“Human Rights Watch”un hesabatı qərəzlidir
05.09.2013 [09:41]
Mübariz Qurbanlı: Belə mənasız, əsassız, uydurma məlumatlar yayan təşkilatlar anti-Azərbaycan mövqeli qrupların maraqlarına xidmət edir
Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca anti-azərbaycançı dairələrin fəallaşması müşahidə olunur. Bəzi daxili və xarici qüvvələrin “ortaq maraqlar”ı beynəlxalq aləmdə ölkəmiz barədə mənfi imicin formalaşdırılmasına yönəldilib. Elə bu səbəbdən yeri gəldi-gəlmədi, aidiyyəti oldu-olmadı Azərbaycana qarşı həqiqətə uyğun olmayan iddialar irəli sürülür. Belə iddialardan növbətisi “Human Rights Watch” təşkilatından gəlib. Təşkilatın hazırladığı növbəti hesabatında ölkəmiz barədə heç bir əsası olmayan məlumatlar yer alıb. Hesabatla ilk tanışlıq deməyə əsas verir ki, yayılan məlumatlar heç bir rəsmi mənbədən əldə edilməyib və təsdiqini tapmayıb.
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib ki, Azərbaycanın 1993-cü ildən etibarən, xüsusilə də, son illər ərzində durmadan dünyada artan nüfuzu, çəkisi, müstəqil xarici və daxili siyasəti ölkəmizi istəməyən, onun uğurlarını gözü götürməyən dairələri, qüvvələri hər zaman narahat edib, qıcıqlandırıb və onlar hər vəchlə ölkəmizin uğurlarının, nailiyyətlərinin, müsbət imicinin üzərinə kölgə salmaq üçün əllərindən gələni etməyə çalışırlar. Həmin dairələr anti-Azərbaycan kampaniyasında da çox təəssüflər olsun ki, bir çox hallarda onlarla sinxron fəaliyyət göstərən, radikal müxalif qüvvələrdən öz məqsədləri üçün istifadə etməyə, onlardan yararlanmağa cəhd göstərir və buna da nail olurlar: “Onlar özü də daha çox seçkilər ərəfəsində “fəallaşır”, qarayaxma kampaniyasını daha çox gücləndirir, genişləndirirlər. “Human Rights Watch” kimi mənasız, əsassız, uydurma məlumatlar yayan təşkilatlar da həmin anti-Azərbaycan mövqeli qrupların, qüvvələrin maraqlarına xidmət edir. Onu da nəzərə almaq lazımdır ki, “Human Rights Watch” beynəlxalq təşkilat deyil, qeyri-hökumət təşkilatıdır. Azərbaycanda da qeyri-hökumət təşkilatları var və onlar da istənilən ölkədə insan hüquq və azadlıqlarının pozulması ilə bağlı bəyanat yaya bilər. Odur ki, “Human Rights Watch” deyilən bir təşkilatın yaydığı bu və ya digər sənəd Azərbaycanı hansısa bir öhdəlik qarşısında qoymur”.
M.Qurbanlı bildirib ki, bu tipli təşkilatlar QHT-lər kimi fəaliyyət göstərir və onların da yaydığı məlumatların mənbələri şübhəli, bir çox hallarda yoxlanılmamış olur, eyni zamanda, həmin təşkilatlar qərəzli məlumatlar yayır: “Bu tipli təşkilatların Azərbaycana qarşı yaydığı məlumatların Azərbaycanın ictimai rəyinə, Azərbaycanın beynəlxalq aləmdə imicinə heç bir təsiri yoxdur. Bu təşkilatların yaydığı məlumatlar qərəzli xarakter daşıyır. Ona görə, əslində bu cür təşkilatların yaydığı mənasız məlumatlar haqqında danışmağa ehtiyac yoxdur. Mənasız fikirlər və tezislər ortaya qoyan bu kimi təşkilatlar beynəlxalq aləmdə yalnız Azərbaycana qarşı deyil, bir çox ölkələrə qarşı bu tip məqsədli məlumatlar yayaraq hansısa qrupların maraqlarını ifadə edir”.
Onun sözlərinə görə, Azərbaycanda siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir fərdin, hər bir vətəndaşın hüquq və azadlıqları ölkə qanunları və Konstitusiya ilə təmin olunub. Kimlər ki, bu hüquq və azadlıqlar çərçivəsində fəaliyyət göstərir, ölkə qanunlarını və Konstitusiyanın müddəalarını pozmur, onlara qarşı heç zaman heç bir qeyri-qanuni addım atılmır, onların siyasi fəaliyyətlə məşğul olması, öz fikirlərini cəmiyyətə sərbəst və maneəsiz şəkildə çatdırması üçün heç bir qadağan, məhdudiyyət qoyulmur: “Heç kim fikrinə, əqidəsinə görə təqibə, təzyiqə məruz qalmır. Ancaq kimlər ki, öz fəaliyyətlərini qanunlardan və Konstitusiya ilə müəyyən olunmuş qaydalardan kənarda qurmağa cəhd göstərirlər, qanunlara açıq-aşkar saymazyana münasibət sərgiləyirlər, təbii ki, bu zaman onlara qarşı da elə qanunların icazə verdiyi çərçivədə müvafiq addımlar atılır. Bu, bütün dünyada da belədir. Burada qeyri-adi heç nə yoxdur. Odur ki, “Human Rights Watch” və onun kimi qərəzli qurumların Azərbaycanla bağlı yaydıqları hesabatların heç bir mənası, əhəmiyyəti yoxdur və onlara da ciddi əhəmiyyət verməyinə dəyməz”.
Xəbər lenti
Hamısına baxİdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

