/ / Sürətli iqtisadi inkişaf, güclü siyasi sabitlik və sarsılmaz ictimai həmrəyliklə xarakterizə olunan 10 il
Sürətli iqtisadi inkişaf, güclü siyasi sabitlik və sarsılmaz ictimai həmrəyliklə xarakterizə olunan 10 il
07.06.2013 [02:07]
Yeni Azərbaycan Partiyasının bu il keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə bağlı qərarı Azərbaycan xalqının sarsılmaz iradəsini və dəyişməz mövqeyini ifadə edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 il öncə - 31 oktyabr 2003-cü ildə andiçmə mərasimindəki nitqində ölkəmizin gələcəyi ilə bağlı düşüncələrini və qarşıdakı illərdə həyata keçiriləcək siyasətin tezislərini belə ifadə edirdi: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır.
Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Cənab Prezident Azərbaycanda Heydər Əliyev siyasətinin davam edəcəyini vəd verirdi və bu siyasətin ölkəmizin sürətli inkişafına təkan verəcəyini söyləyirdi. Bu, kifayət qədər əsaslı və tarixi təcrübənin ortaya qoyduğu gerçəklik idi. Zaman cənab İlham Əliyevin haqlı olduğunu göstərdi. Zaman, həmçinin, Ulu öndər Heydər Əliyevi də növbəti dəfə haqlı çıxardı. “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Ulu öndərimizin bu çağırışı təkcə bütün mənalı ömrünü xalqımızın, dövlətimizin inkişafına həsr etmiş böyük bir liderin xalqı qarşısındakı sonuncu xidməti deyildi. Bu, həm də dahi liderin Azərbaycanın gələcək taleyini, bugünkü inkişaf etmiş Azərbaycan dövlətinin yolunu, istiqamətini müəyyənləşdirdiyi tarixi bir missiyanın uğurlu başlanğıcı idi.
Heç də təsadüfi deyil ki, bir çox ekspertlər və beynəlxalq analitiklər 2003-cü ildən ötən 10 ili Azərbaycan dövlətinin yeni inkişaf erası adlandırırlar. Bunun mahiyyətində yatan məntiq bu dövrdə Azərbaycanın yalnız uğurlu inkişaf yolu ilə addımlaması, müasirləşməsi, eyni zamanda, inteqrasiyasını müvəffəqiyyətlə tamamlaması, beynəlxalq aləmin suveren və güclü aktoru kimi özünü təsdiq etməsidir. Belə ki, 2003-cü ildən etibarən Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. Bütövlükdə, ötən 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb, iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilib, müasir sosial-iqtisadi infrastruktur yaradılıb, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilib. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollar həcmindədir. 2013-cü ilin ilk 3 ayında qeyri-enerji sektorunda ümumi daxili məhsulun artımı 11 faizdən çox olub. Bu gün Azərbaycan ümumi daxili məhsulla nisbətdə ən az xarici borcu olan ölkələrdən biridir və onun səviyyəsi cəmi 7 faizdir. Sabit maliyyə sistemi mövcuddur. Yaxşı sərmayə imkanları və iqtisadiyyatın sürətli artımı müşahidə olunmaqdadır.
Bununla yanaşı, dövlət sərmayə proqramı daim genişlənir, yeni təmayüllü sahələrə diqqət ildən-ilə artırılır. Ötən il Azərbaycana 22 milyard dollar məbləğində sərmayə yatırılıb. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə keçmiş Sovet məkanında aparıcı ölkədir. Sərmayə mühiti olduqca müsbətdir. Qeyd edək ki, 2011-ci ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi rekord həddə - 20 milyard dollara çatıb ki, bunlardan 13 milyard dollar daxili, 7 milyard dollar isə xarici investisiyalardır. Bu məbləğdən 15,7 milyard dollar iqtisadiyyatın qeyri-neft sektorunun, 4,3 milyard dollar isə neft sektorunun payına düşüb. Dünyada xarici investisiyaların həcminin azalma prosesi getdiyi və beynəlxalq maliyyə təşkilatları investisiyaları daxili mənbələr hesabına artırmağa çağırdığı bir dövrdə ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması siyasəti uğurla həyata keçirilib. Azərbaycan iqtisadiyyatına bütövlükdə 130 milyard dollardan çox sərmayə qoyulub, ölkənin strateji valyuta ehtiyatları 46 milyard dolları ötüb.
Beləliklə, Azərbaycanda müşahidə olunan sabitlik və dayanıqlılığın əsas səbəbi ölkədə uzun müddət həyata keçirilən makroiqtisadi strategiya və siyasətdir. Bu gün Azərbaycan hökuməti qlobal risklərin qarşısını almaq üçün kifayət qədər manevr imkanlarına malikdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda dövlət borcu ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir, valyuta ehtiyatları isə xarici dövlət borcunu 9 dəfə üstələyir.
Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Sözsüz, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Azərbaycanda sosial siyasət elə şəkildə həyata keçirilir ki, dövlət ümummilli məhsulun təkrar bölüşdürülməsinin bazar mexanizmini tamamlayır və dəqiqləşdirir. Bu zaman minimal baza tələblərinin təminatlı şəkildə ödənilməsi və əhalinin daha artıq sosial müdafiə tələb edən hissəsinə sosial yardım göstərilməsi həyata keçirilir. Ölkəmizin dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır. Belə ki, büdcənin 30 faizdən çoxu sosial məsələlərə yönəldilir ki, bu da Azərbaycan üçün tamamilə məqbuldur. Bütövlükdə, 2003-cü ildən bu günədək ölkədə bir milyondan çox yeni iş yeri yaradılıb, əhalinin işsizlik səviyyəsi 5,1 faizə düşüb. Yoxsulluq 6 faizədək enib. Bu rəqəm yoxsulluqla mübarizə sahəsində dünyada ən yüksək göstəricilərdən biridir.
Məlum olduğu kimi, iqtisadi sahədə əldə olunan nailiyyətlər digər istiqamətlərdə zəngin nailiyyətlərin qazanılmasını şərtləndirir. Ulu öndər Heydər Əliyev bu məqamı xüsusi vurğulayaraq qeyd etmişdir ki, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bəli, Azərbaycanın güclü iqtisadi imkanları ona imkan verir ki, bütün məsələləri milli mənafe və maraqları çərçivəsində həll etsin. Eyni zamanda, xarici siyasətdə də dövlətin əsas strateji hədəflərinə doğru qətiyyətli addımlar atılmaqdadır.
Sirr deyil ki, qloballaşan dünyada bu və digər dövlətin uğurlu xarici siyasət əsasında beynəlxalq münasibətlər sisteminə qatılması, maraq və mənafelərini beynəlxalq hüququn verdiyi imkanlar hesabına təmin etməsi, sivil birgəyaşayış normaları ilə tənzimlənən dünya siyasətində iştirakı, ilk növbədə, onun daxili siyasətindən, demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına necə əməl etməsindən, iqtisadi inkişaf səviyyəsindən asılıdır. Praqmatik və rasional baxışlı siyasi lider kimi bu reallıqları düzgün dəyərləndirən dövlət başçısı İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafı ilə paralel surətdə gerçəkləşdirilən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti respublikanın gələcək yüksəlişinin, habelə effektiv xarici siyasətinin vahid istinad nöqtəsi kimi əsaslandırıb.
Əminliklə söyləmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin son 10 ildə həyata keçirdiyi effektiv xarici siyasət əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış siyasi kursun varisliyini təmin etməklə yanaşı, müasir dünyanın geosiyasi gerçəkliklərinə maksimum adekvatlığı ilə cəlbedici olub. Rəsmi Bakı 2003-2013-cü illərdə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeridib, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiya verib, ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük verib. Cənab Prezident İlham Əliyevin bu gün bütövlükdə dünya siyasətində bütün siyasi qütblərin hesablaşdığı və rəğbət bəslədiyi fenomen siyasi liderə çevrilməsi də məhz bu reallıqlarla şərtlənir.
Hazırda dünya dövlətləri Azərbaycanı etibarlı tərəfdaş, güclü, nüfuzlu milli aktor kimi qəbul edirlər. 2011-ci ilin oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) təmsil edəcək yeni qeyri-daimi (müvəqqəti) üzv seçilməsi bunun başlıca göstəricisidir.
Eyni zamanda, Azərbaycana beynəlxalq aləmdə göstərilən möhkəm etimadın nəticəsidir ki, bu gün mühüm əhəmiyyət daşıyan tədbirlər, konfransların təşkil olunması ölkəmizə həvalə edilir. Bu mənada, ötən il Bakıda “Eurovision” mahnı müsabiqəsinin təşkil olunması, həmçinin, Ümumdünya İqtisadi Forumu (Davos forumu), Ümumdünya Mədəniyyətlərarası dialoq, Beynəlxalq İnternet Forumunun Azərbaycanda keçirilməsi, 2015-ci ildə ilk Avropa Olimpiya oyunlarına ev sahibliyinin paytaxtımıza etibar edilməsi kimi tədbirləri xüsusi qeyd etmək lazımdır. Həmçinin, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasını, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Parlament Məclisinin Baş Assambleyasının 40-cı plenar iclasını, QİƏT ölkələri qeyri-hökumət təşkilatlarının I forumunu, İqtisadi Əməkdaşlıq Təşkilatının XII sammitini, II Bakı Beynəlxalq Humanitar Forumu və başqalarını qeyd etmək olar. Bu cür beynəlxalq tədbirlərdə dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə nüfuzlu siyasi xadim, ayrı-ayrı sahələr üzrə ekspertlər, həmçinin, mətbuat nümayəndələri bir araya gələrək müxtəlif məsələlər üzrə dialoq, fikir mübadiləsi aparır, qərarlar qəbul edirlər.
Görünən odur ki, Azərbaycan, xüsusən də, paytaxt Bakı qlobal problemlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməkdədir. Bütün bunlar nəticə etibarilə onu deməyə əsas verir ki, bu gün Azərbaycan təkcə yerləşdiyi regionun həyatını təyin edən mərkəz kimi deyil, eyni zamanda, dünyada baş verən hadisələrə müdaxilə etmək iqtidarına və əzminə sahib güclü bir oyunçu kimi öz sözünü deməkdədir.
Ümumilikdə, sadalanan bütün faktları təhlil etdikdə belə bir nəticə hasil olur ki, ötən 10 ildə Azərbaycanın dünya birliyinin layiqli üzvünə çevrilməsi, beynəlxalq nüfuzunun sürətlə artması, dinamik iqtisadi inkişaf magistralına çıxması, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasətin yeridilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təşkili məhz cənab Prezident İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri sayəsində mümkün olub. Məhz buna görə də, Azərbaycan vətəndaşları Prezident İlham Əliyevə böyük etimad bəsləyir, Onun siyasi kursunu birmənalı şəkildə dəstəkləyirlər. Cəmiyyətdə böyük əksəriyyət bu fikirdədir ki, xalqın inamını doğrultmuş dövlət başçısının uğurla davam etdirdiyi islahatlar hələ uzun illər Azərbaycanın möhkəmləndirilməsi və gücləndirilməsinə, ölkənin iqtisadi qüdrətinin artırılmasına, xalqın layiq olduğu firavanlığa qovuşmasına xidmət edəcək. Ölkəmizin və regionun ən güclü, mütəşəkkil partiyası olan Yeni Azərbaycan Partiyası da məhz xalqımızın bu sarsılmaz iradəsinə və dərin inamına söykənərək qarşıdan gələn prezident seçkilərində partiyamızın Sədri cənab İlham Əliyevin namizədliyini irəli sürüb. İnanırıq ki, 2013-cü ildən sonra da Azərbaycan dövləti Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və xalqımızın firavan həyatının təmin olunmasına yönəlmiş strateji hədəflərə doğru inamla irəliləyəcək.
Aydın Hüseynov,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

