Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 10 ildə böyük inkişaf yolu keçib
27.08.2013 [09:48]
Əli Əhmədov: Yüksək inkişaf və bu inkişafın etibarlı zəmin əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edəcəyi inamı Azərbaycanın hər bir vətəndaşında formalaşıb
Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Daha dəqiq desək, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsi bugünkü milli inkişafın fundamental təminatçı faktorunu təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, çoxvektorlu praqmatik xarici siyasət kursunun həyata keçirilməsi dövlətimizin milli inkişafını təmin edən başlıca strateji faktorlar kimi çıxış edir.
Məhz bütün bunların qanunauyğun nəticəsidir ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi səciyyələndirir. Bu gün hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevi alternativsiz lider kimi dəyərləndirir. Məhz dünyanın mühüm sorğu mərkəzləri və nüfuzlu ekspertləri də öz qənaətlərində Prezident İlham Əliyevin qarşıdan gələn prezident seçkilərində alternativsiz namizəd olduğunu ifadə edirlər. Bu qənaət yerli və xarici ekspertlər, eləcə də siyasətçilər tərəfindən əminliklə ifadə olunur. Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədovun partiyanın Mingəçevir şəhər təşkilatında keçirdiyi görüş zamanı qeyd etdiyi kimi, nəinki partiyamızın üzvləri, bütövlükdə Azərbaycan xalqı cənab İlham Əliyevin Prezidentliyə namizədliyini dəstəkləyir. Çünki bunun üçün ciddi əsaslar mövcuddur: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 10 ildə böyük inkişaf yolu keçib”.
Bütün vətəndaşların ölkəmizin inkişafının canlı şahidləri olduğunu deyən YAP-ın Sədr müavini-İcra katibi bildirib ki, əhalinin rifahının yüksəlməsi, iqtisadiyyatın sürətli inkişafı, Azərbaycanın modernləşmə xəttinin uğurla həyata keçirilməsi, mənəvi sahədə olan yüksəlişlər, dövlətimizin dünya birliyində mövqeyinin möhkəmlənməsi, regionda lider dövlətə çevrilməsi və digər amillərin hamısı kompleks şəkildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nailiyyətləridir. “Beləliklə də, əzəmətli və möhtəşəm inkişaf mənzərəsi gözümüzün qarşısında canlanır. 2013-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycanın ictimai-siyasi, iqtisadi, mənəvi həyatının başlıca mənzərəsi bu göstəricilərdən ibarətdir. Təbii ki, bu, Azərbaycanın inkişafının davamlı olmasından xəbər verir. Yüksək inkişaf və bu inkişafın etibarlı zəmin əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edəcəyi inamı Azərbaycanın hər bir vətəndaşında formalaşıb. Bu ümumi mənzərə seçkilər dövründə Azərbaycan vətəndaşlarının əhval-ruhiyyəsini müəyyənləşdirib. Bu mənada növbəti seçkilərdə cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi və qələbəsi xalqımızın arzu və istəklərinin ifadəsidir. İnsanlar indiyədək qazanılan uğurlarla yanaşı, qarşıdakı illərdə də nailiyyətlərin davam etməsini arzulayır və bunu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə görürlər” - deyə, YAP-ın Sədr müavini əlavə edib.
Beləliklə, Azərbaycanın dinamik, müstəqil iqtisadi inkişaf strategiyasının real nəticələri, həyata keçirilən sosial siyasətin hər bir Azərbaycan vətəndaşının ali mənafeyinə xidmət etməsi, sosialyönümlü iqtisadiyyatın mütəmadi səciyyə daşıyan inkişafı və digər bu kimi faktorlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının durduğunu göstərir. Bu isə Prezident İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu növbəti dəfə sübuta yetirir.
Digər tərəfdən, güclü, qüdrətli Azərbaycanın sürətli tərəqqisini şərtləndirən digər amil davamlı ictimai-siyasi sabitlikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional daxili və xarici siyasət kursunun nəticəsi kimi, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi, yekun rəyi odur ki, Azərbaycanda hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara, ümummilli mənafeyə tam cavab verməsidir. Həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir.
Nəticə etibarilə bütün bunların qanunauyğun nəticəsi kimi, Azərbaycan cəmiyyətində Prezident İlham Əliyevin adı iqtisadi inkişaf və sabitliklə assosiasiya olunur və dövlətimizin başçısı alternativsiz lider kimi çıxış edir.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

