/ / Bakıda akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb
Bakıda akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb
06.06.2013 [02:11]
İyunun 5-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA-nın Botanika İnstitutu və Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin (İSPR) birgə təşkilatçılığı ilə dünya şöhrətli alim, ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Cəlal Əliyev. Davamlı inkişaf üçün fotosintez tədqiqatları-2013” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AzərTAc xəbər verir ki, konfransda dünyanın 37 ölkəsindən 300-dən çox mütəxəssis iştirak edir.
Konfransın plenar iclasında Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov bildirib ki, azərbaycanlı alimə həsr olunan bu cür irimiqyaslı beynəlxalq elmi tədbirin Bakıda ilk dəfə keçirilməsi Cəlal Əliyevin şəxsiyyətinə olan böyük hörmət, onun və yaratdığı məktəbin fotosintezin tədqiqi sahəsində əldə etdiyi misilsiz nailiyyətlər, qazanılan uğurların dünya elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsi ilə bağlıdır.
Azərbaycan paytaxtının artıq bir çox beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini qeyd edən nazir bunu ölkəmizin daim artmaqda olan iqtisadi gücü ilə əlaqələndirib. Diqqətə çatdırıb ki, bu, həm də Azərbaycanın beynəlxalq və regional problemlərin həllinə verdiyi töhfələr və ölkəmizdə biliklərə əsaslanan yeni bir dövrün başlanması ilə bağlıdır.
Akademik Ə.Abbasov bildirib ki, bu gün Azərbaycan regionda və dünyada ərzaq, enerji təhlükəsizliyi kimi böyük problemlərin həllinə öz töhfələrini verməkdədir. Bu uğurların qazanılmasında akademik Cəlal Əliyevin elmi fəaliyyətinin böyük rolu olub.
Sonra nazir Əli Abbasov akademik Cəlal Əliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamını oxuyub.
Əli Abbasov yüksək dövlət mükafatını - “Şərəf” ordeni yubilyara təqdim edib.
Akademik Cəlal Əliyev çıxış edərək deyib ki, Prezident İlham Əliyev Azərbaycanda elmin, təhsilin inkişafına, intellektual sahələrə xüsusi diqqət göstərir. Ölkəmizdə elm adamlarının səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılır. Bu da öz bəhrəsini verməkdədir. Alim vurğulayıb ki, iqtisadiyyatı, həyat səviyyəsi yüksək olan ölkələrdə elm də sürətlə inkişaf edir, dünya elminə inteqrasiya olunur.
Akademik Cəlal Əliyev göstərilən diqqət və qayğıya, əməyinə verilən qiymətə, yüksək mükafata görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Dublin Universitet Kollecinin professoru Brus Osborn fotosintez prosesinin öyrənilməsinin, akademik Cəlal Əliyevin fotosintezlə bağlı tədqiqatlarının əhəmiyyətindən, Azərbaycanın bu sahədə dünyada tanınan alimi ilə elmi yaradıcılıq əlaqələrindən danışıb.
Akademik Cəlal Əliyevin fotosintezin öyrənilməsində böyük nailiyyətlər qazandığını qeyd edən B.Osborn bildirib ki, bu, görkəmli alimin təşəbbüsü ilə Bakıda davamlı inkişaf üçün fotosintez tədqiqatlarına həsr olunan ikinci konfransdır. Fotosintezlə bağlı uzunmüddətli tədqiqatlar həyata keçirilsə də, onun fundamental problemləri hələ də qalır. Əminəm ki, hazırkı konfrans bu sahədə mövcud problemlərin həllində mühüm rol oynayacaq.
Konfransın Rusiya Federasiyasından olan iştirakçısı biologiya elmləri doktoru, professor Süleyman Allahverdiyev akademik Cəlal Əliyevin Azərbaycan biologiya elminin inkişafında əvəzsiz xidmətlərindən, alimin öz məhsuldar əməyi ilə dünya elminə böyük töhfələr verməsindən söz açıb.
Bildirib ki, bu gün akademik Cəlal Əliyevin yetirmələri dünyanın qabaqcıl elm mərkəzlərində fəaliyyət göstərir, öz müəllimlərindən öyrəndiklərini təcrübədə uğurla tətbiq edirlər.
S.Allahverdiyev akademik Cəlal Əliyevin tələbəsi olduğu üçün qürur hissi keçirdiyini bildirib, müəllimini yubileyi münasibətilə təbrik edib. O, müəyyən səbəblərə görə konfransda iştirak etməyən Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin keçmiş prezidenti Ceyms Barber (Böyük Britaniya) və amerikalı alim Necat Vəziroğlunun da təbriklərini akademik Cəlal Əliyevə çatdırıb.
Kimya üzrə Nobel mükafatı laureatı, Kembric Universitetinin professoru Jon Uolker Azərbaycanın dünya şöhrətli akademikinin yubileyinə həsr olunmuş tədbirdə çıxış etməsindən şərəf duyduğunu bildirib, alimi yubiley münasibətilə təbrik edib.
Akademik Cəlal Əliyevin elmdə qazandığı nailiyyətləri qeyd edən J.Uolker onun fotosintezin öyrənilməsi sahəsində əvəzsiz lider olduğunu vurğulayıb.
Azərbaycanın böyük turizm potensialına sahib olduğunu vurğulayan Nobel mükafatçısı xarici mütəxəssislərin ölkədə keçirilən bu cür vacib tədbirlərdə iştirakına və ölkənin zəngin mədəniyyəti ilə tanışlığa yaradılan şəraitə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.
ABŞ-ın Pensilvaniya Universitetinin professoru Lesli Daton konfransın əhəmiyyətini, akademik Cəlal Əliyevin Azərbaycan elminə böyük töhfələr verdiyini qeyd edib. Fotosintez tədqiqatlarına həsr olunmuş konfransın bu sahənin mütəxəssislərini bir araya gətirdiyini vurğulayan amerikalı alim bu tədbirin iki ildən bir keçirilməsini, Azərbaycanın dünyanın diqqətini daha çox cəlb edən ölkələrdən biri olmasını arzulayıb.
Azərbaycana artıq üçüncü dəfə gəldiyini qeyd edən yaponiyalı alim Morio Murata akademik Cəlal Əliyev ilə 20 il əvvəl tanış olduğunu, onun fotosintezin öyrənilməsi sahəsində böyük uğurlara imza atdığını vurğulayıb. Akademik Cəlal Əliyevin tədqiqatlarının dünya alimləri tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdıran M.Murata deyib ki, alimin çoxlu sayda yetirmələri hazırda dünyanın nüfuzlu elm mərkəzlərində çalışırlar və onlar akademik Cəlal Əliyevin tələbəsi olduqlarını böyük fəxrlə söyləyirlər.
Macarıstanın Əkinçilik Fiziologiyası İnstitutunun professoru Qyözö Qarab akademik Cəlal Əliyevin Azərbaycanda böyük elmi laboratoriyası olduğunu, alimin dünyaya istedadlı tələbələr bəxş etdiyini vurğulayıb, dünya şöhrətli alimi təbrik etmək üçün imkan əldə etdiyinə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Konfransın əhəmiyyətindən danışan macarıstanlı alim deyib ki, bu tədbir həm də bizə Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmağa fürsət yaradır.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov ölkəmizdə dövlət tərəfindən elm adamlarına, eləcə də elmi-tədqiqat işlərinin aparılmasına xüsusi diqqət yetirildiyini bildiriblər.
Akademiklər əminliklə vurğulayıblar ki, fotosintez tədqiqatları ilə bağlı Bakıda artıq ikinci dəfə keçirilən konfrans Azərbaycan elminin təbliğində və onun dünya elminə inteqrasiyasında mühüm rol oynayacaq, respublikamızda elmin digər sahələrinin dinamik inkişafına güclü təkan verəcək.
Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının vitse-prezidenti, akademik İvan Sobçenko deyib ki, bu gün Azərbaycan elminin bayramıdır. Çünki bu gün Azərbaycan elminə böyük töhfələr vermiş bir alimin yubileyi qeyd olunur. Akademik Cəlal Əliyev məhsuldarlığı aşağı olan torpaqlarda hər hektardan 7-8 ton məhsul almağa kömək edən buğda sortu yetişdirib. Bu cür nailiyyətə sahib olan insan əsl qəhrəmandır.
Rusiya və Azərbaycan alimlərinin birgə fəaliyyətindən söz açan rusiyalı akademik bu əməkdaşlığın davamlı olmasını arzulayıb.
Akademik Cəlal Əliyevin Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının fəxri akademiki seçildiyini vurğulayan İ.Sobçenko akademiyanın prezidenti, akademik Yevgeni Romanenkonun səmimi təbrikini və xoş arzularını azərbaycanlı həmkarına çatdırıb.
Rusiya Federasiyası Tatarıstan Milli Elmlər Akademiyasının müxbir üzvü Robert İlyazov biologiya elminin ağsaqqalı, akademik Cəlal Əliyevi salamlamaqdan şərəf duyduğunu vurğulayaraq bildirib ki, o, bütün dünyada fotosintez məktəbinin yaradıcısıdır. Akademik Cəlal Əliyevin elmi əsərlərindən, monoqrafiyalarından həmişə bəhrələnmişik. Azərbaycan elminin bugünkü yüksək səviyyədə inkişafında akademik Cəlal Əliyevin böyük xidmətləri var.
Tokio Universitetinin professoru Hiroşi Nişihara akademik Cəlal Əliyev ilə əməkdaşlıqdan, onun yubileyinə həsr olunmuş konfransda çıxış etməsindən qürur duyduğunu vurğulayıb. Yaponiyalı alim öz elmi fəaliyyətinə fotokimya sahəsində tədqiqatlarla başladığını, lakin sonradan onda fotosintez sahəsinə marağın yarandığını bildirib. Qonaq dünya şöhrətli azərbaycanlı alimin bu sahədəki tədqiqatları ilə tanış olduğunu, onun elmi yaradıcılığından bəhrələndiyini bildirib.
Böyük Britaniyanın Tibbi Tədqiqatlar Şurasının Molekulyar Biologiya Laboratoriyasının qrup rəhbəri, akademik Cəlal Əliyevin yetirməsi Qərib Mürşüdov müəllimini yubiley münasibətilə təbrik edib, gənclərə göstərdiyi böyük qayğıya görə ona dərin minnətdarlığını bildirib. Akademik Cəlal Əliyevin Azərbaycan elminin dünyada tanınmasında rolunu qeyd edən Q.Mürşüdov akademikin həm də yeni alimlər nəslinin yetişməsində böyük xidmətlərindən danışıb. O, belə tanınmış alimin tələbəsi olmasından və Azərbaycan elmini dünyada təmsil etməsindən şərəf duyduğunu bildirib.
Konfransda 50-dən artıq məruzənin dinləniləcəyini və onların fotosintez tədqiqatları üçün faydalı olacağına əminliyini bildirən Q.Mürşüdov deyib ki, konfransın materialları beynəlxalq elmi jurnallarda dərc olunacaq.
Akademik Cəlal Əliyevin elmi fəaliyyətinə həsr edilmiş qısametrajlı sənədli film nümayiş olunub.
Sonra konfrans işini bölmə iclasında davam etdirib.
İclasda C.Uolker, Q.Mürşüdov, L.Daton, H.Nişiharanın mövzuya dair məruzələri dinlənilib.
Fotosintez prosesinin bütün istiqamətləri, onun praktiki təsiri, kənd təsərrüfatında tətbiqi, həmçinin hidrogenin alınması və süni fotosintez kimi problemlər barədə geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
Konfrans işini iyunun 6-da bölmə iclaslarında davam etdirəcək.
Xəbər lenti
Hamısına baxİdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59

