Azərbaycanda korrupsiyaya qarşı mübarizə effektiv nəticələr verir
11.07.2013 [14:02]
Şübhə yoxdur ki, idarəetmədə güclü motivasiya mexanizmlərinin yaradılması, korrupsiya və hüquqpozma hallarına qarşı səmərəli mübarizə aparılması ölkəmizin yeni hədəflərə çatmasına daha böyük töhfələr verəcək
Son illərdə dünyanın ayrı-ayrı ölkələrinin iqtisadiyyatında, həmçinin sosial sferada baş verən ciddi kataklizmlər, böhranlar ölkəmizdən yan ötüb. Ölkə Prezidentinin ardıcıl surətdə həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində milli iqtisadiyyatımız güclü dayanıqlılıq nümayiş etdir. Ümumi daxili məhsul ilbəil artır, bütün sahələr üzrə makroiqtisadi göstəricilər müsbətdir. Belə güclü iqtisadi əsaslar sosial sferada islahatlar aparmağa, əhalinin rifah halını durmadan yaxşılaşdırmağa, əmək haqlarını, pensiyaları, sosial müavinətləri artırmağa, paytaxtda və bölgələrdə genişmiqyaslı infrastruktur layihələrini reallaşdırmağa imkan verir.
Müstəqil Azərbaycanın son illərdə sosial-iqtisadi sahədə qazandığı qibtəolunacaq uğurlarından söhbət açarkən bu uğurlara təkan verən bir sıra amilləri xüsusi nəzərə çarpdırmaq gərəkdir. Bu amillər sırasında ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində idarəetmədə şəffaflığın təmin edilməsini, cəmiyyətdə müasir düşüncə tərzinin təzahürü kimi innovativ təşəbbüslərə geniş meydan verilməsini, instisional islahatlar həyata keçirilməsini, azad rəqabətlilik mühitinin təmin olunmasını, korrupsiya və bu kimi digər təzahürlərə qarşı səmərəli mübarizə aparılmasıni xüsusi vurğulamaq lazımdır.
İdarəetmədə şəffaflığın maksimum dərəcədə təmin olunması və korrupsiyaya qarşı prinsipial mübarizə aparılması Azərbaycan dövlətinin strateji hədəflərindən biri kimi müəyyənləşdirilib. Dövlətin prinsipial məsələ kimi, korrupsiyaya qarşı mübarizəyə münasibətdə güclü siyasi iradə nümayiş etdirməsi, bu sahədə sistemli tədbirlərin gücləndirilməsi ölkənin milli inkişafının sürətlənməsinə gətirib çıxarır. Korrupsiyaya qarşı təsirli və sistemli mübarizə azad rəqabət mühitinin formalaşmasına, şəffaflığın təmin olunmasına, iqtisadiyyatın sürətli inkişafına stimul verir, eyni zamanda sosialyönümlü islahatların dərinləşməsinə səbəb olur.
Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində qazandığı diqqətəlayiq uğurlar ayrı-ayrı beynəlxalq təşkilatların hesabatlarında da əks olunur. Məsələn, “Transparency İnternational” təşkilatının “2013-cü il Qlobal Korrupsiya Barometri” hesabatında Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlər əldə etdiyi bir daha təsdiq olunub. Hesabata görə, Azərbaycanda respondetlərin 68%-i hesab edir ki, dövlət tərəfindən həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri səmərəlidir. Bu, dünya ölkələri üzrə müəyyən edilmiş 22% göstəricisindən 3 dəfə artıqdır. İkinci nümunə isə dünyada korrupsiyanın səviyyəsi ilə bağlı olan göstəricidir. Belə ki. dünya üzrə respondetlərin 50%-dən çoxu hesab edir ki, korrupsiyanın səviyyəsi son iki ildə artıb. Azərbaycanda isə respondetlərin 73%-i hesab edir ki, ölkədə korrupsiyanın səviyyəsi artmayıb.
Qeyd edək ki, “Qlobal Korrupsiya Barometri” dünyanın 107 ölkəsindən olan respondentlər arasında keçirilmiş ictimai rəy sorğusunun nəticəsidir. Hesabatın hansısa subyektiv mövqeyə əsaslanmaması, korrupsiya ilə bağlı qlobal mənzərəni təsvir etməsi nəticələrin qərəzsizliyini və obyektivliyi təmin edir. Ona görə də, hesabat bəzi beynəlxalq təşkilatlar tərəfindən siyası mülahizələrə, subyektiv rəylərə əsaslanaraq hazırlanmış digər rəylərdən fərqli olaraq daha real vəziyyəti göstərir. Təbii ki, ölkəmizdə mütəmadi həyata keçirilən, biri-birini tamamlayan anti-korrupsiya tədbirləri öz nəticəsini göstərməli idi. Həmin tədbirlər ictimai rəydə dərhal əks-səda doğurmasa da, beynəlxalq təşkilatlar bunu gec qeyd etsə də, hər bir halda həqiqət özünü göstərir və müsbət nəticələri qaçılmaz edir. Ən əsası isə insanlar müsbət dəyişiklikləri öz gündəlik həyatlarında hiss edirlər.
Korrupsiyaya qarşı mübarizədə əldə edilən nəticələr ilk növbədə Azərbaycan Respublikası Prezidentinin siyasi iradəsi və dövlət orqanları qarşısında qoyduğu konkret vəzifələr, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və davamlı siyasətin real nəticəsidir. Acıq Hökumətin təşviq edilməsi və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planları, elektron xidmətlərin təşkili və ardıcıl şəkildə təkmilləşdirilməsi, “ASAN Xidmət” mərkəzlərinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində cinayət təqibinin gücləndirilməsi və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti, daxili işlər orqanlarında həyata keçirilmiş islahatlar, xüsusilə yol patrul xidmətinin fəaliyyətində şəffaflığın artırılması, “təhlükəsiz şəhər” sisteminin qurulması və digər tədbirlər korrupsiyaya qarşı mübarizə sahəsində ciddi uğurlar əldə edilməsini şərtləndirən amillərdir.
Bu gün Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində konkret addımlar atan ölkələrdən biridir. Azərbaycan korrupsiya ilə mübarizə sahəsində bütün beynəlxalq sənədlərə qoşulub. Bu sahədə ölkə qanunvericiliyini tam təkmil hesab etmək mümkündür. Korrupsiya ilə sistemli və təsirli mübarizə tədbirlərinin həyata keçirilməsi Azərbaycanın demokratik islahatlar platformasının əsas hədəflərindəndir. Respublikamızda bu sahədə qanunvericilik Avropa Şurasının korrupsiya ilə əlaqədar cinayət və mülki konvensiyalarına, BMT-nin korrupsiya əleyhinə konvensiyasına uyğunlaşdırılıb.
Azərbaycan yeni iqtisadi və siyasi çağırışların astanasındadır. Şübhə yoxdur ki, idarəetmədə güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi, qanunun aliliyinin təmin olunması, korrupsiya və hüquqpozma hallarına qarşı səmərəli mübarizə aparılması ölkəmizin yeni hədəflərə çatmasına daha böyük töhfələr verəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41

