İƏT coğrafiyasında “İlin dövlət başçısı” - Prezident İlham Əliyev
12.07.2013 [14:45]
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) İstanbuldakı Beynəlxalq Katibliyinin məlumatına görə, dünyanın 40 ölkəsinin 50-dən artıq universitetini təmsil edən 170-dən çox gənc arasında canlı şəkildə və 10 minə yaxın tələbə arasında onlayn sorğu keçirilib. Həmin sorğuya əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İƏT coğrafiyasında “İlin dövlət başçısı” seçilib.
Bu barədə qərar iyulun 6-da DƏ-İKGF və Malayziya Beynəlxalq İslam Universitetinin (MBİS) təşkilatçılığı ilə Kuala Lumpur şəhərində keçirilən 3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modelinin Sammitinin bağlanış mərasimində elan edilib.
“İlin dövlət başçısı” nominasiyasında iştirak etmiş və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 57 üzv ölkəsi sırasından seçilmiş dövlət başçılarının namizədlikləri İslam irsinə göstərilən qayğı, İƏT ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi, təşkilata üzv ölkələrin sosial-iqtisadi inkişafı və beynəlxalq mövqelərinin gücləndirilməsi sahəsində fəaliyyətləri kimi parametrlər üzrə qiymətləndirilib. Azərbaycan Prezidenti İlham Əliyev bu nominasiyanın qalibi olub.
Tədbirin bağlanış mərasimində qərarı elan edən İƏT Modelinin Sammitinin hazırlıq komitəsinin sədri və Malayziya Beynəlxalq İslam Universitetinin prorektoru professor Abdulaziz Berqut bildirib ki, Prezident İlham Əliyev “İlin dövlət başçısı” seçilərkən Azərbaycan Prezidentinin rəhbərliyi altında əldə olunmuş nailiyyətlər, o cümlədən, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu mövqedən İƏT ölkələrinin maraqlarının müdafiəsi, Fələstin dövlətinə yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına yardım üzrə donor konfransına 2013-cü ilin iyununda Bakıda ev sahibliyinin edilməsi, bütövlükdə Azərbaycanın İƏT-in İslam həmrəyliyi istiqamətində fəaliyyətinə dəstəyi, həmçinin, Cənubi Qafqazın ilk məscidi və İslam sivilizasiyasının incisi sayılan Şamaxı məscidinin bərpası təşəbbüsləri nəzərə alınıb.
Üçüncü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Modelinin “İlin dövlət başçısı” mükafatının modelin nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevə təqdim edilməsi nəzərdə tutulur.
Bütövlükdə, Prezident İlham Əliyevin “İlin dövlət başçısı” seçilməsini şərtləndirən yuxarıdakı kriteriya və faktorlara ayrılıqda nəzər yetirmək məqsədəmüvafiqdir.
Azərbaycan İslam coğrafiyasında nüfuzlu dövlət kimi tanınır
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin İƏT coğrafiyasında “İlin dövlət başçısı” seçilməsini şərtləndirən əsas amillərdən biri Azərbaycanın İslam aləmində yüksək nüfuza malik olmasıdır. Başqa sözlə, həyata keçirilən rasional xarici siyasət kursu Azərbaycanın müsəlman ölkələri arasında - İslam aləmində nüfuzlu, mötəbər dövlət kimi tanınmasını şərtləndirib. Məhz bunun qanunauyğun nəticəsidir ki, Azərbaycan müsəlman ölkələri ilə ikitərəfli və çoxtərəfli praqmatik əlaqələrə malikdir və münasibətlərin inkişafı, bütövlükdə, İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına xidmət edir.
Ümumiyyətlə, bu gün Azərbaycanla müsəlman ölkələri arasındakı münasibətlər bütün sahələrdə dinamik inkişaf tendensiyasına malikdir. Qarşılıqlı əlaqə və təmasların sıxlaşdığı bir dövrdə Azərbaycanla digər müsəlman ölkələri arasındakı münasibətlər, qarşılıqlı dəstək və işbirliyi meyilləri daim inkişaf etdirilməkdədir. Ölkələr arasında ikitərəfli və çoxtərəfli formatda mövcud olan yüksək səviyyəli təmasların fonunda, eyni zamanda, siyasi, iqtisadi, mədəni, elmi, dini, humanitar və digər sahələrdə möhkəm həmrəyliyin formalaşdırılması yönündə mühüm addımlar atılmaqdadır. Bu da, nəticə etibarilə, Azərbaycanı müsəlman ölkələrinin etibarlı əməkdaşına və dəyərlərin formalaşdırılmasının mühüm töhfədarına çevirməkdədir.
Yüksək səviyyəli əlaqələr Azərbaycana beynəlxalq aləmdə dəstək mənbəyidir
Qeyd etdiyimiz kimi, Azərbaycanla müsəlman ölkələri arasındakı əlaqələr ən yüksək inkişaf mərhələsində davam etməkdədir. Təbii ki, bu, bütün sahələri, iqtisadi, siyasi, mədəni, humanitar və s. istiqamətləri əhatə edir. Belə ki, Azərbaycan müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur və ikitərəfli, eləcə də, çoxtərəfli formatda mövcud olan qarşılıqlı-faydalı əlaqələr davamlı olaraq daha da möhkəmləndirilir. Azərbaycanla müsəlman ölkələri daim beynəlxalq arenada qarşılıqlı surətdə bir-birlərinin mənafe və mövqelərini müdafiə edirlər. Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də bu ölkələrin hər biri ölkəmizin beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini müdafiə edir. Bu, zaman-zaman İƏT çərçivəsində qəbul edilən qərar və qətnamələrdə də birmənalı şəkildə öz əksini tapır. Daha doğrusu, hər il düzənlənən İƏT-in zirvə toplantılarında qəbul edilən yekun qətnamələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət düzgün qiymətləndirilir və Azərbaycanın ərazi bütövlüyü tanınır, eləcə də, dəstəklənir.
Bir sözlə, Azərbaycanın praqmatik və ədalətli mövqeyinin fonunda müsəlman dövlətləri ölkəmizi etibarlı tərəfdaş və sıx münasibətlərə malik müttəfiq kimi qiymətləndirirlər.
Azərbaycan İƏT çərçivəsində həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr verir
Beləliklə, İslam dünyasının bir parçası kimi Azərbaycan öz xarici siyasətində müsəlman ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə müsəlman dövlətlərinin dəstəyini daim hiss edib. Xocalı soyqırımını dünyada tanıyan ilk dövlətin Pakistan İslam Respublikası olması isə bunu təsdiq edən faktlardan biridir.
Xatırladaq ki, Azərbaycan İƏT-ə 1991-ci ilin dekabrında üzv seçilib. 1994-cü ilin may ayından etibarən Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İƏT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı Səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İƏT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən, İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanıb. Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanına səfəri tərəflər arasında əməkdaşlığın gələcək inkişafı üçün zəmin yaradıb. Ümummilli liderin İƏT Baş Katibi ilə 1994-cü ilin noyabrında Bakıda keçirdiyi görüşlər, həmin ilin dekabrında İƏT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş 7-ci Zirvə Konfransında iştirakı və İƏT Baş Katibi, həmçinin, bir sıra üzv dövlətlərin xahişilə Asiya ölkələri qrupu adından çıxışı Azərbaycanın mövqeyini təşkilat daxilində daha da möhkəmləndirdi.
Prezident İlham Əliyev də müsəlman dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi çərçivəsində qurumla əlaqələrə önəm verir. İƏT çərçivəsində genişləndirilən bu əlaqələr istər Azərbaycanın dövlət maraqları, istərsə də qurum daxilində inteqrasiyanın, əməkdaşlığın genişlənməsi və təşkilatın beynəlxalq mövqelərinin güclənməsi baxımından faydalıdır. Azərbaycan İƏT çərçivəsində müsəlman dünyasının başlıca problemlərinə dair aparılan müzakirələrdə, qərar və qətnamələrin qəbul edilməsində, xüsusilə də, İƏT-in yaranması və fəaliyyətinin əsas qayələrindən biri olan Fələstin probleminə münasibətdə daim konstruktiv mövqedən çıxış edib, Fələstin dövlətinin yaranmasına və tanınmasına dəstəyini nümayiş etdirib. Bunun təsdiqi kimi Fələstin dövlətinə yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin təsis konfransı və Qüds şəhərinin inkişafına yardım üzrə donor konfransının 2013-cü ilin iyununda Bakıda keçirilməsini göstərmək olar.
Azərbaycanın yüksək beynəlxalq nüfuzu və güclü iqtisadi-siyasi mövqeyi İƏT-in də dünyadakı nüfuzuna müsbət təsir göstərir
Eyni zamanda, Azərbaycanın artan beynəlxalq nüfuzu, güclənən siyasi, iqtisadi mövqeləri İƏT-in də dünyadakı nüfuzuna müsbət təsir göstərir. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi, Pakistan və Mərakeşlə birlikdə İƏT-i və bütövlükdə İslam aləmini layiqincə təmsil edir.
Azərbaycanın İƏT çərçivəsində iqtisadi sahədə də fəal əlaqələr qurur. Beynəlxalq əməkdaşlığın, o cümlədən, İƏT ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün isə, heç şübhəsiz, ilk növbədə, sahibkarların fəaliyyətinə geniş imkanlar yaradılmalıdır. Hökumətlərarası müqavilə və sazişlərə söykənən rəsmi iqtisadi əlaqələrə paralel surətdə özəl sektor üzrə yaranan və inkişaf edən münasibətlər də ölkələrin iqtisadi həyatına mühüm təsir göstərmək gücündədir. Xüsusən də, bu sahədə gənc iş adamlarının fəaliyyətinin dəstəklənməsi gələcəyə yönələn düşünülmüş addım hesab oluna bilər. Sahibkarlıq fəaliyyətində ilk addımlarını atan və geniş potensiala malik olan gənc iş adamlarına göstərilən dəstək gələcəkdə daha böyük iqtisadi nailiyyətlərin təməlinin qoyulması deməkdir. Buna görə də, 2011-ci ildə Heydər Əliyev Fondunun, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən təsis qurultayında yaradılan İƏT ölkələrinin Gənc İş Adamları Şəbəkəsi beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirməyə, yeni tərəfdaşlar qazanmağa çalışan sahibkarların bir-birini tanıması, biznes əlaqələri qurmasına şərait baxımından mühüm funksiyanı yerinə yetirir.
Siyasi və iqtisadi məsələlərlə yanaşı, mədəniyyət, humanitar sahələrdə də Azərbaycan islam ölkələri arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır. Azərbaycan humanitar, mədəni sahələrdə yeni qlobal mərkəzə çevrilməkdədir. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ənənə halını alması da təsadüfi olmayıb, ölkəmizin mədəniyyətlərin inteqrasiyasına verdiyi töhfələrdən xəbər verir. Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində də qlobal əməkdaşlıq üçün əlverişli məkandır. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtsadi inkişaf baxımından yeni model bəxş edib. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin dünyada yayıldığı bir vaxtda, Azərbaycanda bu proseslərin tamamilə əksini, mədəniyyətlərin toqquşmasını deyil, qovuşmasını müşahidə etmək mümkündür. Bütün bunlarla əlaqədar olaraq, ölkəmiz dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır və sadalanan cəhətlər başqa ölkələrə də gözəl örnəkdir.
İƏT daxilində mədəni, humanitar əlaqələrin genişlənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Xatırladaq ki, Mehriban xanım Əliyeva sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə 26 noyabr 2006-cı ildə İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Həmçinin, 2008-ci ilin 10-11 iyun tarixlərində, “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq forumda iştirak edən İƏT Baş Katibi Ekmələddin İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “İƏT-in humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim edib. İslam ölkələrinin daxil olduğu təşkilatın sadalanan yüksək adlarına layiq görülən ilk qadın məhz Azərbaycanın birinci xanımıdır.
Ölkəmiz İslam irsinin qorunmasına xüsusi qayğı göstərir
Müsəlman ailəsinin bir üzvü olan Azərbaycan xalqının milli, mədəni dəyərlərinin formalaşmasında İslam dəyərləri, digər müsəlman cəmiyyətləri ilə tarixi-mədəni əlaqələrin rolu böyükdür. Şərq və Qərb sivilizasiyalarının, eləcə də milli mədəniyyətin harmonik şəkildə qovuşduğu Azərbaycandakı müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən, İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur.
Azərbaycanda İslam mədəniyyətinə xas maddi və mənəvi dəyərlər təkcə qorunub saxlanılmır, həm də genişləndirilir, inkişaf etdirilir. Təkcə bir faktı qeyd edək ki, keçmiş SSRİ dönəmində respublikamızda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 1800-ə yaxındır. Son 10 il ərzində Azərbaycanda 200-dən çox məscid tikilib, 80-dən çox məscid təmir edilib. Təmiri başa çatan sonuncu belə məscidlərdən biri Cənubi Qafqazın ilk məscidi və İslam sivilizasiyasının incisi sayılan Şamaxı məscidinin bərpasıdır.
Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxı Cümə məscidində 2010-2013-cü illərdə aparılan əsaslı bərpa və yenidənqurma işlərini Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva daim diqqətdə saxlayıb. Xatırladaq ki, 2009-cu ilin noyabrında Şamaxıya səfəri çərçivəsində Cümə məscidində olan dövlət başçısı böyük tarixi dəyəri və xalqımızın mənəvi dünyasında xüsusi yeri olan bu abidənin bərpasına qərar verib. Bununla əlaqədar, Azərbaycan Prezidentinin 2009-cu ilin dekabrında və 2013-cü ilin fevralında imzaladığı sərəncamlarla müvafiq işlər görülüb. Beləliklə, Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına, dini memarlıq abidələrinin bərpasına böyük diqqət göstərən Heydər Əliyev Fondunun təşəbbüsünə dəstək olaraq Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə ikinci həyat bəxş edib, xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə daha bir töhfə verib.
Azərbaycan, həmçinin, işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlardakı məscidlərin və digər dini abidələrin ermənilər tərəfindən dağıdılması, baxımsız vəziyyətdə saxlanması ilə bağlı həqiqətləri dünya birliyinin diqqətinə çatdırmağa çalışır. Ölkəmiz İƏT səviyyəsində bu barədə narahatlğın ifadə olunduğu qətnamələrin qəbuluna da nail olub.
Azərbaycan həmçinin, qlobal səviyyədə mədəniyyətlərarası dialoqun əldə olunması istiqamətində də addımlar atmaqdadır. Bu nöqteyi-nəzərdən, 2012-ci ilin sentyabrın 18-də Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Fransa Prezidenti Fransua Ollandın da iştirakı ilə Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların açılış mərasimini xatırlatmaq olar. Qeyd edək ki, yeni zalların açılmasında Fransa, Küveyt, Oman və Mərakeş ilə yanaşı, Azərbaycanın da mühüm rolu olub. Fransa Prezidenti Fransua Olland çıxışında muzeydə İslam incəsənəti departamentinin yaradılmasında verdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və digər tərəfdaşlara minnətdarlığını bildirərək deyib: “Mən xeyirxahlıq nümayiş etdirərək lazımi anda yardımını göstərmiş şəxslərə, xüsusilə də Azərbaycan Respublikasının Prezidentinə və digər ali qonaqlara dərin təşəkkürümü bildirmək istəyirəm. Onlar bizim çoxsaylı tərəfdaşlarımızdandırlar. Onlar Fransanın dostlarıdırlar. Onlar bu layihəyə çox böyük yardım ediblər. Ümid edirəm ki, bu xeyirxahlıq gələcəkdə də davam etdiriləcəkdir”.
Qeyd edək ki, bu layihə sivilizasiyalar arasında dialoqun əldə olunmasına töhfə verməklə yanaşı, muzeyə gələnlərə Şərqi daha yaxşı tanımaq, Avropa və İslam mədəniyyəti arasındakı uyğunluqları müəyyən etmək üçün şərait yaradıb. Dünyanın ən məşhur muzeylərindən sayılan Luvr sahəsinə görə dünyanın üçüncü, tamaşaçı sayına görə isə ən çox ziyarət edilən muzeyidir. Belə bir muzeydə İslam incəsənətinin nümayiş etdirilməsi üçün bölmənin yaradılmasına verdiyi dəstək Azərbaycanın İslam mədəniyyətinin qorunmasına və düzgün təbliğinə, mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdəndir.
Həmçinin, 2012-ci ilin noyabr-dekabr aylarında Vatikanda “Azərbaycanın zəngin incilərinə tarixi baxış” sərgisi keçirilib. Azərbaycan ilə Vatikan arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə baş tutan tədbir sayəsində Azərbaycan Vatikanda mədəni dəyərlərinin nümayiş olunduğu sərgi təşkil edən ilk müsəlman ölkəsi olub.
Göründüyü kimi, Azərbaycan həm İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əlaqələrin genişlənməsində önəmli rol oynayır, həm də ölkə ərazisində və dünyada İslam irsinin qorunmasında və yaşadılmasında fəal işlər görür.
Ölkə və dünya ictimaiyyətinin Prezident İlham Əliyevə rəğbəti təsadüfi xarakter daşımır
Nəticə etibarilə, yuxarıda sadalananlar Prezident İlham Əliyevin İƏT coğrafiyasında “İlin dövlət başçısı” seçilməsinin tam qanunauyğun olduğunu göstərir. Ümumiyyətlə, Azərbaycanda müşahidə edilən inkişaf prosesinə, görülən işlərə nəzər saldıqda ölkə və dünya ictimaiyyətində dövlət başçımıza olan yüksək rəğbətin heç də təsadüfi olmadığı bir daha aydın görünür. Prezident İlham Əliyevin liderliyi dövründə Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Təxminən, son on il müddətində ölkəmizdə bütün sahələrdə görülən işlər, qazanılan uğurlar onu göstərir ki, Azərbaycan doğru yolda irəliləyir, Azərbaycan xalqı düzgün seçim edib. Bu yol Ulu öndər Heydər Əliyevin yoludur. Ümummilli liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə və əbədi mövcudluğuna, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb. Ulu öndərin müəyyənləşdirdiyi yol aydındır və xalqımız bu yolun ölkəni hansı gələcəyə apardığını yaxşı bilir.
Məhz bu səbəbdəndir ki, Azərbaycan xalqı Ümummilli liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi özünün Prezidenti kimi gördü və zaman göstərdi ki, xalq öz seçimində yanılmayıb. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib.
Dövlətimizin başçısının liderlik xüsusiyyətləri, siyasi iradəsi, möhkəm dövlət-xalq birliyi, vətəndaşların Prezidentin ətrafında sıx birləşməsi və ümumi gücün vahid məqsədə yönləndirilməsi sayəsində ölkəmiz bütün sınaqlardan uğurla çıxıb. Bu səbəbdəndir ki, Azərbaycan öz yolunda sürətlə irəliləyir və ölkənin nailiyyətlərinin miqyası daha da genişlənir. Bu gün dünya ictimaiyyəti Prezidentin uğurlu xarici siyasət kursunu da təqdir edir, Azərbaycan regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən etibarlı strateji tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin İƏT coğrafiyasında “İlin dövlət başçısı” seçilməsi də bunu göstərən başlıca arqumentlərdən biri kimi çıxış edir.
Bütün uğurlarla yanaşı, qarşıda hələ görüləcək işlərin də çox olması hazırkı daxili və xarici siyasət xəttinin davam etdirilməsinə zərurət yaradır. Beləliklə, təsadüfi deyil ki, Azərbaycan xalqı cənab İlham Əliyevi 2013-cü ildən sonra da özünün Prezidenti kimi görür. Ölkənin 2020-ci il üçün müəyyənləşdirilən inkişaf konsepsiyasında qarşıya qoyulan məqsədlər və onların həyata keçirilməsi üçün hazırda mövcud olan möhkəm təməllər isə doğru seçimin nədən ibarət olmasına şübhə yeri qoymur.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

