobal səviyyədə əməkdaşlığın genişlənməsinə, təhlükəsizliyin təmin olunmasına, yaranan çağırışların birgə səylərlə qarşılanmasına davamlı töhfələr verir ki, bu da beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir. Qürurverici haldır ki, bu gün ölkəmiz dünyada milli maraqlarını qətiyyətlə qoruyan ləyaqətli dövlət kimi tanınır. Bu reallıq müxtəlif beynəlxalq tədbirlərdə, dövlətimizin başçısının iştirakı ilə baş tutan yüksəksəviyyəli görüşlərdə də açıq şəkildə etiraf olunur. Yeri gəlmişkən, Prezident İlham Əliyev yanvarın 15-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib. Həmin qəbulda da Azərbaycanın çoxtərəfli diplomatiyada zəngin təcrübəsinin olduğuna xüsusi diqqət çəkilib.
Beynəlxalq təşkilatlarda uğurlu təmsilçilik
Azərbaycanın əlverişli coğrafi yerləşməsi elədir ki, buradan keçən nəqliyyat dəhlizləri Avropa ilə Asiyanı birləşdirir. Lakin ölkəmizin müstəsna önəmi yalnız coğrafi yerləşməsi ilə məhdudlaşmır. Azərbaycan həmçinin özünün multiregional siyasəti ilə Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayır. Əlamətdar haldır ki, bu gün respublikamız həm geniş İslam coğrafiyasında, həm də Avropa İttifaqı (Aİ) məkanında yerləşən ölkələrlə sıx əməkdaşlıq edir. Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir və bu, İslam coğrafiyasında yüksək qiymətləndirilir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev 2022-ci ildə Ərəb Dövlətləri Liqasının 31 Sammitinə fəxri qonaq qismində dəvət alan azsaylı dövlət başçılarından biri olub. Ötən il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycanın yekdilliklə D-8 təşkilatının üzvü seçilməsi İslam dünyasında ölkəmizə göstərilən etimadın daha bir təzahürüdür.
İslam dünyasından kənarda da Azərbaycan və onun Liderinə belə yüksək səviyyədə rəğbət göstərilir. Prezident İlham Əliyev fəxri qonaq qismində dəvətləri həm ölkəmizin üzv olduğu, həm də üzv olmadığı çoxlu sayda beynəlxalq qurumlardan, o cümlədən də Avropa Siyasi Birliyindən alıb. Bu gün Azərbaycan Aİ-də təmsil olunan on ölkə ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir və qoca qitənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Ümumiyyətlə, qısa müstəqillik tarixində Azərbaycanın xarici siyasəti, o cümlədən də beynəlxalq təşkilatlarda təmsilçiliyi kifayət qədər uğurlu olub. Şübhəsiz, 2011-ci il oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi üzv seçilməsi və quruma 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında Sədrlik etməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunun zirvəsi sayıla bilər. Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirdi. Azərbaycanın BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərakatına uğurla sədrlik etməsi də diplomatiyamızın böyük uğurudur. Ölkəmizin beynəlxalq təsisata sədrliyi 2022-ci ildə bitməli idi. Ancaq Azərbaycanın səmərəli fəaliyyətinin yüksək dəyərləndirilməsinin əlaməti olaraq QH-na üzv dövlətlər respublikamızın sədrlik dövrünün daha bir il uzadılması ilə bağlı müraciət ünvanladılar. Azərbaycan isə bu etimada qarşılıq verərək müraciəti qəbul etdi. Bütövlükdə, QH-na sədrliyi dövründə Azərbaycanın prioritetlərinin əhatə dairəsi kifayət qədər geniş olub.
AQEM çərçivəsində səmərəli əməkdaşlıq
Ölkəmizin fəal üzvü olduğu və işində aktiv iştirak etdiyi təsisatlardan biri də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədir (AQEM). Azərbaycanın xarici siyasət prinsipləri də AQEM-in sənədlərində əks olunmuş əsas istiqamətlərlə üst-üstə düşür. Müşavirənin fəaliyyətini tənzimləyən əsas sənədlərdə separatizm dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə olan təhdid kimi pislənilib, üzv dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsi, bundan irəli gələrək bir-birinin ərazilərində olan separatçı fəaliyyətləri dəstəkləməmək barədə öhdəlik əks olunub. Azərbaycan da beynəlxalq terrorizmə qarşı mübarizəyə töhfəsi ilə seçilir, hərbçilərimiz Əfqanıstanda, İraqda sülhməramlı missiyalarda iştirak ediblər. Bundan əlavə, bu gün ölkəmiz kiçik ada dövlətlərinə, eyni zamanda, Fransanın sümürmə siyasəti apardığı ölkələrə fəal dəstək göstərir. Bunu ölkəmizin ötən ilin noyabr ayında böyük uğurla ev sahibliyi etdiyi COP29 tədbiri bir daha təsdiqlədi. Ölkəmiz BMT-nin konfransında kritik iqlim çağırışları ilə üz-üzə qalan dövlətlərə dəstəyin, o cümlədən də maliyyə yardımının artırılmasının vacibliyinə diqqət çəkdi və buna nail oldu. Yeri gəlmişkən, qəbulda qonaq Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29-un yüksək səviyyədə keçirildiyini, bu tədbirə hazırlıqla bağlı qısa müddət ərzində Azərbaycan tərəfindən böyük işlərin görüldüyünü və COP29 nəticəsində qlobal iqlim gündəliyi ilə əlaqədar çox vacib qərarların qəbul edildiyini vurğulayaraq bu münasibətlə təbriklərini çatdırıb.
Asiya məkanında təhlükəsizlik məsələlərinin müzakirə edildiyi önəmli beynəlxalq platforma olan AQEM-in hazırda 28 üzvü var (Azərbaycan, Türkiyə, Əfqanıstan, Bəhreyn, Kamboca, Çin, Misir, Hindistan, İran, İraq, İsrail, İordaniya, Qazaxıstan, Qırğızıstan, Küveyt, Monqolustan, Pakistan, Fələstin, Koreya Respublikası, Rusiya, Tacikistan, Tailand, BƏƏ, Özbəkistan, Vyetnam, Qətər, Banqladeş, Şri-Lanka). Daha 10 ölkə - ABŞ, Belarus, İndoneziya, Yaponiya, Malayziya, Laos, Filippin, Ukrayna, Səudiyyə Ərəbistanı, Türkmənistan, həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası, Türk PA kimi beynəlxalq təşkilatlar AQEM-də müşahidəçi statusuna malikdirlər. AQEM-in inzibati orqanı Astana şəhərində yerləşən Katiblikdir.
Hazırda təşkilata sədrliyi ölkəmiz həyata keçirir. Qəbulda Baş katib Azərbaycan tərəfindən konseptual sənədin təqdim olunduğu və bu sənəddə təşkilatın gələcək inkişafı ilə bağlı, həmçinin ölkələr arasında əməkdaşlığın və etimadın gücləndirilməsi üçün geniş sahəni əhatə edən təkliflərin əksini tapdığını bildirib. Prezident İlham Əliyev də öz növbəsində ölkəmizin təşkilata sədrliyinin uğurla davam etdirildiyini deyərək, üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, təşkilatın institusional inkişafı və təşkilat çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin bundan sonra da göstəriləcəyini qeyd edib. Dövlətimizin başçısı Azərbaycan tərəfinin bu təşkilata sədrliyə çox məsuliyyətlə yanaşdığını bildirərək, ölkəmizin öz növbəsində bu formatın daha da möhkəmlənməsi işinə töhfəsini verəcəyinə əmin olduğunu deyib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18

