Volqoqradda 4-cü “Rusiya-Azərbaycan: regionlararası dialoq - 2013” Forumu başa çatıb
07.06.2013 [02:09]
Volqoqradda 4-cü “Rusiya-Azərbaycan: regionlararası dialoq - 2013” Forumu başa çatıb.
İyunun 6-da Forum iştirakçıları Mamayev Kurqanında “Stalinqrad döyüşü qəhrəmanlarına” tarix-memorial kompleksində olublar. Sonra Volqoqradın Yeni Eksperimental Teatrında Forumun plenar iclası başlanıb. Teatrın foyesində “Heydər Əliyev Rusiya-Azərbaycan münasibətlərində” və “Böyük Vətən müharibəsində Qələbəyə Azərbaycan xalqının töhfəsi” mövzularında fotosərgi açılıb. Forum iştirakçıları Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Volqoqrada və Rusiyanın digər regionlarına səfərlərini əks etdirən tarixi fotoşəkillərə, habelə Stalinqrad döyüşündə iştirak etmiş qəhrəman azərbaycanlıların fotoşəkillərinə böyük maraqla tamaşa ediblər.
Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov plenar iclası açaraq qeyd edib ki, sosial-iqtisadi həyatın bütün sahələrində Rusiya-Azərbaycan əlaqələri durmadan inkişaf edir. Qubernator deyib: “Volqoqrad vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın dərin kökləri vardır. Bu dostluğun təməli 20 ildən çox bundan əvvəl qoyulmuşdur. O vaxt, 1987-ci ildə Heydər Əlirza oğlu Əliyev Volqoqrad vilayətinə səfər etmişdi. Bu gün də Azərbaycan bizim aparıcı ticarət tərəfdaşlarımızdan biridir”.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Rusiya Federasiyası Prezidentinin regional və xarici ölkələrlə mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Forum iştirakçılarına müraciətlərini oxuyublar.
Plenar iclasın moderatorları Rusiya tərəfdən Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar, Azərbaycan tərəfdən Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə idi.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, RF Federal Məclisi Federasiya Şurasının sədrinin müavini İlyas Umaxanov, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Həştərxan vilayətinin vitse-qubernatoru, vilayət hökumətinin sədri Konstantin Markelov, Bakının Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və başqaları öz çıxışlarında qeyd ediblər ki, artıq ənənəyə çevrilmiş, iştirakçılarının əhatə dairəsi getdikcə genişlənən bu Forum regionlararası əlaqələrin inkişafı üçün əlverişli bir məkandır.
İclasda iki saziş imzalanıb. Azərbaycanın və Rusiyanın vahid enerji sistemlərinin paralel işinin təmin edilməsi tədbirləri haqqında Rusiya Federasiyası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Sazişi Rusiyanın energetika nazirinin müavini Anton İnyutsın və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev imzalayıblar. Azərbaycan Respublikası Hökuməti ilə Volqoqrad vilayəti hökuməti arasında ticari-iqtisadi və mədəni əməkdaşlıq haqqında Sazişi Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov və Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev imzalayıblar.
Sazişlər imzalanandan sonra Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib ki, Azərbaycan və Rusiya energetika sahəsində çox böyük ixrac potensialına malikdir. Hələ 2004-cü ildə Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehran görüşündə Şimal-Cənub enerji dəhlizi yaradılması təşəbbüsü irəli sürülüb. Nazir deyib: “Azərbaycanda enerji sistemi uzun illər boyu təkmilləşdirilmiş, yenidən qurulmuş və modernləşmişdir. Bu gün bütün texniki problemlər həll edilmiş və Forum çərçivəsində Azərbaycan ilə Rusiya arasında energetika sahəsində müstəsna əhəmiyyətli saziş imzalanmışdır”.
Sonra Forum iştirakçıları regionlararası əməkdaşlıq, energetika və nəqliyyat kommunikasiyaları, iqtisadi əməkdaşlığın perspektivləri və digər mövzularda müzakirələri “dəyirmi masa”lar arxasında davam etdiriblər.
“Dəyirmi masa” iclasları başa çatandan sonra moderatorlar qeyd ediblər ki, ikitərəfli regional əməkdaşlıq, energetika və nəqliyyat kommunikasiyaları, humanitar münasibətlər və gənclər siyasəti sahəsində qarşılıqlı fəaliyyət məsələlərinə dair konstruktiv fikir mübadiləsi aparılıb. Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi kimi aktual mövzuya toxunulub. 5-ci Rusiya-Azərbaycan regionlararası Forumunun Azərbaycanda keçirilməsi qərara alınıb.
4-cü “Rusiya-Azərbaycan: regionlararası dialoq - 2013” Forumu yekun bəyanatın qəbul edilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

