Azərbaycan beynəlxalq münasibətlərin fəal aktorudur
19.06.2013 [01:53]
Prezident İlham Əliyev: Qürur hissi ilə deyə bilərik çox şadıq ki, Azərbaycanda verilən qərarlar, o cümlədən, bu sərgilər zamanı aparılan danışıqlar və verilən qərarlar dünya miqyasında böyük əhəmiyyətə malik olan hadisələrə çevrilir
Bildiyimiz kimi, Azərbaycanın beynəlxalq nüfuzu son illərdə sürətlə artmaqdadır. Qlobal güclərin daim diqqət mərkəzində olan, strateji əhəmiyyəti heç zaman azalmayan Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan təbii imkanlarından və intellektual resurslarından istər daxili inkişafının təmin olunmasında, istərsə də beynəlxalq mövqelərinin gücləndirilməsində səmərəli istifadə edir. Milli maraqlara söykənən, qlobal və regional proseslərə uyğunlaşdırılan çevik siyasət sayəsində Azərbaycan beynəlxalq münasibətlərdə önəmli aktor rolunu oynayır. İqtisadi gücü, siyasi nüfuzu artan Azərbaycan artıq özü bir çox regional məsələlərdə həlledici söz sahibinə çevrilib. Bu isə o deməkdir ki, Azərbaycan beynəlxalq münasibətlərdə bütün milli dövlət səlahiyyətlərinə və suverenliklərinə sahib olan qeyri-formal aktordur. Azərbaycanın həqiqi dövlət müstəqilliyini şərtləndirən amillərin təməlində heç şübhəsiz, güclü iqtisadiyyat və sosial rifah dayanır.
Məlum olduğu kimi, Azərbaycan iqtisadiyatının artım tempinə görə, 2006-cı ildən başlayaraq dünyada ilk yerlərdə dayanır. Son on ildə Azərbaycanın dövlət büdcəsi 1,5 milyard dollardan 25 milyard dollaradək artıb. Bu müddətdə 20 dəfəyə yaxın artan büdcə xərcləmələri iqtisadiyyatın şaxələndirilməsinə, işsizliyin və yoxsulluğun aradan qaldırılmasına, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, sahibkarlığın, özəl sektorun inkişafına, ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə yönəlib. Eyni zamanda, həyata keçirilən abadlıq və quruculuq işləri sayəsində Azərbaycanın sürətli inkişafını ölkənin hər bir yerində əyani şəkildə müşahidə etmək mümkündür. Bütün bunlar onu təsdiq edir ki, Azərbaycan son 6-7 ildir ki, dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına malik ölkələrdəndir.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin möhkəmlənməsində enerji amilinin rolunu xüsusi vurğulamaq lazımdır. Danılmaz həqiqətdir ki, bu gün Azərbaycanın mühüm regional və qlobal əhəmiyyətli aktora çevrilməsində ölkənin müstəqil enerji siyasətinin rolu böyükdür. Bildiyimiz kimi, Azərbaycanın iştirakı və razılığı olmadan regionda qlobal əhəmiyyətli heç bir layihə gerçəkləşə bilməz. Milli maraqlar əsasında qurulan enerji strategiyamızın bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində həyata keçirilməsi ölkənin iqtisadi imkanlarını və beynəlxalq nüfuzunu yüksəldib. Həmçinin, dünyada gündən-günə artan tələbat fonunda xammal ehtiyatlarının azaldığı, enerji təhlükəsizliyinin qorunmasının hər bir dövlət üçün prioritet məsələyə çevrildiyi bir dövrdə Azərbaycan uzaqgörən enerji siyasəti ilə beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir.
Azərbaycanla enerji sahəsində əməkdaşlığa Avropa ölkələri böyük maraq göstərir. Bir qədər keçmişə nəzər salsaq görərik ki, Azərbaycan neftinin birbaşa olaraq Avropa bazarlarına çıxması heç də qısa müddətdə baş verən asan proses olmayıb. Bu təbii sərvətin ölkənin taleyi üçün əhəmiyyətini yaxşı anlayan Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın neft strategiyasının əsasını qoydu. Ölkəmiz qarşısında yaradılan bütün süni maneələrə baxmayaraq, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan öz sərvətinin sahibi olduğunu bütün dünyaya nümayiş etdirdi. 2006-cı ilin ortalarında BTC kəmərinin istifadəyə verilməsi SSRİ dağıldıqdan sonra bu regionda həyata keçirilən ən böyük layihədir. Nəticədə, Azərbaycan Avropa İttifaqı ölkələrinin enerji təchizatında, habelə, beynəlxalq enerji bazarlarında mühüm iştirakçıya çevrilib.
Azərbaycanın Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığı özünü təbii qazın ixracında da doğruldur. Məlum olduğu kimi, 1999-cu ildə “Şahdəniz” yatağında zəngin qaz yataqlarının aşkar olunması bir çox ölkələri, xüsusən də Qərb dövlətlərini ölkəmizlə bu sahədə əməkdaşlığa cəlb edib. Dövlətin enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan enerji təchizatının əsasən məhdud çərçivədə cəmləşməsi Avropa ölkələrini istər-istəməz alternativ mənbələrin axtarışına sövq edir. Azərbaycanın 2,6 trilyon kubmetr həcmində dəyərləndirilən təsdiq olunmuş qaz ehtiyatları həm bundan sonra Azərbaycanın ehtiyaclarını ən az 100 il təmin edə, həm də Avropa məkanının enerji təhlükəsizliyində mühüm rol oynaya bilər.
2007-ci ildən istifadəyə verilən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişindən sonra Azərbaycanla Türkiyə arasında Trans-Anadolu Boru kəmərinin (TANAP) çəkilişi ilə bağlı razılığın əldə olunması yaxın gələcəkdə daha bir nəhəng qaz ixracı layihəsinin gerçəkləşməsinə doğru mühüm addımdır.
Göründüyü kimi, bu gün Azərbaycanın enerji sahəsində qəbul etdiyi qərarlar böyük bir regionun enerji təminatında həlledici rol oynayan amilə çevrilib. Respublikamız diversifikasiya siyasəti yürüdərək bölgənin iqtisadi-coğrafi xəritəsini dəyişir, dünya yanacaq bazarına yeni keyfiyyət dəyişiklikləri gətirir. İyunun əvvəllərində Bakıda keçirilən XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının açılış mərasimində nitq söyləyən Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında “Cənub qaz dəhlizi” ilə bağlı strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə görülən işlərdən bəhs edərək Azərbaycanın artan rolunu vurğulayıb: “Qürur hissi ilə deyə bilərik çox şadıq ki, Azərbaycanda verilən qərarlar, o cümlədən, bu sərgilər zamanı aparılan danışıqlar və verilən qərarlar dünya miqyasında böyük əhəmiyyətə malik olan hadisələrə çevrilir”.
Azərbaycanda mövcud olan sabitlik, inkişaf, demokratiya mühiti ölkəmizin beynəlxalq səviyyədə siyasi, iqtisadi, humanitar sahələrdə isə mühüm qərarların qəbuluna təsir göstərən dialoqun aparılmasında təşəbbüskar mövqedən çıxış etməsinə imkan verir. Üstəlik, Azərbaycanın bu mövqeyi, beynəlxalq aləmdə fəallığı ardıcıl xarakter alıb. Azərbaycan bu il də mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi ənənəsini davam etdirir. İCAPP-ın Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə yaradılan Qadın Qolunun Bakıda 1-ci iclasının, Dünya İqtisadi Forumunun, “Gələcəyə baxış” Azərbaycan-ABŞ Forumunun və İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsini qeyd etmək olar. Dünyanın nüfuzlu siyasi xadimlərinin, dövlət və hökumət başçılarının, iri şirkətlərin rəhbərlərinin qatıldığı bu mötəbər tədbirlər, eləcə də, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti Azərbaycanın qlobal miqyasda artan rolunun beynəlxalq səviyyədə qəbul olunması deməkdir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq münasibətlərin həqiqi müstəqilliyə malik, aktiv xarici siyasət yeridən, qlobal siyasi, iqtisadi proseslərə təsir göstərən qərarların qəbulunda iştirak edən fəal iştirakçısıdır.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

