Milli Məclisin iclasında...
01.03.2025 [10:39]
16 məsələ müzakirə edildi
Fevralın 28-də Milli Məclisin növbəti iclası keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyinə 16 məsələnin daxil olduğunu bildirib.
S.Qafaraova, eləcə də fevralın 18-dən 20-dək Bakıda keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası və digər tədbirlər barədə məlumat verib. O qeyd edib ki, Asiya Parlament Assambleyası hazırda Milli Məclisin sədrlik etdiyi 5 beynəlxalq parlament təşkilatından biridir. Digər təşkilatlar isə Türk Dövlətlərinin Parlament Assambleyası, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasıdır. Parlament diplomatiyası üçün mühüm platforma olan Asiya Parlament Assambleyasının sessiyasında xarici ölkələrin və beynəlxalq təşkilatların 35 nümayəndə heyəti, ümumən 280 nəfərdən çox nümayəndə iştirak edib, “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusu ətrafında müzakirələr aparılıb. Müzakirələrdə Asiya Parlament Assambleyasının üzvü olan ölkələrin parlament sədrləri, sədr müavinləri, üzvləri və Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi çıxış ediblər. Onlar regional problemlərin həllində və regional inteqrasiyanın sürətlənməsində Asiya Parlament Assambleyasının mühüm rolu barədə danışıblar.
Bakı Bəyannaməsində Ermənistandan qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmalarından da bəhs olunur
“Asiya Parlament Assambleyasının sədri kimi mən öz çıxışımda ötən dövr ərzində təşkilatın institusional inkişafı istiqamətində Milli Məclis tərəfindən irəli sürülmüş təşəbbüslər haqda danışdım. Sevindirici haldır ki, məhz bizim sədrliyimiz dövründə görülmüş işlər nəticəsində Asiya Parlament Assambleyasının mövcud strukturlarının fəaliyyəti daha da gücləndirilib və bu ərəfədə Oman Sultanlığının Şura Məclisi təşkilata yeni üzv, Belarus Milli Assambleyasının Respublika Şurası isə müşahidəçi kimi qəbul olunub. Çıxışımda mən Milli Məclisin sədri kimi, dünyanın qarşılaşdığı problemlərə və onların aradan qaldırılması yollarına Azərbaycanın baxışları barədə fikirlərimi bölüşdüm”,-deyən S.Qafarova əlavə edib ki, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında Bakı Bəyannaməsi və müxtəlif mövzularda 29 qətnamə qəbul edilib. Asiya Parlament Assambleyasının qəbul etdiyi Bakı Bəyannaməsinin bir bəndində Ermənistandan qovulmuş azərbaycanlıların ata-baba yurdlarına qayıtmalarının təmin olunması məqsədilə səylərin səfərbər edilməsi üçün çağırış edilir. Spikerin fikrincə, təşkilatın 15-ci plenar sessiyası həm forma, həm də məzmun baxımından yüksək səviyyəli bir tədbir olaraq qarşıya qoyulan bütün hədəflərə nail oldu.
MDB Oyunlarının keçirilməsi ilə bağlı lazımi işlər görülür
Daha sonra millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər. Deputat Sahib Alıyev çıxışında Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin bəyanatını pisləyib. Onun sözlərinə görə, bu bəyanat Azərbaycana qarşı növbəti qərəzin göstəricisidir.
Deputat Müşfiq Cəfərov isə növbəti MDB Oyunlarının keçirilməsi ilə bağlı Gəncə şəhərində abadlıq işlərinin görüldüyünü diqqətə çatdırıb. Onun sözlərinə görə, Gəncə Azərbaycanın ikinci böyük şəhəri olmaqla yanaşı, mühüm logistika və sənaye mərkəzinə çevrilə bilər: “Prezident İlham Əliyev Gəncə şəhərini hər zaman diqqət mərkəzində saxlayır və şəhərin inkişafı istiqamətində mütəmadi olaraq müvafiq fərmanlar və sərəncamlar imzalayır. Bu sənədlərdən biri də Gəncə şəhərində Sənaye Parkının yaradılmasi ilə bağlı fərmandır. Gəncə Sənaye Parkı şəhərin sosial-iqtisadi inkişafına böyük töhfə verə biləcək strateji bir layihədir. Gəncə Sənaye Parkının yeni iş yerlərinin və məşğulluq artımına şərait yaratmaqla yanaşı, yerli istehsalın və sənayenin inkişafına böyük töhfəsi olacaq”.
Ermənistan beynəlxalq konvensiyaların tələblərini pozur
Millət vəkili Pərvanə Vəliyeva çıxışında bildirib ki, Ermənistan regionda ekoloji terror törətməkdə davam edir. Onun sözlərinə görə, ekoloji zərərin transsərhəd xarakteri Cənubi Qafqaz və Xəzəryanı ölkələrin ətraf mühiti üçün böyük təhdiddir: “Bu fəaliyyət beynəlxalq səviyyədə qəbul edilmiş ekoloji standart və prinsiplərə, xüsusən də BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə Espoo Konvensiyasının tələblərinə ziddir.
Bu Konvensiya üzrə transsərhəd təsirlərə səbəb olan sənaye obyektlərinin ətraf mühitə təsiri ilə bağlı qiymətləndirmə hesabatları bütün təsirə məruz qalan tərəf ölkələrə təqdim edilməlidir. Lakin Ermənistanın qonşu ölkələr, o cümlədən Azərbaycanla razılaşdırmadan, ətraf mühitə ziyan vuran mədənçilik fəaliyyəti aparması bu Konvensiyanın açıq şəkildə pozulmasıdır. Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə də nail olunmasını çətinləşdirir və vətəndaş cəmiyyəti tərəfindən dəfələrlə edilən çağırışlara məhəl qoymamaqla Orhus Konvensiyasının tələblərini pozur. Bu isə onun şəffaflığa və məsuliyyətli ekoloji idarəetmə prinsiplərinə sadiqliyinə ciddi şübhələr yaradır. Ermənistanın iqtisadi inkişafı ətraf mühitin çirklənməsi və su hövzələrinin məhv edilməsi hesabına aparılmamalıdır. Bu ölkə beynəlxalq ekoloji norma və standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərini dərhal dayandırmalıdır”.
Deputat Cavanşir Feyziyev isə çıxışında bildirib ki, Xocalı faciəsinin ildönümü ərəfəsində Avropa İttifaqı - Ermənistan Parlament Tərəfdaşlığı Komitəsi adından verilmiş bəyanat növbəti dəfə Ermənistanın ölkəmizə qarşı düşmənçilikdən, Avropa Parlamentinin isə siyasi ikiüzlülükdən və korrupsiyadan əl çəkmədiyini bir daha göstərir. Onun sözlərinə görə, bu bəyanat onu göstərir ki, baş nazir Paşinyan bir tərəfdən Ermənistan hakimiyyəti adından sülhdən danışdığı halda digər tərəfdən ölkəmizə qarşı böhtan və iftira xarakterli qarayaxma kampaniyaları təşkil etdirir: “Avropa Parlamenti isə ölkəmizə qarşı qərəzli niyyətlərini guya “bölgəyə sülh gətirmək istəyi” adı altında pərdələməyə çalışır. Avropa Parlamentində atılan addımlar bir daha sübut edir ki, Avropa Cənubi Qafqazda sülhün bərqərar olunmasına qarşı çıxır və hər vəchlə buna mane olmağa çalışır”.
İclasda, həmçinin millət vəkilləri Nizami Səfərov, Tural Gəncəliyev, Kamal Cəfərov, Bəhruz Məhərrəmov, Rəşad Mahmudov və başqaları aktual mövzular barədə çıxış edərək fikir və təkliflərini səsləndiriblər.
Növbəti iclas martın 7-də keçiriləcək
Daha sonra gündəlikdəki məsələlər müzakirəyə çıxarılaraq qəbul olunub.
Sonda spiker Sahibə Qafarova Milli Məclisin növbəti iclasının martın 7-də keçiriləcəyini bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

