Dağlıq Qarabağ terrorçu narkotacirlərin nəzarətində...
13.06.2013 [01:01]
Əldə olunan yeni məlumatlar bir daha sübut edir ki, Ermənistanın işğalçılıq siyasətinin davam etməsi regionun gələcəyi üçün daha təhlükəli perspektivlər vəd edir
Sirr deyil ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi təkcə ölkəmiz üçün deyil, eyni zamanda, regionda da bir çox istiqamətlərdə böyük təhlükə mənbəyi yaradıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması bölgədə nəzarətdən kənar “boz zona”nın yaranmasına şərait yaradıb ki, bu ərazi də mütəşəkkil cinayətkar dəstələrin öz təhlükəli əməllərini gerçəkləşdirdiyi əlverişli ünvana çevrilib. Xatırlatmaq yerinə düşər ki, rəsmi Bakı müxtəlif səviyyələrdə keçirilən görüşlərdə və beynəlxalq tədbirlərdə Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda narkotik maddələrin kultivasiya olunması və bu ərazidə istehsal olunan narkotik maddələrin region ölkələrinə gizli yollarla keçirilməsi, oradan isə Avropanın müxtəlif dövlətlərinə daşınması haqqında əsaslı faktları dilə gətirib. Azərbaycan Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib ki, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz ərazi kimi istifadə olunur. Onun sözlərinə görə, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində bu ərazinin və Azərbaycan-İran sərhəddinin 132 km hissəsinin faktiki olaraq nəzarət olunmayan zonaya çevrilməsi də narkoişbazlar üçün əlverişli şərait yaradır: “Daxil olan əməliyyat məlumatları təsdiq edir ki, bu nəzarətsiz zonalar narkotik vasitələrinin əkilib-becərilməsi, istehsalı, tranziti, ticarəti, qanunsuz silah və insan alveri, terrorçuların sığınacağı və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün aktiv istifadə olunur”.
Eyni zamanda, Azərbaycan bu məsələnin qarşısının alınması üçün dünyanın əlaqədar təşkilatlarına müraciət ünvanlayıb və beynəlxalq ictimaiyyəti bu təhlükəli fakta qarşı birgə mübarizəyə çağırıb. Son dövrlər əldə olunmuş faktlar təhlükənin kifayət qədər ciddi olduğunu və Azərbaycanın uzun müddətdir ifadə etdiyi həyəcan təbilində haqlılığını ortaya qoyur. Xatırladaq ki, bir neçə gün öncə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilib. Onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai əlaqələr mərkəzindən verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində təşkil edilib və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib. Belə ki, MTN tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Bağırov Babək Surxay oğlu, Məhərrəmov Ramil Bayram oğlu və İran İslam Respublikasının vətəndaşı İbrahimi Əsgər Səxavət oğlu yaxalanıblar. Məlum olub ki, Babək Bağırov, Ramil Məhərrəmov, Əsgər İbrahimi və İran İslam Respublikasının digər vətəndaşı, Parsabad rayonunun Qaraqabaq kənd sakini Ərsalam Həlim qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib satış məqsədilə 8 kiloqramdan artıq həşişi və təxminən 7 kiloqram tiryəki, 9 kiloqram 500 qrama yaxın qurudulmuş marixuananı qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətiriblər.
Əsgər İbrahimi ifadəsində göstərib ki, Ərsalam Həlim Azərbaycan Respublikasına aparmaq üçün İranda ona verdiyi qurudulmuş marixuananın ermənilər tərəfindən işğal olunmuş Qarabağ ərazilərində yetişdirildiyini bildirib. Belə ki, Ərsalam Həlim həmin narkotik vasitələrin İran ərazisində də əkilməsinə baxmayaraq, müştərilərin əsasən Qarabağda yetişdirilmiş daha keyfiyyətli marixuanaya üstünlük verdiklərini vurğulayıb. O, həmçinin, işğal olunmuş Qarabağ ərazilərində ermənilər tərəfindən yetişdirilmiş narkotik vasitələrin İran vasitəsi ilə Azərbaycana və başqa ölkələrə daşınaraq satıldığını deyib. Qrupun digər üzvü Babək Bağırov da analoji ifadələr verərək bildirib ki, Ərsalam Həlim ona həmin marixuananın Azərbaycanın işğal olunmuş Qarabağ ərazilərində erməni zabitləri və əsgərləri tərəfindən yetişdirildiyini və sifarişlər əsasında erməni hərbçilərinin bu narkotik vasitələri İrana və oradan başqa ölkələrə göndərdiklərini deyib.
Təbii ki, bu kimi faktlar Ermənistandakı kriminal hakimiyyətin və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimin nə qədər təhlükəli olduğunu bir daha nümayiş etdirir. Nəzərə alsaq ki, narkotik maddələrin kultivasiyasından və onun biznesindən əldə olunan gəlirlər, terrorçuluq məqsədilə istifadə olunur, onda regionun gələcəyi üçün hansı təhlükəli perspektivin olduğunu proqnozlaşdırmaq elə də çətin deyil. Eyni zamanda, bu məsələdə başqa diqqət çəkən məqam ondan ibarətdir ki, narkotik maddələrin becərilməsində və daşınmasında Ermənistan silahlı qüvvələrinin zabitləri və əsgərləri də iştirak edir. Bu isə ondan xəbər verir ki, erməni ordusunda narkotik maddələrdən istifadə geniş yayılıb, həm də bu prosesin hərbi cinayətkar kriminal qrupun birbaşa nəzarətində olduğu təsdiqini tapır.
Məsələyə münasibət bildirən millət vəkili Zahid Orucun sözlərinə görə, Azərbaycan bundan öncə də dəfələrlə Dağlıq Qarabağ ərazisindən narkotiklərin becərilməsi üçün istifadə olunduğunu bəyan etmiş və bu məlumatların iki dövlət arasında düşmənçilikdən qaynaqlanan təbliğat olmadığını da sübut etməyə çalışmışdı. “Necə olur ki, dünyada narkotrafiklərə qarşı mübarizədə hər cür mənbələrə zərbə endirməyə hazır olan dövlətlər Dağlıq Qarabağı belə hədəfdən kənarda saxlayırlar?” - deyə sual edən Z.Oruc əlavə edib ki, Ermənistanın bütün təhlükəli hərəkətlərinin hədəfində yalnız Azərbaycan vətəndaşları dayanır: “Onlar tərəfindən şüurlu şəkildə həyata keçirilən narkotik maddə biznesinin hədəfi yenə də sadə Azərbaycan vətəndaşlarıdır. Bu, işğal zərbəsinin başqa bir müstəvidə davamıdır. Şübhəsiz ki, biz bunu sadəcə ermənilərə qarşı siyasi diplomatik mübarizə elementi etməli deyilik. Eyni zamanda, başqa effektiv tədbirlərin həyata keçirilməsi üçün də imkanlarımız var. Mən hesab edirəm ki, Azərbaycan Ermənistanı və Dağlıq Qarabağdakı qeyri-qanuni kriminal rejimi məhkəməyə vermək üçün real addımlar ata bilər. İşğala və bir sıra digər məsələlərə baxmayaraq, bu faktlar qarşısında real addımların atılması üçün hüquqi mexanizmlər mövcuddur. Dünyada nəzarət olunmayan ərazilər və s. anlayışlara baxmayaraq, narkotik maddələrə, onun yetişdirilməsinə, tranzitinə, müxtəlif ölkələrə ötürülməsinə qarşı çox ciddi bir mübarizə mövcuddur. Bu, terrorizmin mənbəyi sayılır. Belə olan təqdirdə, biz narkotik maddələrin daşınmasına və tranzitinə qarşı mübarizədə ciddi dəstək qazana bilərik”.
Millət vəkili Zahid Oruc deyib ki, aşkarlanan fakt həm də başqa mətləbləri də ortaya qoyur. Belə ki, əldə olunmuş materiallardan da aydın olduğu kimi, narkotik maddələrin becərilməsində və tranzitində Ermənistan silahlı qüvvələrinin zabit və əsgər heyəti iştirak edir: “Bu, onu deməyə əsas verir ki, proses Ermənistanda hakimiyyətdə olan kriminal iqtidarın bütün iyerarxiyalarını əhatə edir. Müəyyən mənada bir real yönləndirmə və siyasi idarəçilik var. Proses kortəbii baş vermir. Məsələdə hərbi əməliyyatlar qədər hazırlanma elementləri özünü göstərir. O cümlədən, narkotikin ermənilər arasında geniş yayılması da bir faktdır. Bu məsələ beynəlxalq hesabatlarda da öz əksini tapır”.
Narkotiklərə qarşı milli təbliğat ofisinin rəhbəri Məzahir Əfəndiyev isə bildirib ki, Azərbaycan tərəfindən dəfələrlə işğal olunmuş ərazilərin istər narkotik maddələrin kultivasiyası, istərsə də narkotik maddələrin istehsalı üçün istifadə olunması haqqında səsləndirilmiş məlumatlar növbəti dəfə öz təsdiqini tapdı: “Qeyd etmək istəyirəm ki, bu kimi qeyri-qanuni və təhlükəli yollarla əldə olunmuş gəlirlər separatizm məqsədilə terror qruplaşmalarının fəaliyyətinə yönəldilir”.
Onun sözlərinə görə, əvvəllər də İran vasitəsilə Azərbaycana keçirilməyə cəhd olunmuş narkotik vasitələrin mənbəyinin məhz Dağlıq Qarabağda nəzarətsiz ərazilər olduğu istintaqla ortaya çıxmışdı. “Eyni zamanda, bu narkotik maddələri təkcə Azərbaycana deyil, eyni zamanda, regionla həmsərhəd olan digər dövlətlərə də keçirilməyə cəhd olunub. Həmin zaman da müəyyən olunmuşdu ki, bu narkotik maddələrin kultivasiya olunduğu, istehsal olunduğu ərazi məhz Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsidir. Bu narkotik maddələr qeyri-qanuni yollarla region dövlətlərinə və oradan da Avropaya aparılır. Ona görə də, bu məsələyə lokal bir problem kimi yanaşmaq qəbulolunmazdır. Bütün dünya ictimaiyyəti təhlükənin nə qədər ciddi olduğunu nəzərə almalı və lazımi iradəni ortaya qoymalıdır”, - deyə M.Əfəndiyev bildirib.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33

