YAP yaşıllaşdırma aksiyalarında daim fəal iştirak edir
11.05.2013 [10:25]
Yeni Azərbaycan Partiyası və Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ağacəkmə kampaniyası keçirilib
Mayın 9-da Yeni Azərbaycan Partiyasının (YAP) və Bakının Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ağacəkmə kampaniyası keçirilib. Kampaniyada YAP-ın İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın fəalları iştirak ediblər.
YAP-ın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov Ulu öndər Heydər Əliyevin yaşıllıqları, ağacları çox sevdiyini vurğulayıb. Onun sözlərinə görə, bu dahi şəxsiyyət Bakıda yaşıllıq zolaqlarının yaradılmasına xüsusi önəm verərdi: “Biz də bu məqsədlə Ümummilli liderimizin 90 illik yubileyi ilə əlaqədar həyata keçirdiyimiz silsilə tədbirlər çərçivəsində ağacəkmə kampaniyası keçiririk. Bu gün Bakının Nərimanov rayonunda böyük yaşıllıq zolağı salınmaqdadır. Biz bundan əvvəl də aksiya keçirərək burada ağaclar əkmişik. Bu kampaniyada xeyli sayda insan iştirak edir. Hesab edirəm ki, bu, YAP-ın fəallarının Bakı şəhərində yaşıllıq zonalarının artırılmasına bir töhfəsidir. Bir neçə ildən sonra bu ağaclar böyüyərək şəhərimizin ekologiyasının təmizliyinə öz töhfəsini verəcək. Bizim çağırışımız əsasında xeyli adam buraya gələrək kampaniyaya qoşulub. Bu da partiyamızın fəallarının Ümummilli lider Heydər Əliyevin xatirəsinə olan dərin hörmət və ehtiramının ifadəsidir”.
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova isə bildirib ki, bu kimi tədbirlərin təşkili yüksək qiymətləndirilməlidir: “Ağac əkmək, ətrafın gözəlləşməsində, abadlaşmasında iştirak etmək YAP-ın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Partiyamız həmişə, o cümlədən əlamətdar günlər ərəfəsində belə təşəbbüslərlə çıxış edir, yaşıllaşmaya öz töhfəsini verir və bu yöndəki mövqeyini göstərir. Bu, hər kəsə bir çağırış və mesajdır. Ətraf mühitin qorunması insanların müqəddəs işlərindən biri olmalıdır. Nəzərə alsaq ki, bu tədbir Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub, elə burada əkilən ağaclar dahi şəxsiyyətin ideyalarının bundan sonra da daha yaxşı göyərməsi, qol-budaq atmasının rəmzi mənası kimi qəbul edilə bilər. Milli bayram münasibətilə belə bir tədbirdə iştirak etdiyim üçün mən özümü çox xoşbəxt hiss edirəm”.
YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, hər il partiyamız müxtəlif xarakterli aksiyalar həyata keçirir: “YAP yaşıllaşdırma kampaniyasında da yaxından və fəal iştirak edir. Ötən illər ərzində partiyamızın üzvlərinin əkdiyi ağacların sayını desək, çox böyük rəqəm əldə etmiş olarıq.
İndi də Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Nərimanov rayonunun ərazisində yaşıllaşdırma kampaniyasında iştirak edirik. Bu işdə partiyamızın fəalları, xüsusilə gənclərimiz aktivlik göstərirlər. Ağac əkmək ulu babalarımızdan qalan gözəl ənənədir. Babalarımız deyərdi: oğul böyütmək, ev tikmək, ağac əkmək hər bir kişinin işidir. Ağac əkən ömrünü uzatmış olur. Ağaclar, yaşıllıq təbiəti qorumaqdır və biz də bu işə öz töhfəmizi verməyə çalışırıq”.
YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı isə qeyd edib ki, Nərimanov rayonunun bu hissəsi Bakı şəhərinin ən gözəl parkına çevriləcək: “Biz də YAP üzvləri kimi qürur hissi keçirəcəyik ki, şəhər sakinləri üçün belə bir istirahət məkanı olacaq. YAP tərəfindən keçirilən ağacəkmə kampaniyası artıq ənənəyə çevrilib və ildə bir neçə dəfə belə tədbirlər reallaşdırılır. Bu aksiyalarda partiyamızın minlərlə üzvü iştirak edir”.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu kampaniyada gənclərin iştirakının yüksək olduğunu deyib: “Bu kampaniyada 300 nəfərə yaxın gənc iştirak edir. Bu kimi tədbirlər həm cəmiyyətimiz, həm də gənclərimiz üçün yaxşı nümunələrdir və mən arzu edirəm ki, bütün gənclər təşkilatları belə kampaniyalarda fəal olsunlar. Çünki ekologiyanın təmizliyi, yaşıllıq hər kəs üçündür. Bu, Azərbaycan cəmiyyət üçün faydalı işdir və belə faydalı tədbirlərdə daim öndə olmaq lazımdır”.
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə hesab edir ki, belə tədbirlərlə partiyamız digər siyasi təşkilatlara nümunə göstərir: “Bakının mərkəzində ağacəkmə kampaniyasında iştirak edirik. Bu gün əkdiyimiz ağaclar 5-10 il sonra ailələrin gözəl bir gəzinti yerinə çevriləcək. Bu kampaniya bir daha göstərir ki, YAP yaradıcılıqla, quruculuqla məşğul olaraq cəmiyyətə xidmət edir”.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev yaşıllaşdırma kampaniyasının əhəmiyyətli olduğunu vurğulayıb: “Partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi olmasını belə tədbirlərlə də sübuta yetirir. Hesab edirəm ki, digər partiyalar da YAP-ın təcrübəsindən yararlanmalıdır. Təbii ki, Bakımızın ekoloji mühitinin daha da yaxşılaşmasına xidmət edən bu aksiya insanlar tərəfindən yüksək dəyərləndirilir. Bütün bunlar partiyamızın gücünü daha artırır”.
Qeyd edək ki, kampaniya çərçivəsində İtaliyadan gətirilmiş, hündürlüyü 4-5 metr olan 200-dən artıq “Leylandra” növlü ağaclar əkilib, təmizlik-abadlıq işləri aparılıb.
Nardar BAYRAMLI
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

