ASAİF-in XI Yay Forumunun iştirakçıları Qəbələyə səfər ediblər
03.09.2013 [09:22]
Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF) “Bizim forum, bizim seçim, bizim Azərbaycan” devizi altında Bakıda keçirilən XI Yay Forumunun iştirakçıları Qəbələyə səfər ediblər.
AzərTAc xəbər verir ki, dünyanın 40-dan çox ölkəsində təhsil alan və məzun olmuş 600-dək azərbaycanlı gənc əvvəlcə Ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib. Daha sonra Qəbələ Mədəniyyət Mərkəzində Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərovla görüş keçirilib. Görüşün əhəmiyyətindən danışan Fəttah Heydərov bildirib ki, bütün ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş Ulu öndər Heydər Əliyevin hər sözü və öyüdü bu gün gənclərimizin həyat amalına çevrilib.
Azərbaycan xalqının ağsaqqal sözünü daima uca tutduğunu və onların ətrafında sıx birləşdiyini vurğulayan natiq eyni zamanda, qeyd edib ki, ağsaqqallar da gənclər üçün örnək olmalıdırlar. Bu baxımdan keçirilən tədbiri eyni zamanda nəsillərin görüşü adlandıran F.Heydərov ölkəmizin inkişafında hər iki nəslin rolundan söhbət açıb və deyib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün açdığı yol ən düzgün yoldur. Onun müəyyənləşdirdiyi məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycan inkişaf edir və möhkəmlənir, ölkəmizin dünyada nüfuzu getdikcə artır. Hazırda Prezident İlham Əliyev Ümummilli liderin müdrik daxili və xarici siyasət kursunu layiqincə davam etdirərək Azərbaycanı daha da irəli aparır.
Respublika Ağsaqqallar Şurasının sədri gənclərə və məzunlara hər bir sahədə fəallıq nümunəsi göstərməyi, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik ənənələrinin qorumasında və inkişafında yaxından iştirak etməyi tövsiyə edib.
Görüşdə gənclərə dövlət qayğısından da söz açılıb, son illər xaricdə təhsil alan Azərbaycan gəncliyinin fəallığının artdığı razılıq hissi ilə qeyd edilib. Vurğulanıb ki, xarici ölkələrdə təhsil alan və məzun olmuş Azərbaycan gənclərinin forumlarının keçirilməsi görülən işlərə qiymət verilməsi və gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşməsi baxımından mühüm rol oynayır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu gün ölkəmiz üçün əsas problem olduğunu diqqətə çatdıran Fəttah Heydərov xaricdə təhsil alan azərbaycanlı gəncləri bu sahədə daha fəal olmağa, münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında əllərindən gələni etməyə çağırıb.
Görüş zamanı deputat Fəttah Heydərov Ulu öndər Heydər Əliyevlə bağlı maraqlı xatirələrini gənclərlə bölüşüb, özünün gənclik illərindən söz açıb, tələbə və məzunların suallarını cavablandırıb.
Daha sonra ASAIF-ın sədri Ramin Həkimov, Milli Məclisin deputatı Ceyhun Osmanlı, Təhsil Nazirliyinin məsul işçisi İlham Nağıyev çıxış ediblər. Bildirilib ki, ASAİF-in Bakı forumunun əsas məqsədi xarici ölkələrdə təhsil alan gənclərin şəbəkələşmə prosesini gücləndirmək, onları azərbaycançılıq dəyərləri ətrafında daha sıx birləşdirmək, respublikamızın xaricdə təbliğ olunmasına daha yaxından cəlb etmək, eyni zamanda informasiya mübadiləsində, təbliğat işinin interaktiv qurulmasında gənclərimizə kömək göstərməkdir. Bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirən natiqlər gənclərə təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirdə ölkəmizdə təhsilin və turizmin inkişafı istiqamətində görülən işlərdən və əldə olunan uğurlardan, dövlətin gənclərlə bağlı siyasətindən, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan, regionların inkişafı ilə bağlı görülən işlərdən də danışılıb.
Sonra forum iştirakçıları üçün “Qafqaz Resorte” otelində nahar süfrəsi açılıb, açıq havada konsert təşkil edilib. Qonaqlar, həmçinin gündən-günə inkişaf edən Qəbələ şəhəri, rayonun turizm obyektləri, səfalı guşələri və tarixi abidələri ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

