Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mübariz Qurbanlı: Müxalifətin Putinə müraciət ünvanlamaq cəhdini özünüalçatma kimi qiymətləndirirəm

Mübariz Qurbanlı: Müxalifətin Putinə müraciət ünvanlamaq cəhdini özünüalçatma kimi qiymətləndirirəm

02.08.2013 [09:57]

“Milli şura” deyilən qurumun heç bir əhəmiyyəti və perspektivi yoxdur.
Əslində, “Milli şura”dakılar radikal müxalifət partiyalarının həmin “qurum”da təmsil olunan nümayəndələridir.
“Gün.Az” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı dilə gətirib. “Həmin insanların indi Tbilisidə bir araya gəlməsi, hansısa “məsələləri” müzakirə etməsi də “Milli şura”dakılar, radikallar üçün istənilən nəticəni vermədi”, - deyən YAP rəsmisinin sözlərinə görə, bütün bunlara rəğmən, “Milli şura”, onun vahid namizədi və məlum Tbilisi səfəri ətrafında baş verənlər onları maraqlandırmır, narahat etmir. “Bizi maraqlandıran sadəcə, əvvəlki seçkilər kimi, builki seçkilərin də demokratik, azad, şəffaf, ədalətli, qanunvericiliyə uyğun olaraq keçirilməsi və onun təmin edilməsidir. Eyni zamanda, bizim-hakim partiyanın, bütövlükdə Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin prezidentliyə vahid namizədi var ki, o da ölkə Prezidenti cənab İlham Əliyevdir. Biz də Onun qələbəsinə inanırıq, həmçinin, seçkilərdə Onun qələbəsini təmin etmək üçün öz üzərimizə düşən işlərin, vəzifələrin həlli ilə məşğul oluruq. Bununla belə, heç şübhəsiz, seçkilərdə iştirak etmək üçün digər iddialı namizədlər də var, hətta, başqalarının da seçkilərə qatılması gözləniləndir. “Milli şura” da prezidentliyə namizəd kimi Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüb. Məgər həmin şəxsin özü və ya “Milli şura”dakılar indiyə kimi onun ikili vətəndaşlığının olduğunu, bununla bağlı hansısa problemlərin yaranacağını əvvəlcədən bilmirdimi? Rüstəm İbrahimbəyovun özü niyə əvvəlcədən bu məsələni yoluna qoymurdu? Mənə qəribə gəlir, görəsən, onlar heç bu məsələni götür-qoy etməyiblərmi və ya onların içində bir dənə də olsun ağıllı adam yoxdurmu, olmayıbmı ki, vaxtında bu məsələni ortaya qoysun, onun həlli istiqamətində addımlar atılmasının lazımlı olduğunu desin, atsın?! Ancaq belə görünür ki, əslində Rüstəm İbrahimbəyov bunları bilə-bilə edib, yəni, “Milli şura”dakılar vasitəsilə özünü siyasi cəhətdən məşhurlaşdırmaq, ətrafında ajiotaj yaratmaq istəyib...”
M.Qurbanlı bu baxımdan belə hesab edir ki, indi bu məsələdə iqtidarı ittiham etmək, bunun üçün Tbilisidə bir araya gəlmək düzgün deyil: “Bu, sadəcə gülüş doğran və əsassız bir məsələdir. Yaxud da, Rusiyanın prezidentinə müraciət ünvanlamağı məsləhət görmək heç kimə başucalığı gətirən bir addım deyil. Guya Putinin işi-gücü qurtarıb, bunların müraciətini oxusun... Çox gülməlidir... Mən bunu özünüalçatma kimi qiymətləndirirəm. Bunun adı özünü alçaltmaqdan, aşağılamaqdan başqa bir şey deyil”.
Millət vəkili, eyni zamanda bildirib ki, radikallar özləri bilər, istəyirlər seçkilərə qatılsınlar, istəmirlər qatılmasınlar: “Guya onların seçkilərə qatılıb və ya qatılmaması nə dəyişəsidir, nə dəyişəcək ki?”.
M.Qurbanlının dediyinə görə, R.İbrahimbəyov indiyə kimi Azərbaycana gedib-gəlib və kim ona mane olub?: “O, indi də qayıda və öz fəaliyyətini davam etdirə bilər, ona mane olan yoxdur. Eyni zamanda, məlumdur ki, onun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqında baş verən vergi cinayətləri ilə bağlı cinayət işi qaldırılanda da Rüstəm İbrahimbəyovun özü burada idi. Yəni, heç kim onun fəaliyyətinə mane olmamışdı. İndi yaxşı olar ki, o gəlib həmin məsələ ilə bağlı izahat verəydi və həqiqətin ortaya çıxmasına yardımçı olaydı. Bunları deməkdə məqsədim odur ki, bizi müxalifətdə, radikal cinahda nəyin, nələrin baş verdiyi maraqlandırmır və bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Biz öz işimizlə, seçkilərə ciddi hazırlaşmaqla məşğuluq”.

Paylaş:
Baxılıb: 1144 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31