Fransa mətbuatı Azərbaycanın Mədəniyyət Günlərindəki triumfundan yazır
19.07.2013 [10:01]
Avropanın kinematoqrafiya paytaxtı, kurort, festivallar və bayramlar şəhəri olan Kann bu yay yerli sakinlər və turistlərin yaddaşında Azərbaycan ilə qalıb.
Şəhəriçi və ətrafındakı Azərbaycan bayraqları, ölkəni tanıtım banerləri və posterləri hamıya möhtəşəm Azərbaycan həftəsindən xəbər verirdi.
AzərTAc xəbər verir ki, ölkəmizin təbliği, Azərbaycan həqiqətlərinin Fransada tanıdılması məqsədilə paytaxt Paris ilə yanaşı, 16 şəhərdə və regionda mədəniyyət layihəsi həyata keçirən Heydər Əliyev Fondu bu dəfə Kannda mədəniyyət, incəsənət və ənənələrimizi tanıdan proqram tərtib edib.
İyulun 4-dən 7-dək Lacivərd sahilinin ürəyi Azərbaycan ilə döyünüb. Həmin günlər Kannın hər yerində Azərbaycanı görmək, hiss etmək mümkün olub. Bütün həftə boyu yerli medianın - “Le Figaro”, “Diapason”, “Nice-Matin”, “Le Cannois”, “BeauxArts” kimi nəşrlərin, televiziya və radioların diqqəti Azərbaycana yönəlib.
“Rəngarəng işıqlar canlı musiqi ilə gözəl həmahənglik yaradırdı. Bununla Asiya və Avropa arasında yerləşən ölkəyə həsr edilmiş festival açıq elan olundu. Bu, özünü təbliğ etməyin gözəl üslubudur”. Fransanın “Nice-Matin” qəzeti Kannda keçirilən beynəlxalq “Pirotexnika sənəti” festivalında ilk dəfə təmsil olunan Azərbaycanın çıxışını belə təqdim edib. “Atəşfəşanlığı seyr etmək istəyənlər üçün sahildə və Kruazett bulvarında kifayət qədər yer ayrılıb. Tamaşaçılar izlədiklərindən çox məmnun idilər. Bu şərəf Azərbaycana məxsus idi. Demək olar ki, bu Qafqaz ölkəsi bütün mümkün imkanlardan istifadə edib. Burada həm effektlərdən, həm də müxtəlif pirotexnik vasitələrdən istifadə olunub. Maraqlı və parlaq sonluqlu təntənəli şou demək olar ki, bütün Kann sahilini və səmasını bürümüşdü”.
Kannda hər il keçirilən beynəlxalq “Pirotextika sənəti” festivalının açılışını edən Bakı Atəşfəşanlıq Qrupu “Azərbaycan musiqi və rənglərdə” şousu ilə səmada əsrarəngiz mənzərə yaradıb. Azərbaycan bəstəkarlarının musiqiləri və Kann səmasını bürüyən rəngarəng atəşfəşanlığı “Nice-Matin” qəzeti belə təsvir edib: “Bakı Atəşfəşanlıq Qrupu Azərbaycan bayrağının rənglərini canlandırdı. Mavi, qırmızı və yaşıl zolaqlı bayraq atəşfəşanlıqda yol göstərən ulduz kimi görünürdü”.
Həmin gecə Qara Qarayevin “Yeddi gözəl” baletindən vals, Niyazinin “Rast” simfonik muğamı, Fikrət Əmirovun “Şur” simfonik muğamı atəşfəşanlığı müşayiət edərək Avropanın mərkəzində möhtəşəm gecə yaşadıb. Azərbaycan günlərinin Kannda açılış şousu elə “Azərbaycan” mahnısı ilə də başa çatıb. İrəlidə isə sakinləri və turistləri zəngin bir proqram - müasir və klassik musiqilərimiz, tarixi və müasir Azərbaycana dair sərgilər, Azərbaycanın milli mətbəx günü gözləyirdi.
“Festivallar sarayının qarşısında quraşdırılmış Azərbaycana dair plakatları nəzərdən qaçırmaq mümkün deyil. Bu plakatlar Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş “Qafqazın inciləri” adlı layihə ilə əlaqədar quraşdırılıb. Layihənin məqsədi hər bir kəsi Azərbaycan mədəniyyətinin özəllikləri ilə tanış etməkdir. Heydər Əliyev Fondu bütün Fransanı əhatə edən turdan sonra Azərbaycanın mədəni sərvətlərinin nümayişi üçün ən layiqli şəhər axtarışında idi və bu, Kann şəhəri oldu”, - deyə “Le Cannois” qəzeti yazıb. “Azərbaycan şərəf duyar” başlıqlı bu yazıda iyul ayı ərzində Kannda yaşanacaq Azərbaycan ab-havasından bəhs edilir. “Bayramın proqramına melomanlar üçün Dövlət Simfonik Orkestrinin ifasında və Kann şəhərinin meri Bernar Broşan, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə keçirilən konsert daxildir. Festivallar sarayında Azərbaycanın ənənəvi və müasir incəsənətinə dair sərbəst girişli sərgilər təşkil olunub. Kinonun vətənində filmdən söz açmamaq mümkün deyil. Kann şəhərində tamaşaçılara “Arşın mal alan” filmi nümayiş etdirilib. Ümumiyyətlə, bu ay Kann şəhərində silsilə tədbirlər keçiriləcək”.
Heydər Əliyev Fondu “Azərbaycan Kannda” mədəniyyət günləri layihəsində ölkənin tarixini və maddi-mənəvi sərvətlərini təbliğ edən xüsusi proqramlara mühüm əhəmiyyət verib. Məsələn, Kannda, Lacivərd sahilin ən qaynar məkanı Kruazettdə keçirilən Beynəlxalq “Qız qalası” sərgisi həm fərqli ölkələrin müxtəlif din və adət-ənənələri olan rəssamlarını bir araya gətirib və Azərbaycanı mədəniyyət beşiyi kimi təqdim edib, həm də qədim abidəmiz olan “Qız qalası”nı təbliğ edib. 2010-cu ildən təşkil olunan bu festival ilk dəfə idi ki, Azərbaycandan kənarda – Kann şəhərində keçirilirdi.
“Qız qalası” sərgi-festivalının əsas məqsədi tarixi abidənin maketi üzərində müxtəlif ideyaların canlandırılmasıdır. Yerli və xarici rəssamlar öz milli üslublarında qalanın maketini bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdiriblər.
Ətraf mühitin qorunmasına xüsusi diqqət yetirən Heydər Əliyev Fondu Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşən ceyranların maketlərinin bəzədilməsi ilə bağlı həyata keçirdiyi layihəni də Kannda nümayiş etdirib. Ümumilikdə, sərgidə 26 rəssamın Qız qalası, 17 rəssamın isə ceyran kompozisiyaları tamaşaçılara təqdim olunub.
Həmçinin, Azərbaycanın kino tarixi elə kinematoqrafiyanın paytaxtındaca, fransız dilinə tərcümədə nümayiş olunub.
Fransanın məşhur “Diapason” jurnalı isə diqqəti muğam və Azərbaycan ritmlərinə çəkir. “Kann şəhəri iyul ayı ərzində Qafqazın incisinin mədəni sərvətini təmsil edən çoxsaylı nümayəndə heyətini qəbul edəcək. Musiqi, rəqs, caz, müasir təsviri incəsənət, fotoqrafiya və ya heykəltəraşlıq - bu sahələrin heç biri diqqətdən kənarda qalmayacaq.
Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qafqazın incisi mədəniyyət həftəsi Kann şəhərində geniş işıqlandırılır.
Festivallar sarayı və ya Kruazett bulvarının nüfuzlu səhnələrindəki silsilə tədbirlər bu ölkənin musiqi ənənələrinin üstünlüyü və zənginliyini təcəssüm etdirir. Bu ənənələr sırasında 2003-cü ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilən və ölkənin rəmzi sayılan muğam musiqisi də yer alıb. Muğam qədim tar, kamança və qavalın müşayiəti ilə əsrlər boyu yaşayıb və bu gün ustad Alim Qasımovun ifasında dünyanı dolaşır”.
Daha sonra jurnalda qeyd edilib: “Bu musiqi XX əsrin əvvəllərində Azərbaycan klassik bəstəkarlar nəslini yetişdirdi. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, habelə onların avropalı müasirləri olan Bartok, Prokofyev, Şostakoviç musiqilərini muğamın təsiri altında bəstələmişlər. Bu müxtəlif repertuar dirijor Fəxrəddin Kərimovun mükəmməl rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri, pianoçu, Xalq Artisti, professor, beynəlxalq müsabiqələr laureatı Murad Adıgözəlzadə və gənc skripka ifaçısı, bir çox beynəlxalq müsabiqələr, habelə Karol Lipinski və Henrix Venyavski adına 11-ci gənc skripka İfaçılarının Beynəlxalq müsabiqəsinin laureatı Elvin Qəniyev tərəfindən ifa olunur. Virtuoz pianoçu və caz ifaçısı İsfar Sarabski isə “Art Deco de la Villa Domergue”nin səhnəsində qədim muğam və cazı səsləndirir. 2010-cu ildə Koreya Respublikasında keçirilmiş beynəlxalq festivalın qalibi olan nağara ifaçısı Natiq Şirinov da Kann şəhərində təşkil edilən mədəniyyət həftəsinin iştirakçılarındandır. Onun rəhbərliyi ilə “Natiq” ritm qrupu Kruazett səhnəsində nağara ifası təqdim etdi. Bu möhtəşəm və rəngarəng çıxış “Eurovision-2012” mahnı müsabiqəsində diqqəti çəkmişdi. Bu ifa Qafqaz ənənələrini, ritmlərini özündə gözəl əks etdirir”.
Beləliklə, istər müasir “Qız qalası”, “Ceyranlar” sərgisi, istər qədim və zəngin tariximizi nümayiş etdirən “Qafqazın incisi”- Azərbaycanın mədəni dəyərləri” sərgisi, istərsə də Azərbaycanı tərənnüm edən fotosərgi dünyanın nüfuzlu mədəniyyət mərkəzlərindən olan Kannda Odlar Yurdunu bütün incəlikləri ilə təqdim edə bilib.
Kannın Festivallar sarayının nəhəng sərgi salonunda təşkil edilən ekspozisiyada Azərbaycanın xalçaçılıq məktəbi, milli geyimlərimiz, sənətkarlıq nümunələri və əlbəttə ki, zəngin Azərbaycan musiqisi -folklorumuz, klassik və caz musiqimiz, rəqslərimiz ölkəmizin təbliği ilə yanaşı, həm də xalqlar arasında daha bir körpü qurub.
Əslində, mədəniyyət insanların və xalqların bir-birini dərindən tanıması və olduğu kimi görməsi üçün bir vasitədir. Heydər Əliyev Fondunun bu layihəsi Azərbaycanı və Azərbaycan həqiqətlərini olduğu kimi təqdim etməyə imkan verir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

