Milli Məclisin iclasında...
02.04.2025 [10:41]
15 məsələ müzakirə olunaraq qəbul edilib
Aprelin 1-də Milli Məclisin növbəti iclası keçirilib. İclasın gündəliyinə 15 məsələ daxil edilib.
Spiker Sahibə Qafarova bildirib ki, martın 31-də ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü qeyd edilib. Onun sözlərinə görə, erməni şovinistlərinin vəhşiliyinin qurbanı olmuş on minlərlə günahsız insanın xatirəsi ehtiramla yad olunub. S.Qafarova deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatında əldə edilən tarixi qələbələr nəticəsində dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, erməni ekspansionizminə sarsıdıcı zərbə endirilib: “Son iki yüz ilə yaxın dövrdə məruz qaldığımız torpaq itkiləri, etnik təmizləmələr və soyqırımları silsiləsinə son qoyulub. Biz əminik ki, bütün bunlar xalqımıza qarşı yeni soyqırımı cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır”.
“Avropa “uşaq masası” arxasında qalıb”
Sonra deputatlar cari məsələlərlə bağlı çıxış ediblər. Millət vəkili Nizami Səfərov bildirib ki, Avropa İttifaqının Ermənistandakı “müşahidə missiyası” Azərbaycanla həmsərhəd ərazilərdə “binokl diplomatiyasını” davam etdirir. Onun sözlərinə görə, növbəti dəfə belə addımlar fevral ayının 13-də Qubadlı və martın 28-də Qubadlı və Laçın rayonlarının Ermənistanla həmsərhəd zonalarında baş verib. De fakto ölkəmizə qarşı belə bir təxribat vasitəsi, şübhəsiz ki, heç bir nəticə verə bilməz, çünki Azərbaycan otuz ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarını azad edərək, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. “Maraq doğuran cəhət həmçinin ondan ibarətdir ki, hazırda Avropa İttifaqının hətta regional problemlərin həllinə təsiri sıfır dərəcəsindədir və bunu həmin birliyin Rusiya ilə Ukrayna arasında mövcud olan silahlı münaqişənin həlli üçün ABŞ ilə Rusiya təmsilçilərinin apardıqları danışıqlara, ümumiyyətlə, iştirak etməməsi açıq-aşkar nümayiş etdirdi. ABŞ administrasiyası qeyd etdiyim məsələdə Avropanın İttifaqının aparıcı dövlətlərinin beynəlxalq hüquqi subyektliyini şübhə altına alıb. Almaniyanın ən böyük silah istehsalçısı “Reynmetall” konserninin rəhbəri Armin Papperqer nüfuzlu “Financial Times” qazetinə müsahibəsində qeyd edib ki, ABŞ ilə Rusiya qlobal məsələləri müzakirə edərkən, Avropa “uşaq masası” arxasında qalıb və heç bir avropalı bu danışıqlara cəlb edilməyib. Bu məqamda sual olunur ki, Ermənistan “uşaq masası” arxasında əyləşdirilən Avropanın İttifaqının üzv-dövlətlərinin “müşahidə missiyasından” nəyi gözləyir?”,-deyən deputat əlavə edib ki, Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ikitərəfli münasibətlərin normallaşması üçün heç bir vasitəçiyə ehtiyac yoxdur və bütün məsələlər beynəlxalq hüquq əsasında ikitərəfli müstəvidə müzakirə edilərək həllini tapa bilər. Ermənistan rəhbərliyi nə qədər tez bu sadə həqiqəti dərk etsə və reallıqda praqmatik yanaşma nümayiş etdirsə, o zaman regionda davamlı beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması təmin edilə bilər.
“51 dövlətin Ukraynaya verdiyi yardımın üçdə ikisi mənimsənilib”
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında bildirib ki, 51 dövlətin Ukraynaya verdiyi yardımın üçdə ikisi korrupsiya yolu ilə mənimsənilib: “Bir xalqın qanı üzərindən 100 milyardlarla vəsait silinib. Heç bir millətə vətənin mülkiyyət hüququnu təslim edib təhlükəsizlik qarantiyası almağı arzulamırıq. Bunun harası müstəqillik, ləyaqət inqilabı, avrointeqrasiya oldu?”. Komitə sədri deyib ki, indi qalib Azərbaycanın taleyi özündən asılıdır. Onun fikrincə, dövlət rəhbəri və mərkəzi hakimiyyət sistemi güclü olanda xarici amillər dağıdıcı təsirini itirir: “300 illik erməni ideyası iflasa uğrayıb və ermənilər Xankəndindən olduğu kimi, İrəvandan da könüllü çıxıb gedirlər”.
Millət vəkili Əziz Ələkbərli isə bildirib ki, dünyanın ABŞ, Rusiya və Fransa kimi nəhəng ölkələrinin və ən böyük beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədiyi bir problemi Azərbaycan öz gücü ilə 44 gündə həll edəndən sonra çoxlarının əsl siması ortaya çıxdı. Onun sözlərinə görə, insanların əzab-əziyyəti, on minlərlə insanın ölümü, şikəstliyi ilə nəticələnən bu münaqişəyə səbəb olan da, 30 il ərzində onun bitməyini istəməyən də və bu gün bölgəni yenidən müharibə meydanına çevirməyə çalışan da elə həmin dövlətlər, həmin təşkilatlar və onların yerlərdəki əlaltılarıdır. Dünənə qədər bunu “siyasətlə” edənlər 44 günlük müharibədən sonra artıq bunu açıq şəkildə edirlər.
“Missiyanı Ermənistana göndərmək lazımdır”
Deputat deyib ki, Ermənistanı öz imperialist maraqlarına alət edənlər, erməni xalqını bu yolda zəlil edənlər birdəfəlik anlamalıdırlar ki, Şərqi Avropada və Yaxın Şərqdə oynadıqları oyunlara Azərbaycan xalqının və Azərbaycan dövlətinin “qarnı toxdur”. Biz 30 ildə kimin kim olduğunu gördük. “Bu günlərdə mədəni və dini irsin vəziyyəti ilə bağlı Azərbaycana hansısa beynəlxalq müşahidəçilər göndərilməsi tələbini irəli sürən ABŞ-nin Dini Azadlıq Komissiyasına xatırlatmaq istərdik ki, belə bir missiyanın öz dini tolerantlığı ilə dünyaya örnək olan Azərbaycana deyil, etnik və dini mənsubiyyətinə - azərbaycanlı və müsəlman olduğuna görə Qərbi Azərbaycandakı ata-baba yurdlarından sonuncu nəfərinə qədər qovulub çıxarılan indiki Ermənistana göndərmək lazımdır. Və “Dini Azadlıq” pərdəsi arxasında gizlənmiş bu qurum yaxşı olar ki, hesabat verəndə son 35 il ərzində indiki Ermənistanda dağıdılmış 300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədə də hesabat versin”,-deyə Ə.Ələkbərli vurğulayıb.
Milli Məclisdə ictimai dinləmənin keçirilməsi təklif olunub
Deputat Naqif Həmzəyev isə çıxışında sahibsiz heyvanların yaratdığı problemlərdən danışıb. Onun sözlərinə görə, son bir ildə təkçə Gəncə şəhərində 1200-dən çox it dişləmə hadisəsi üzrə təcili tibbi yardım xidmətinə müraciət edilib. Millət vəkilinin fikrincə, bu rəqəm, sahibsiz heyvanların şəhər və rayonlarımızda yaratdığı təhlükəni açıq-aydın göstərir: “Sahibsiz heyvanların peyvənd edilməməsi və onlara tibbi yardımın göstərilməməsi nəticəsində quduzluq və digər xəstəliklərin yayılması riski artmaqdadır. Problemi təsvir etmək üçün qeyd edim ki, şəhər və rayonlarımızda sahibsiz heyvanlar üçün sığınacaqlar mövcud deyil. Heyvanlar mütəmadi olaraq peyvənd edilmir və tibbi yardım almır. Bu da sakinlərimizin sağlamlığı üçün ciddi təhlükə yaradır. Sahibsiz heyvanlar üçün müvəqqəti sığınacaqların yaradılması onların təhlükəsiz şəkildə saxlanılması üçün vacib bir addımdır”.
N.Həmzəyev qeyd edib ki, sahibsiz heyvanların problemləri ilə hansı qurumların məşğul olacağı dəqiqləşdirilməlidir və onların fəaliyyətləri əlaqələndirilməlidir. O, bu problemlə bağlı Milli Məclisdə ictimai dinləmə keçirilməsini təklif edib.
İclasda millət vəkilləri Tural Gəncəliyev, Bəhruz Məhərrəmov, Azər Badamov və digərləri müxtəlif aktual mövzularla bağlı çıxış ediblər. Sonra gündəlikdəki qanun layihələri müzakirə edilərək qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

