Zəngəzur dəhlizinə maneə - “yeni yol”
05.03.2025 [09:39]
Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesi özündə mühüm məqamları ehtiva edir. Prosesdə sülh sənədinin razılaşması və sənədin imzalanması üçün real zəminin formalaşdırılması nəzərdə tutulur. Sülh sənədi ilə bağlı məqam demək olar ki, aydındır - müzakirəsinin aparıldığı 17 müddəanın 15-i razılaşdırılıb. Razılaşdırılmayan məqamlar isə bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaq və başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Eyni zamanda, İrəvan Konstitusiyasında dəyişiklik etməli, Azərbaycana qarşı qondarma iddialarından rəsmən əl çəkməli, ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı müraciət etməli, Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Məhz bu detallar sülhün zəmininin formalaşdıracaq ki, bu da regionda yeni münasibətlərin inkişafına rəvac verəcək.
Sülh pərdəsi arxasında gizlənməklə...
Təəssüfləndirici haldır ki, Ermənistanın siyasi hakimiyyəti sülh məsələsini siyasi spekulyasiya vasitəsinə çevriblər. Nikol Paşinyanın sülh prosesi, eyni zamanda, sülh zəmini yaradacaq məsələlərlə bağlı açıqlamaları belə mənzərə formalaşdırır ki, Ermənistan prosesin inkişaf etməsində maraqlı deyil - sanki Paşinyan sülh sazişi ilə bağlı mübahisəli məsələlərin həlli prosesində yenidən durğunluq yaratmağa çalışır. O, sülh pərdəsi arxasında gizlənməklə prosesi yubadır - dildə sülh deyir, əməldə isə fərqli addımlar atır. Təbii ki, burada da onun özünün həm daxili auditoriya ilə bağlı problemləri, həm də erməni xisləti özünü bariz şəkildə göstərir.
Erməni baş nazirin “nağılları”...
Məsələn, bir müddət öncə Paşinyan bildirmişdi ki, Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil, lakin prosesin Ermənistanın yurisdiksiyası çərçivəsində inkişaf etməsini istəyir. Amma sonradan o, Ermənistan ərazisindən Naxçıvana yolun açılmasını İrandan keçəcək alternativ yollarla eyniləşdirir - Paşinyan yenidən məsələnin mahiyyətini dəyişməyə cəhd göstərir.
Paşinyan qeyd edir ki, Ermənistan-Azərbaycan sərhədində üç sərhəd-keçid məntəqəsinin açılması (layihə 2022-ci ildən dövriyyədədir) Azərbaycanın yük və minik avtomobillərinin Ermənistan ərazisinə daxil olmasına, məsələn, Naxçıvana və Türkiyəyə getməsinə imkan verəcək. Baş nazir iddia edib ki, bu qərarlar Ermənistan Nazirlər Kabineti tərəfindən təkcə Azərbaycanın mövqeyinə və imtinasına görə qəbul edilməyib və bir-iki həftə ərzində qəbul edilə bilər.
“Naxçıvana daxil olmaq üçün infrastruktura gəlincə, bunu da kifayət qədər tez etmək olar. Yük maşınları Kornidzor keçid məntəqəsi vasitəsilə Laçın-Kornidzor hissəsi ilə Ermənistan ərazisinə daxil ola, Ermənistan-Türkiyə sərhədinə qədər hərəkət edə və Marqara keçid məntəqəsindən Türkiyəyə daxil ola bilər”, - deyə Paşinyan bildirib.
Onun fikrincə, eyni şey əks istiqamətdə də doğrudur. “Bu cür tranzit yüklərin daşınması üçün lazım olan fiziki infrastruktur hazırdır, yalnız Bakı və Ankara razılaşarsa, de-yure qərar qəbul etmək qalır”, - deyə o əlavə edib.
Paşinyan faktiki olaraq Naxçıvana fərqli bir “yol” təklif edir və Zəngəzur dəhlizi məsələsini gündəmdən çıxarmağa çalışır. Yuxarıda qeyd edilən erməni xisləti məhz burada özünü açıq şəkildə ortaya qoyur - erməni baş nazir Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini bilir. Xatırladaq ki, bu ilin yanvarında Prezident İlham Əliyev yerli talekanallara müsahibəsində bu məsələyə bir daha aydınlıq gətirmişdi: “Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur”.
Göründüyü kimi, Azərbaycanın mövqeyi dəyişməz və qətidir. Paşinyanın “təklif etdiyi” yollar isə sadəcə məsələnin ləngiməsinə xidmət göstərən ucuz variantlardır. Paşinyan Zəngəzur dəhlizini niyə İran yolu ilə paralelləşdirir?
Yuxarıda da vurğulandığı kimi, Paşinyan ortaya çıxan bu “yeniliyi” fərqli aspektlərə yönəltməyə çalışır - hətta prosesi İran-Azərbaycan kommunikasiya əlaqəsinə paralelləşdirmək istəyir. Paşinyan iki ölkə arasındakı kommunikasiyalar haqqında yazdığı məqaləsində bildirir ki, Ermənistan indiki mərhələdə Zəngilan-Mehri-Ordubad və əks istiqamətdə dəmir yolu ilə yükdaşımaların açılmasını təklif edib - “eyni zamanda, biz yazılı şəkildə heç bir tərəfin suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə xələl gətirməyən variant təklif etmişik. Əgər Bakının narahatlığı Naxçıvana və Naxçıvandan əks istiqamətdə yüklərin etibarlı daşınmasını təmin etməkdirsə, deməli, bu məsələ öz həllini tapıb. Bircə Azərbaycanın “hə” deməsi qalır”.
“Azərbaycan bildirir ki, Ermənistan Naxçıvana yol verməsə, İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycanın qərb rayonları ilə Naxçıvan əlaqəsini təmin edəcəklər... Aydınlıq üçün onu da bildiririk ki, Ermənistan Respublikası da İranın təklif etdiyi eyni hüquqi şərtlərlə tranzitini təmin etməyə hazırdır. İrandan tranzit üçün hər hansı maneə varmı? Axı biz də İranla eyni hüquqi şərtlərlə eyni tranziti təmin etməyə hazır olduğumuzu deyirik. Qarşılıqlılıq prinsipinə əsaslanaraq, biz tranzit prosedurlarının bəzi sadələşdirilməsinə və avtomatlaşdırılmış mexanizmlərin tətbiqinə razılıq verməyə hazırıq”.
Göründüyü kimi, Paşinyan indi də bir başqa “hava” çalır. Niyə indiyə qədər Paşinyan bu yolları “eyniləşdirmirdi”? Bəlkə, bu fikir Paşinyanın “qulağına pıçıldanıb”? Təsadüfi deyil ki, bir müddət öncə Ermənistanda üçgünlük səfərdə olan Tehran nümayəndə heyətinin tərkibində İranda yaşayan ermənilərə üstünlük verilmişdi. Görünən budur ki, yeni regional reallığa bu kimi təsirlər etməklə Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyənlər var.
Amma bu mümkün deyil. Azərbaycan son sözünü deyib - Zəngəzur dəhlizi açılmalıdır və nəzərə alsaq ki, bu dəhliz bölgə üçün mühüm imkanlar vəd edir, nə Ermənistanın, nə də bir başqa ölkənin bu layihəyə mane olmaq arzusu anlaşılan deyil. Ortada bir “səbəb” qalır: qısqanclıq və məkrli xislət...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

