ABŞ-ın Helsinki Komissiyası tərəfindən Azərbaycana dair brifinq keçirilib
18.07.2013 [11:15]
Azərbaycanın ABŞ-dakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, Helsinki Yekun Aktı və ATƏT-in digər sənədlərinin icrasının monitorinqi və onlara riayət olunmasının təşviqi ilə məşğul olan və daha çox Helsinki Komissiyası kimi tanınan ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiyası tərəfindən iyulun 16-da Vaşinqtonda Azərbaycan barədə brifinq təşkil edilib.
Komissiya katibliyinin əməkdaşları Şeli Han və Pol Karterin moderatorluq etdikləri brifinqdə Azərbaycanın rəsmi dairələrini ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov və Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Vaşinqtonda ikitərəfli görüşlər keçirmək məqsədilə ABŞ-da səfərdə olan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil ediblər.
Səfir E.Süleymanov brifinqə geniş yazılı məruzə təqdim etməklə bərabər, iştirakçılar qarşısındakı çıxışında Azərbaycanda demokratik dövlət quruculuğu, azad cəmiyyətin təşviqi və insan hüquqlarının qorunması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər haqqında geniş məlumat verib və bütün bunların nəticəsində əldə olunmuş nailiyyətləri sadalayıb.
Diplomat Azərbaycanın hakimiyyət dairələri tərəfindən oktyabr ayındakı prezident seçkilərinin azad və demokratik şəkildə keçirilməsi üçün bütün müvafiq tədbirlərin görüləcəyini bəyan edib və ölkəmizin gələcək taleyinin xarici ölkələrdə və paytaxtlarda deyil, məhz Azərbaycan vətəndaşları tərəfindən müəyyən ediləcəyini bildirib.
E.Süleymanov Azərbaycan Konstitusiyası və milli qanunvericiliyin tələblərinə cavab verdiyi təqdirdə, hər bir namizədin qeydiyyatdan keçərək seçkilərdə iştirak edə biləcəyini söyləyib. O, insan hüquqları ilə bağlı ölkəmizin ünvanına səsləndirilən əsassız tənqidləri qətiyyətlə rədd edib və bu mövqeyini konkret faktlarla əsaslandırıb. Səfir bu mənada Azərbaycanın müstəqil ədliyyə sisteminin təşəkkül tapdığını, ölkəmizdə 5 minə yaxın KİV orqanının qeydiyyatdan keçdiyini, əhalimizin internetdən tam sərbəst şəkildə istifadə etdiyini, dinamik vətəndaş cəmiyyətinin mövcud olduğunu və insan kapitalının inkişafına ciddi diqqət yetirildiyini vurğulayıb. Diplomat Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində hökumət qurumlarının yorulmaz səylərini diqqətə çatdırıb və bu kontekstdə “ASAN xidmət” mərkəzlərinin qısa müddətdə qazandıqları nəticələri təqdir edib. Bu siyasi islahatların uğurlu icrasını şərtləndirən iqtisadi nailiyyətləri də sadalayan səfir son 10 ildə Azərbaycanda əhali arasında yoxsulluq səviyyəsinin 49 faizdən təqribən 6 faizə endiyini göstərib.
Diplomat Azərbaycan və ABŞ arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu ifadə edib və Azərbaycan səfirinin ABŞ-ın Helsinki Komissiyasında iştirakını bu əlaqələrə verdiyimiz dəyərin təsdiqi olduğunu bildirib. E.Süleymanov, həmçinin Azərbaycanın yerləşdiyi coğrafiyada müstəqil və suveren siyasət yeridən azsaylı ölkələrdən biri olduğunu açıqlayıb.
Çıxışında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə toxunan səfir Elin Süleymanov bir milyon soydaşımızın evindən-eşiyindən didərgin salındığını və Ermənistanın onların öz torpaqlarına qayıtmaq hüququnu rədd etdiyini diqqətə çatdırıb. O, Azərbaycan əhalisi tərəfindən bu halın insan hüquqlarının ən ağır formada pozulması kimi qəbul edildiyini vurğulayıb və bu ədalətsizliyə müvafiq diqqət yetirmədən Azərbaycanda insan haqlarının pozulmasından danışmağın qeyri-ciddi göründüyünü deyib. Bu çərçivədə E.Süleymanov Moldovanın parlament vəkili (ombudsmanı) Aureliya Qriqoriunun Ermənistanın işğalçılıq siyasəti haqqında reallığı xatırlatdığı zaman Yerevanda üzləşdiyi təhqir və təhdidləri ABŞ ictimaiyyətinin diqqətinə çatdırıb, bu hadisəni Helsinki prinsiplərinin kəskin şəkildə pozulması kimi xarakterizə edib.
Azərbaycanlı diplomat yekunda ABŞ-ı ATƏT-in Minsk qrupuna daimi nümayəndə təyin etməyə səsləyərək, münaqişənin nizamlanmasında bu ölkənin daha fəal iştirakını arzu edib. Səfir, həmçinin Ermənistanda keçirilmiş sonuncu prezident seçkiləri zamanı ciddi pozuntuların qeydə alınmasına baxmayaraq, həmin ölkəyə dair hər hansı tədbir görülməməsini Helsinki Komissiyasına irad tutub.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov brifinqdə çıxış edərək Azərbaycan Respublikasının regional və qlobal səviyyədə artmaqda olan çəkisi və nüfuzu barədə danışıb. O, ABŞ ilə həyata keçirilən strateji əməkdaşlıq və tərəflər arasında mövcud qarşılıqlı etimadı diqqətə çatdırıb və eləcə də ölkəmizin üzləşdiyi ciddi təhdidlərə baxmayaraq, ardıcıl surətdə müstəqil xarici siyasət yürütdüyünü bildirib.
Səməd Seyidov brifinqdə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının davam edən işğalının ağır nəticələrini bir daha diqqətə çatdırıb. O, Azərbaycanın Avropa Şurasının üzvü olaraq bu təşkilatla müxtəlif sahələrdə və xüsusilə insan hüquqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində apardığı əməkdaşlığın əhəmiyyətini vurğulayıb və Azərbaycanın 2014-cü ilin mayından etibarən bu təşkilata sədrlik edəcəyini diqqətə çatdırıb.
Milli Məclisin komitə sədri, həmçinin Azərbaycanın İnsan Hüquqları haqqında Avropa Konvensiyasına qoşulduğunu xatırladaraq, Azərbaycan vətəndaşlarının birbaşa bu məhkəməyə müraciət etmək hüququna malik olduqlarını deyib və Azərbaycan hökumətinin həmin məhkəmənin çıxardığı bütün qərarları icra etdiyini söyləyib. Bu kontekstdə Azərbaycanda insan hüquqlarının müdafiəsinin səviyyəsi üzrə bir göstərici olaraq, ölkəmizdən bu məhkəməyə təqdim edilən şikayətlərin sayının bir çox Avropa ölkələrindən aşağı olduğunu açıqlayıb. O, eyni zamanda, Azərbaycan həbsxanalarındakı məhbusların da sayının daha az olduğunu qeyd edib.
S.Seyidov brifinqdəki çıxışında bir daha Azərbaycanda aparılan siyasi islahatlar sayəsində əldə edilmiş nailiyyətləri diqqətə çatdırıb, eyni zamanda, qalan problemləri həll etmək üçün Azərbaycan rəhbərliyinin möhkəm siyasi iradəyə malik olduğunu bəyan edib.
Brifinqdə ABŞ Dövlət Departamentini təmsil edən dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia Birləşmiş Ştatların Azərbaycanı bir dost ölkə kimi gördüyünü və müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdiyini söyləyib. O, Azərbaycan hökuməti ilə demokratiya və insan hüquqları üzrə davamlı dialoqun aparıldığını və cari ilin oktyabrında növbəti prezident seçkilərinin azad və demokratik şəkildə keçiriləcəyinə ümidvar olduqlarını bildirib.
Təqdimatlardan sonra tədbirə dəvət olunan natiqlər, o cümlədən E.Süleymanov və S.Seyidov brifinq iştirakçılarının suallarını cavablandırıblar.
Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri qismində Vaşinqtonda ikitərəfli görüşlər keçirmək üçün ABŞ-da səfərdə olan Milli Məclisin deputatları Asim Mollazadə və Sevinc Fətəliyeva da brifinqin iştirakçıları arasında olublar.
Sonda qeyd etmək istərdik ki, bir sıra mətbuat orqanları tədbir barədə yanlış məlumat yayıblar. Onların yazdıqları kimi, Helsinki Komissiyasında Azərbaycana dair tədbir “dinləmə” deyil, “brifinq” formatında baş tutub. Mövcud qaydalara əsasən, brifinqlər daha qeyri-formal xarakter daşıyır və bu formatdakı yığıncaqları Komissiyanın sədri və ya həmsədri deyil, sadəcə katiblik əməkdaşları aparırlar. Buna görə də Azərbaycana dair brifinqdə Komissiya üzvlərindən heç biri iştirak etməyib. Digər tərəfdən bəzi qüvvələr bu tədbiri yanlış şəkildə yozaraq, onu Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi qələmə verməyə cəhd edirlər. Halbuki Helsinki Komissiyası digər iştirakçılarla yanaşı, Azərbaycan rəsmi dairələrinin nümayəndələrini də bu tədbirə dəvət edib. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov brifinqə qatılaraq, Azərbaycanda gedən proseslər, əldə olunan uğurlar, ölkəmizin ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat veriblər.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

