Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan XİN Pakistana qarşı hərbi hücumları pisləyib

Azərbaycan XİN Pakistana qarşı hərbi hücumları pisləyib

07.05.2025 [11:02]

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Hindistanla Pakistan arasındakı gərginliyə dair bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycan Respublikası Hindistan Respublikası ilə Pakistan İslam Respublikası arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir.

Pakistan İslam Respublikasına qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik. Pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik.

Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq”.

Paylaş:
Baxılıb: 627 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31