Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Radikal müxalifət yenə öz ampluasında...

Radikal müxalifət yenə öz ampluasında...

04.07.2013 [01:50]

Əli Pənahov: Gürcüstandakı tədbirdə Azərbaycanın radikal müxalifət partiyalarından olan gənclər əsas müzakirə mövzusunu kənarda qoyub, ölkədaxili mövzuları gündəmə gətirmək istəyirdilər
Xəbər verildiyi kimi, 29-30 iyun tarixlərində Gürcüstanda “Avropa Perspektivindən Cənubi Qafqaza baxış, Cənubi Qafqazın Gənc Siyasətçiləri Forumu” keçirilib. Forumda, ölkəmizdəki bir sıra partiyaların, o cümlədən, Yeni Azərbaycan Partiyasının (YAP) gənc fəalları iştirak edib. Qeyd edək ki, forum iştirakçıları arasında YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Əli Pənahov da olub. Qəzetimizə müsahibəsində o, tədbir barədə ətraflı məlumat verib.
- Gürcüstanda keçirilən “Avropa Perspektivindən Cənubi Qafqaza baxış, Cənubi Qafqazın Gənc Siyasətçiləri Forumu”nun əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Niderland Çoxpartiyalı Demokratiya İnstitutunun Gürcüstan parlamenti ilə birgə təşkil etdiyi bu forum, Cənubi Qafqazın gənc siyasətçiləri arasında bəzi mövzuların müzakirə edilməsi məqsədini daşıyırdı. Tədbir çərçivəsində, “Avropa Qonşuluq Siyasəti: Cənubi Qafqazdan baxış perspektivi”, “Qlobal təhlükəsizlik” və “İqtisadi əməkdaşlıqlar” mövzularında müzakirələr aparıldı. İlk mövzu ilə bağlı hər üç Cənubi Qafqaz ölkəsinin hakim partiyasının gəncləri çıxış üçün dəvət edildi. Digər iki mövzu ətrafında isə müxalifət partiyalarının mümayəndələri çıxış etdilər. Hər mövzu üçün bir sessiya təyin olunmuşdu və sessiyanın sonunda mövzu ətrafında müzakirələr aparılırdı.
- Forumda YAP-ın nümayəndəsi olaraq ilk çıxış edən siz olmusunuz. Çıxışınızda nələri önə çəkdiniz?
- Təbii ki, mövzuya uyğun olaraq Avropanın yeni qonşuluq siyasəti, həmçinin, ölkəmizin Avropaya inteqrasiya istiqamətində atılan addımları və bir çox bu kimi məsələləri tədbir iştirakçılarının nəzərinə çatdırdım. Çıxışlar ətrafındakı müzakirələrdə isə Qafqazda qonşuluq əlaqələrinin bərpası prizmasında fikirlər bildirildi. Təbii ki, mən çıxışımda bunun yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra müzakirə mövzusu olar biləcəyini vurğuladım. “Qlobal təhlükəsizlik” mövzusunda da müzakirələr aparıldı. Əsas polemika isə məhz Dağlıq Qarabağ ilə bağlı idi. Yeri gəlmişkən, müzakirə zamanı Ermənistandan olan gənc siyasətçilər onlara ünvanladığım suallara cavabları ilə özlərini ifşa etdilər. Məsələn, “Ermənistan beynəlxalq terrorizmlə mübarizə aparır” deyən erməni gəncə “Özünüzdə tanınmış ASALA terror təşkilatı varkən siz beynəlxalq terrorizmlə necə mübarizə aparırsınız” deyə sual ünvanladım. Erməni gəncinin “Nə ASALA? Elə bir terror təşkilatı mövcud deyil. Bizi ittiham etməyin!” şəklindəki cavabı zalda gülüşə səbəb oldu.
Son mövzu isə iqtisadi əməkdaşlıqla bağlı idi. Bu mövzu da maraqlı məqamları ortalığa çıxardı.
- Ermənistandan olan gənclər Dağlıq Qarabağ haqda nə düşünürdülər?
- Həmişəki kimi əsassız iddialarla çıxış edirdilər. Onlar iddia edirdilər ki, guya Dağlıq Qarabağ qədim erməni torpağıdır. Hətta Gürcüstanın da bəzi ərazilərinin onlara məxsus olduğunu belə, dilə gətirməkdən çəkinmədilər. Bu da gürcü gənclərin arasında etiraza səbəb oldu.
Mən isə öz növbəmdə Ermənistan prezidentinin Ağdamda dediyi sözü tədbir iştirakçılarının nəzərinə çatdırdım. Dedim ki, Serj Sarkisyan “Ağdam bizim deyil və heç zaman Ermənistan torpağı olmayıb” - deyə çıxış edib. Təbii ki, onlar bir daha özlərini ifşa etdilər, Ağdamın müasir Azərbaycana məxsus olduğunu, lakin əvvəllər Dağlıq Qarabağın ərazisi olduğunu iddia etdilər.
- Məlumdur ki, tədbirdə müxalifət partiyalarından da gənclər iştirak edirdi. Onlar müzakirələri hansı prizmadan aparırdılar?
- Müxalifət yenə öz ampluasında idi. Dəyişən heç nə yoxdur. Belə ki, Gürcüstandakı tədbirdə Azərbaycanın radikal müxalifət partiyalarından olan gənclər əsas müzakirə mövzusunu kənarda saxlayıb ölkədaxili mövzuları gündəmə gətirmək istəyirdilər. Lakin tədbir təşkilatçıları tərəfindən bunun qarşısı alındı. “Daxili məsələlərinizi öz ölkələrinizdə həll edin. Burda biz Cənubi Qafqazın gələcək perspektivi haqqında müzakirə aparırıq” - deyə müxalifətçi gənclərə irad bildirildi.
- Ümumilikdə tədbirin nəticəsi haqda nə deyə bilərsiniz?
- Tədbir maraqlı keçdi. Maraqlı polemikalar oldu. Ermənilərin əsassız iddialarına qarşı Azərbaycan gəncləri tutarlı arqumentlərlə cavab verdilər. Erməni gəncləri isə bizim suallarımıza gülünc doğuran cavablar verməklə özlərini növbəti dəfə ifşa etdilər. Gürcüstan gəncləri də fəal idilər. Hətta “BMT qətnamələrinə nəyə görə riayət olunmur” deyə dəfələrlə müzakirələrə qoşulurdular. Nəzərinizə çatdırım ki, tədbirdə Serbiyanın sabiq prezidenti cənab Boris Tadic də iştirak edirdi. O, çıxışında Serbiyanın da oxşar problemlərinin olduğunu vurğuladı. Əlavə olaraq qeyd etdi ki, Cənubi Qafqaz regionunun inkişafı üçün regionda sülh bərqərar olmalı, ölkələrarası ticarət əlaqələri genişlənməli, Avropaya inteqrasiya sürətlənməlidir.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 1435 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31