Azərbaycanda həyata keçirilən sosial siyasətin əsasında insan amili dayanır
27.08.2013 [09:50]
Sosial müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində atılan ardıcıl addımlar dövlətin vətəndaşlarına olan diqqət və qayğısının nəticəsidir
Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətlərinə diqqət yetirsək görərik ki, vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial müdafiə tədbirləri ilə təmin edilməsi daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir. 2013-cü il avqustun 14-də Prezident İlham Əliyev İsmayıllıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bir daha qeyd edib ki, sosial siyasət əsas məsələdir: “Sosial siyasət təkcə sosial obyektlərin tikintisi ilə məhdudlaşmır. Sosial siyasət o deməkdir ki, siyasətimizin mərkəzində insan olmalıdır. Bu da var, bunu biz təmin edirik. Biz öz iqtisadi gücümüzü sosial sahəyə yönəldirik və bu məsələlərə kompleks şəkildə yanaşırıq”.
Qeyd edək ki, 2003-cü ilin əvvəlində Azərbaycanda orta aylıq pensiyanın məbləği 20 manat idi. Pensiya islahatlarının dövlət başçısı İlham Əliyevin Prezident seçilməsindən sonra davam etdirilməsi, 2009-cu ildə islahatların yeni mərhələsinin başlanması, eyni zamanda, ölkənin iqtisadi imkanlarının genişlənməsi sayəsində bu məbləğ davamlı olaraq artırıldı.
2006-cı ildən etibarən yeni üçpilləli pensiya sisteminin tətbiq olunmasına başlandı. Bu prosesdən 2012-ci ilədək olan müddət ərzində Dövlət Sosial Müdafiə Fondunun xərcləri 4,4 dəfə artaraq 2,5 milyard manata çatdı. Fondun gəlirləri isə 4,1 dəfə artdı.
Həmin sistemin tətbiqindən bu vaxtadək dövlətimizin başçısı tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 6 Sərəncam imzalanıb. Yeni sistemin tətbiqindən etibarən pensiyaların orta aylıq məbləği hər il artan dinamika ilə yüksəlib. 2011-ci ildə həyata keçirilən islahatlar nəticəsində isə 900 minə yaxın pensiyaçının müavinətləri orta hesabla 40 faiz artıb. Bununla yanaşı, yeni sistemin fəaliyyətə başladığı dövrdən 2013-cü ilə qədər əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,2 dəfə yüksəlib. Beləliklə, qeyd edilən dövr ərzində 2003-cü ilə nisbətən orta aylıq əmək pensiyalarının məbləğində 8 dəfəyədək artım baş verib.
Hazırda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 152, o cümlədən, yaşa görə 167 manat təşkil edir. Azərbaycanda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 40 faizə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faizə çatıb.
Eyni zamanda, son 10 ildə ölkə Prezidentinin fərman və sərəncamları ilə əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 9,6 dəfə, sosial müavinətlərin məbləği 3,7 dəfə qaldırılıb. Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, Azərbaycan hazırda əmək pensiyasının baza hissəsinin məbləğinə görə, MDB ölkələri arasında ilk yerlərdən birini tutur.
Eyni zamanda, ölkədə yoxsulluğun azaldılması və sosial təminatın gücləndirilməsi məqsədilə ünvanlı sosial yardım mexanizmi yaradılıb. Bu mexanizmin yaradılmasında əsas məqsəd orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə dövlət tərəfindən maliyyə yardımlarının ayrılmasıdır. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarından aşağı olan aztəminatlı ailələr malikdirlər. Ünvanlı sosial yardımın ilk dəfə tətbiq olunduğu 2006-cı ildə ölkə üzrə cəmi 122 min nəfərə yaxın adam, yaxud 49 minə yaxın ailəyə belə yardım ayrılıb. 2007-ci ildə ünvanlı sosial yardımın miqyası genişləndirilib və 146 minə yaxın ailəni əhatə edib. Sonrakı illərdə ünvanlı sosial yardım alan ailələrin sayı obyektiv amillər - əmək haqlarının və pensiyaların artımı, əhalinin gəlirlərinin artması və yoxsulluğun azalması nəticəsində aşağı düşüb.
2012-ci ilin yekununa görə, 545 min nəfərə yaxın ailə üzvünü əhatə edən 124 mindən çox ailənin hər birinə ayda orta hesabla 114 manat ünvanlı sosial yardım ödənilib. 2013-cü ilin birinci rübündə 543 minə yaxın ailə üzvünü əhatə edən 123 min 300-ə yaxın ailəyə ünvanlı sosial yardım verilib (hər ailəyə düşən orta məbləğ isə 118 manata yaxın olub).
Dünya Bankının ölkəmizdə apardığı monitorinqin nəticələrinə görə, ünvanlı yardımların təyinatında ünvanlılıq prinsipinə 90 faizə qədər əməl olunub və bu göstərici ünvanlı sosial yardım tətbiq edilən ölkələr arasında ən yaxşı nəticələrdən biri kimi qiymətləndirilib.
Ünvanlı sosial yardımla yanaşı, Azərbaycanda 2011-2012-ci illəri əhatə edən “Aztəminatlı ailələrin sosial reabilitasiyası haqqında” yeni Dövlət Proqramı da qəbul olunub. Bu proqramın məqsədi aztəminatlı ailələrə dövlət tərəfindən birdəfəlik maliyyə yardımlarının göstərilməsi yolu ilə onların kiçik biznes, ailə-kəndli təsərrüfatları yaratmasına dəstək verməkdir. Gələcəkdə aztəminatlı ailələrin dövlət yardımlarından asılılığının bu proqramın əhatə dairəsinin genişləndirilməsi yolu ilə aradan qaldırılması planlaşdırılır.
Əldə edilən bu uğurlar Ermənistanın təcavüzü nəticəsində öz doğma yurd-yuvalarını tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların yaşayış durumuna və sosial vəziyyətinə də təsirsiz ötüşmür. Belə ki, qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi sosial siyasətin əsas prioritetlərindən birini təşkil edir.
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün cari ilin icmal və dövlət büdcələrindən üst-üstə 283 milyon manat, o cümlədən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 14 milyon manat, dövlət büdcəsinin cari və əsaslı xərclərindən 111 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 158 milyon manat vəsait ayrılıb.
Bütövlükdə, son 9 ildə bu sahə üzrə bir Dövlət Proqramı və ona iki əlavə qəbul edilib, ümumilikdə, 47 Fərman və Sərəncam imzalanıb, Nazirlər Kabineti 158 qərar və sərəncam, Milli Məclis isə 9 qanun qəbul edib. O cümlədən, 2012-ci ildə 2 Fərman və Sərəncam imzalanıb, Nazirlər Kabineti 17 qərar və sərəncam qəbul edib.
Vurğulamaq lazımdır ki, Azərbaycanın bu sahədə uğurları beynəlxalq ictimaiyyət tərəfindən də təqdir edilir. BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin 2012-ci ilin oktyabrında Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 63-cü sessiyasında çıxışında Azərbaycan dövlətinin gördüyü işləri qiymətləndirərkən bunu bir çox ölkələr üçün nümunə göstərib. Bu kimi nailiyyətlər ölkəmizin sosial-iqtisadi qüdrətinin nəzərəçarpacaq dərəcədə yüksəldiyini, dünya ölkələrinə inteqrasiyasının sürətləndiyini və dünyanın maraq mərkəzinə çevrildiyini bir daha təsdiq edir.
Ümumiyyətlə, sosialyönümlü iqtisadiyyatı respublikamızın strateji inkişaf və modernizasiya konsepsiyasının əsas təməllərindən biri kimi qiymətləndirmək olar. Prezident İlham Əliyevin cari ilin 22-i və 23-də imzaladığı məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında sərəncamları da deyilənləri təsdiq edir. Qeyd olunan birinci Sərəncama əsasən aylıq müavinətin məbləği 2013-cü il sentyabrın 1-dən 10 faiz artırılıb. Digər Sərəncama müvafiq olaraq 2013-cü il sentyabrın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 30 manat, 1 yaş yarımdan 3 yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 15 manat miqdarında müəyyən edilib.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

