/ / Müasir beynəlxalq münasibətlər sisteminin suveren aktoru olan Azərbaycanın beynəlxalq nüfuzu artmaqdadır
Müasir beynəlxalq münasibətlər sisteminin suveren aktoru olan Azərbaycanın beynəlxalq nüfuzu artmaqdadır
12.07.2013 [14:55]
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazın ən güclü və suveren aktoruna, eləcə də, yüksək beynəlxalq nüfuza malik olan milli dövlətə çevrilib
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verməkdə və regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan artıq regional aktordan qlobal tərəfdaşa çevrilməkdədir. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətinin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməkdədir.
Başqa sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də, yüksək beynəlxalq nüfuza malik olan milli dövlətə çevrilib. Əlbəttə ki, müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində əhəmiyyətli rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm faktorlar qismində çıxış edir.
Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi kimi...
Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, bütün bunlar Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq mərkəzinə çevrilməsini şərtləndirir. Beynəlxalq dialoq və əməkdaşlıq məsələlərindən bəhs etmişkən ölkəmizin sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsini də xüsusi vurğulamaq gərəkdir. Məlumdur ki, Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına və bu istiqamətdə beynəlxalq inteqrasiya prosesinə fundamental töhfələr bəxş edir. Həmçinin, ölkəmiz, sözün əsl mənasında, tolerantlıq nümunəsi kimi səciyyələndirilir.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, bütün bunların fonunda ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi də müşahidə edilməkdədir. Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir. Eyni zamanda, bununla xalqlar öz mədəniyyətlərini və mənəvi dəyərlərini inteqrasiya etdirir, mövcud mədəni sərvətlər sintez olunmuş formada dünya xalqlarına yeni dəyərlər kimi təqdim olunur. Müasir dövrdə multikulturalizmin əksinə olaraq özünütəcrid mövqeyi seçən xalqlar və dövlətlər nəinki inteqrasiya prosesindən kənarda qalırlar, eyni zamanda, bəşəri dəyər və normalardan təcrid olunurlar.
Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq mərkəzinə çevrilməsini göstərən mühüm amillərdən biri də ölkədə çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsidir. Ötən ildə keçirilən beynəlxalq tədbirlərdən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasını, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Parlament Məclisinin Baş Assambleyasının 40-cı plenar iclasını, QİƏT ölkələri qeyri-hökumət təşkilatlarının birinci forumunu, İqtisadi Əməkdaşlıq Təşkilatının XII sammitini, II Bakı Beynəlxalq Humanitar Forumu, İnternet İdarəçilik Forumunu və digərlərini vurğulamaq olar. Azərbaycan cari ildə də mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi ənənəsini davam etdirir. Belə ki, İCAPP-ın Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə yaradılan Qadın Qolunun 1-ci iclasının və Dünya İqtisadi Forumunun, “Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası” sərgi və konfransının, eləcə də, II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakıda keçirilməsi bütün bu deyilənləri təsdiq edir.
Nəticə etibarilə, qeyd etdiyimiz kimi, müstəqil daxili və xarici siyasət kursunun sayəsində bu gün Azərbaycan qlobal miqyasda dialoq və əməkdaşlıq mərkəzi kimi çıxış etməkdədir.
Şərqlə Qərbi birləşdirən körpü - Azərbaycan
Onu da vurğulamaq gərəkdir ki, mütərəqqi xarici siyasət kursu sayəsində Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynamağa başlamışdır. Məhz bunun da qanunauyğun nəticəsidir ki, bu gün müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi xarici siyasət kursu, xalqımızın daşıyıcısı olduğu dəyərlər sistemi Şərqlə Qərb arasında dialoq və inteqrasiyaya mühüm töhfələr bəxş edir. Həmçinin, ölkəmizin iştirakı ilə milli dövlətlər arasındakı əməkdaşlığın və sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verən strateji layihələr reallaşdırılır, mötəbər beynəlxalq tədbirlər baş tutur. Ən əhəmiyyətlisi isə odur ki, bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır
Azərbaycanla əməkdaşlıq Qərb üçün strateji prioritet səciyyəsi daşıyır
Bir məqama diqqət yetirmək lazımdır ki, müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktorları, eləcə də, lokomotiv təsisatları Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa xüsusi diqqət yetirirlər. Bu sırada Qərb dövlətləri, Qərbin müstəqil təsisatları xüsusi olaraq qeyd edilməlidir.
Məlum olduğu kimi, dünya siyasətinin suveren və nüfuzlu aktoru olan Azərbaycan Respublikasının xarici siyasət strategiyasının mühüm istiqamətlərindən birini Avroatlantik məkana inteqrasiya təşkil edir. Dövlətimiz məhz bu cür paritet inteqrasiyanın fonunda Avroatlantik məkanın başlıca təsisatları ilə özünün milli maraqları əsasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verir
Qeyd etdiyimiz kimi, bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi ilk növbədə Avropa təsisatları üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir.
Dolayısıyla, demokratiya yolunda intensiv surətdə irəliləyən, müstəqil daxili və xarici siyasət kursuna malik olan, iqtisadi inkişaf tempinə görə dünya dövlətləri sırasında avanqard yerlərdən birini tutan, heç bir qurumdan, dövlətdən və beynəlxalq təşkilatdan asılı olmayan bir dövlətlə-Azərbaycan Respublikası ilə əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi Qərb üçün, sözün əsl mənasında, strateji prioritet qismində çıxış edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, tərəflər arasındakı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri mütəmadi surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları ilə zənginləşməkdədir. Nəticə etibarilə, ekspertlər Azərbaycan Respublikası ilə Qərb dövlətləri arasındakı münasibətlərin perspektiv inkişafına dair optimist proqnozlar səsləndirməkdədirlər. Proqnoz vermək mümkündür ki, perspektivdə yeni əməkdaşlıq platformaları müəyyənləşdiriləcək və münasibətlərin əhatə dairəsi daha da genişlənəcəkdir.
Azərbaycan Avrasiya subregionunun güc mərkəzlərinin diqqət mərkəzində...
Onu da qeyd etmək lazımdır ki, yerləşdiyi regionun təhlükəsizliyinə, bölgədə əməkdaşlıq və tərəfdaşlığın inkişafına mühüm töhfələr verən Azərbaycan Avrasiya subregionunun nüfuzlu milli aktorları tərəfindən də etibarlı tərəfdaş kimi dəyərləndirilir. Azərbaycanın praqmatik xarici siyasət strategiyası bəhs olunan coğrafiyanın ölkələri tərəfindən pozitiv qiymətləndirilir, ölkəmizlə yeni əməkdaşlıq platformalarının genişləndirilməsinə xüsusi diqqət yetirilir.
Yeri gəlmişkən, məlumata görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Rusiyanın “Rosneft” şirkəti Azərbaycan və Rusiyada birgə layihələrdə iştirak imkanını nəzərdən keçirirlər. ARDNŞ prezidenti Rövnəq Abdullayevin bildirdiyinə əsasən, şirkətlər arasında Sankt-Peterburqda keçirilmiş Beynəlxalq İqtisadi Forum və Bakıdakı görüş çərçivəsində müzakirələr aparılıb. Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri vasitəsilə Rusiya ərazisindən tranzitinin davam etməsi məsələsinə toxunan ARDNŞ prezidenti bildirib ki, Rusiyanın “Transneft” şirkəti ilə kommersiya danışıqları davam edir və yekun nəticə barədə yalnız ilin sonunda danışmaq mümkün olacaq.
Göründüyü kimi, Avrasiya subregionunun mühüm güc mərkəzi kimi çıxış edən, həmçinin, Cənubi Qafqazda mühüm təsir imkanlarına malik olan Rusiya da Azərbaycanla əməkdaşlığın inkişafı və perspektivinə dair aktivlik nümayiş etdirməkdədir.
Bununla yanaşı, praqmatik enerji siyasəti ilə regional və beynəlxalq təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycan bu istiqamətdə mühüm əməkdaşlıq əlaqələrinə malikdir. Xüsusilə də “qoca qitə”nin enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolu xüsusi olaraq vurğulanır. Qərb də enerji sektorunda Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. Yeri gəlmişkən, bu kontekstdə son olaraq “Şahdəniz” Konsorsiumu Azərbaycan qazını Avropaya nəql edəcək layihə kimi Trans-Adriatik Qaz Kəmərini (Trans-Adriatik Pipeline (TAP)) seçib. Qeyd edək ki, TAP layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, “Şahdəniz-2” yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir. Azərbaycan qazının bu kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır. Məlumata görə, Xəzər qazını Avropaya Adriatik dənizinin dibi ilə çatdırmaq ideyasını ilk dəfə 2003-cü ildə İsveçin “Axpo” şirkəti irəli sürüb. Nəticə etibarilə, 10 il ərzində aparılan araşdırmalar və danışıqlar nəticəsində bu mühüm ideyanın gerçəkləşdirilməsi yönündə mütərəqqi addımlar atılıb.
Nəticə etibarilə, çoxvektorlu və praqmatik xarici siyasət kursu ilə dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan beynəlxalq güc mərkəzlərinin maraqlarının uzlaşdığı məkan kimi çıxış edir. Bu gün beynəlxalq münasibətlər sisteminin aparıcı aktorları Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir, ölkəmizin regional və beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri təqdir edirlər. Bu isə ölkəmizin pozitiv beynəlxalq imicini göstərən əhəmiyyətli faktor qismində çıxış edir. Bir sözlə, müasir beynəlxalq münasibətlər sisteminin suveren aktoru olan Azərbaycanın beynəlxalq nüfuzu mütəmadi olaraq artmaqdadır.
NURLAN QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

