Yeni dərs ilinin başlanması – Bilik Günü Daşkəsəndə təntənəli şəkildə qeyd olunub
17.09.2013 [10:08]
Bu münasibətlə rayonda 5 ümumtəhsil məktəbinin və bir körpələr evi-uşaq bağçasının açılışı olub
Dünən Daşkəsən rayonunda yeni tədris ilinin başlanması və Bilik Günü münasibətilə təntənəli tədbirlər keçirilib. Bu Bilik Günü rayon sakinləri üçün həm də ona görə əlamətdar olub ki, 5 ümumtəhsil məktəbinin və bir körpələr evi-uşaq baxçasının açılışı olub. Açılış mərasimlərində Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, millət vəkili Rövşən Rzayev və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq, Daşkəsən rayon Quşçu kəndi Əli İsmayılov adına tam orta məktəbin açılışı olub. Mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bu əlamətdar gün münasibətilə təbriklərini çatdırıb: “Bildiyiniz kimi, bu gün Azərbaycanda çox əlamətdar, sevimli və tarixi bir gündür. Ölkəmizin hər yerində yeni dərs ilinin başlanması - Bilik Günü münasibəti ilə müxtəlif tədbirlər keçirilir. Sizi və rayonun bütün şagirdlərini, pedaqoji kollektivlərini yeni dərs ilinin başlanması və Bilik Günü münasibəti ilə ürəkdən təbrik edir, Sizə bu şərəfli təhsil yolunda uğurlar arzulayıram”.
O, daha sonra Azərbaycanın həyata keçirdiyi dövlət siyasətinin uğurlarından danışaraq deyib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kurs Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platforma və inkişaf formulu Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsas konseptlərini təşkil edib. Prezident İlham Əliyevin müəllifi olduğu iqtisadi model Azərbaycanın son illərdə davamlı sıçrayışlı inkişafını təmin edib və yeni nailiyyətlərə zəmin yaradıb. Ümumiyyətlə, bu dövlət proqramlarının uğurla icra olunması nəticəsində isə ölkəmizin hər bir rayonunun həyatında tamamilə yeni və daha parlaq səhifə açılıb. Prezident İlham Əliyevin birbaşa nəzarəti altında davam etdirilən bu siyasi-iqtisadi regional inkişaf formulu ölkənin iqtisadi inkişafına yeni dinamizm elementlərinin yaranmasına, respublikanın hərtərəfli sosial-iqtisadi tərəqqisinə səbəb olub. Bu gün Azərbaycanın elə bir rayonu yoxdur ki, orada geniş infrastruktur layihələri icra olunmasın, orada insanların sosial həyatının, güzəranının yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilməsin. Son illərdə Daşkəsən rayonunda da görülən böyük quruculuq işləri və həyata keçirilən infrastruktur layihələri bu fikri təsdiq edir: “Əlbəttə ki, rayonda görülən yüksək səviyyəli işlər Daşkəsən ictimayyəti tərəfindən lazımınca qiymətləndirilir və rəğbətlə qarşılanır. Heç də təsadüfi deyil ki, rayon sakinləri bütün dövrlərdə Azərbaycan dövlətinə və dövlətçiliyimizə sədaqət göstərib, xalqımızın daha da yaxşı yaşamasını, dövlətimizin gücləndirilməsini təmin edən siyasi kursu fəal müdafiə edirlər. Rayon sakinlərinin Azərbaycan Respublikasının müstəqilliyini əldə etdiyi dövrdən bu yana keçirilən bütün seçkilərdə Azərbaycan dövlətçiliyinin banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu müasir dövrün çağırışlarına uyğun olaraq həyata keçirən cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi də məhz bu fikri təsdiqləyir. Daşkəsən rayonunun tarixində bugünkü Bilik Günü çox sevindirici, əlamətdar hadisələrlə yadda qalır. Çünki 2013-cü ilin tədris ilində Daşkəsəndə Quşçu, Əmirvar, Mollahəsənli, Muşavaq, Əmirvar-Əhmədli kəndlərində 5 yeni orta məktəbin və 1 uşaq bağçasının açılışını edirik. Rayonumuzda bu böyük layihələr möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən məsuliyyətlə və keyfiyyətlə, vaxtında həyata keçirilib”.
Əhəd Abıyevin sözlərinə görə, bu gün Azərbaycan inkişaf və tərəqqi dövrünü yaşayır. Ölkəmiz gündən-günə çiçəklənir, gözəlləşir. Ulu öndərimiz Heydər Əliyevin ideyaları iqtisadi-sosial, ictimai həyatımızın bütün sahələrində zəfər çalır, parlaq qələbələr qazanır. Ulu öndər Heydər Əliyevin siyasi kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, cəsarətli addımları sayəsində misilsiz nailiyyətlərlə uğurla davam etdirilir: “Təkcə son on ildə Azərbaycan əsrlərə bərabər bir yol keçmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və həmçinin, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın daimi diqqət və qayğısı sayəsində minlərlə ümumtəhsil məktəbləri, uşaq bağçaları, səhiyyə obyektləri və digər mədəni-məişət binaları tikilib istifadəyə verilmiş, təhsil ocaqları müasir avadanlıqlarla, o cümlədən texniki vasitələrlə təchiz edilmişdir. Rayonumuzun timsalında bunu daha aydın görürük. Hamımıza məlumdur ki, yeni məktəb olan yerdə şənlik, sevinc, qaynar həyat var. Ümummilli liderimiz həmişə deyirdi ki, təhsil millətimizin gələcəyidir, müəllimi yaxşı olan millətə zaval yoxdur. Elmi öyrənib, ona əməl etmək lazımdır. Dünyanın ən gözəl peşəsi - müəllimdir. Belə bir müdrik misal var: - bir yeni məktəb-təhsil müəssisənin tikilməsi, böyük bir həbsxananın, türmənin bağlanması deməkdir. Deməli, tərbiyəli sağlam gənclərin və elmli nəslin yetişdirilməsi ölkə başçımızın əsas məqsədlərindən biridir”.
İcra başçısı, həmçinin, qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev iqtisadi kapitalı insan kapitalına yönəltmişdir: “Bunu rayonumuzun timsalında daha əyani surətdə hiss edirik. Son illərdən Daşkəsən rayonunda 7 məktəb, 1 uşaq bağçası tikilmiş, neçə-neçə uşaq bağçası və ümumtəhsil məktəbi əsaslı təmir olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. Rayonumuzda hər 30 şagirdə 1 kompüter düşür. Təhsilin keyfiyyətinin artırılması, uşaqların təlim-tərbiyəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Təhsilə diqqət və qayğı günbəgün artmaqdadır. Daşkəsən rayonunda da bunu əyani surətdə görürük. Rayonumuzda əgər keçən dərs ilində ali məktəblərə 27 nəfər, orta ixtisas məktəblərinə isə 12 nəfər qəbul olunmuşdusa, bu il ölkənin müxtəlif ali məktəblərinə 43 nəfər, orta ixtisas məktəblərinə isə 26 nəfər qəbul olunmuşdur. Bu, göstərilən diqqət və qayğının nəticəsidir və inanırıq ki, bu uğurlarımız gələcəkdə davam etdiriləcək.
Məlumat üçün bir faktı bildirmək istəyirəm ki, bugünkü Bilik Günündə məktəbli formaları rayon İcra Hakimiyyətinin başçısının şəxsi vəsaiti hesabına alınaraq pulsuz olaraq I sinifdən XI sinif şagirdlərinə hədiyyə edilibdir. Mən bütün şagirdləri doğma valideyn istəyi, ziyalı qayğısı ilə bağrıma basıram. Valideynlərə dönə-dönə tövsiyəm, xahişim budur ki, uşaqlarınızın təhsilinə çox ciddi diqqət yetirin, məktəblə daimi əlaqə yaratmaqla müəllimlərlə mehriban və dost olun və ən başlıcası gələcək həyat yollarınızda Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sadiq qalmaqla, Azərbaycanın xoş gələcəyi naminə Ulu öndərin müqəddəs ideyalarının uğurla həyata keçirilməsində misilsiz xidmətləri olan Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşin. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev həmişə deyir ki, bizim siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Budur, ölkəmizin hər yerində olduğu kimi, bu gün Daşkəsən rayonunda da quruculuq, tikinti, abadlıq işlərinə, məktəbə, təhsilə, səhiyyəyə olan diqqət və qayğı sabitlik və inkişaf deyilənlərin parlaq nümunəsidir.
Bəli, günün reallığı budur: möhtərəm Prezidentimizin etdiyi vədləri on il ərzində görülən işlər, həyata keçirilən qlobal irimiqyaslı layihələrdə özünün tam əksini tapmışdır. Budur ki, son illər ərzində iqlim şəraitin sərt olduğu ucqar dağ rayonunda Daşkəsəndə 7 yeni müasir məktəb tikildi. Yeni müasir avtovağzal, yeni İcra Hakimiyyətinin inzibati binası, müasir tipdə tikilərək başa çatmaq üzrədir. Və rayonda 28 hündürmərtəbəli yaşayış evlərin dam örtükləri dəyişərək əsaslı təmir olunub. Bunun davamı olaraq gələn il daha 18 məktəbin tikintisi və əsaslı təmiri nəzərdə tutulub, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dəstəyi ilə “Yeni Daşkəsən” layihəsi günbəgün, ardıcıl olaraq həyata keçirilməkdədir. Artıq Zağalı-Kollu-Çıraqlı dağlıq olan kəndlərlə rayon arasında yolların asfaltlaşdırılması tezliklə başa çatacaqdır. Yaxın vaxtlarda rayonun əksər kəndlərinin “mavi yanacaqla” təmin edilməsi və qarşıda olan digər problemli məsələlərin həlli istiqamətində məqsədyönlü işlər proqramla görülüb, həyata keçirilir. Beləliklə, “Yeni Daşkəsən” layihəsinin xoş gələcəyi gözlənilir.
Biz daşkəsənlilər göstərilən bu diqqət və qayğıya görə hər birimiz böyük minnətdarlıq hissi ilə xalqımızı işıqlı gələcəyə uğurla aparan Heydər Əliyev ideyalarına daim sadiq qalacaq, Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasətin ətrafında daha da sıx birləşərək var qüvvəmizi əsirgəməyəcəyik”.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı da əvvəlcə yeni tədris ilinin başlanması - Bilik Günü münasibətilə məktəbliləri və onların valideynlərini təbrik edib. O, daha sonra Azərbaycanda həyata keçirilən dövlət siyasəti haqqında danışıb. Millət vəkilinin sözlərinə görə, cənab Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır. Dəfələrlə dövlətimizin başçısının çıxışlarında xüsusi vurğulanıb ki, Azərbaycanın ən inkişaf etmiş şəhəri ilə ən ucqar kəndi arasında fərq tamamilə aradan qalxsın. Hər bir vətəndaşımız harada yaşamasından asılı olmayaraq, onun həyat şəraiti yüksək səviyyədə qurula bilsin. Eyni zamanda, bu gün Azərbaycanın hər bir regionu inkişaf edib. Paytaxtla rayonlar arasındakı fərqlər çox sürətlə aradan qalxır. Hər bir rayonda yeni infrastruktur layihələri reallaşdırılır, yollar çəkilir, parklar salınır, rayonlarda böyük potensial yaradılır, iş yerləri açılır, əhalinin güzəranı daha da yaxşılaşdırılır. Əlbəttə ki, bunlar bir məqsədə xidmət edir: Azərbaycan vətəndaşları üçün daha yaxşı həyat şəraiti təmin olunsun. Dövlət başçısı İlham Əliyev də həmişə deyir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, yəni, bu siyasət insan amilinə söykənir.
“Biz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarını Azərbaycanın hər bir rayonunda açıq şəkildə müşahidə edirik. Daşkəsən rayonunda da son illərdə çox böyük quruculuq işləri həyata keçirilib. Bu gün Daşkəsəndə əhalinin sayı artmaqdadır. Bir zamanlar müəyyən səbəblərdən rayonu tərk edən insanlar artıq buraya qayıtmaqdadırlar. Daşkəsəndə həyat şəraitinin yaxşılaşdırılması, Prezidentimizin söylədiyi həmin siyasətin məntiqi nəticəsidir. Bu gün Daşkəsənin su, elektrik enerjisi, qaz ilə təchizatında çox böyük irəliləyişlər əldə olunub. Yaxın gələcəkdə Daşkəsəndə təbii qazla təmin olunmayan bir dənə də kənd qalmayacaq. Eyni zamanda, Daşkəsəndə kəndlərin əksəriyyətində elektrik enerjisinin təminatı məsələsi həll olunub. Son illərdə yalnız onlarla məktəbin tikilməsi, uşaq bağçalarının istifadəyə verilməsi, Daşkəsənin özündə böyük quruculuq, abadlıq işlərinin həyata keçirilməsi yeni Daşkəsən layihəsinin uğurla həyata keçirilməsini göstərir. Bütün bu işlər bölgənin böyük perspektivindən xəbər verir. Eyni zamanda, bölgədə yeni iş yerlərinin açılması istiqamətində görülən işlər insanların, həyat səviyyəsinin yaxşılaşdırılması artıq vaxtilə bu rayondan köçən insanların geri qayıtmasını şərtləndirib”, deyən YAP İcra katibinin müavini əlavə edib ki, bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələridir. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini Azərbaycanı yüksək səviyyədə inkişaf etmiş ölkələr sırasına çatdırmaq təşkil edir. Və bu istiqamətdə hədəflər müəyyən edilibdir. Azərbaycanı yüksək səviyyədə inkişaf etmiş dövlətlər sırasına çatdırmaq üçün ilk növbədə sənayenin inkişafından, neft və qaz ehtiyatlarının ixracından əldə olunmuş kapitalın insan kapitalına çevrilməsi məsələsi gündəmə gəlir. Onun sözlərinə görə, bu məsələdə isə təhsil və tərbiyənin, elm və texnologiyanın inkişafının olduqca böyük əhəmiyyəti vardır. Ona görə də, bu gün rayonlarda belə orta təhsil müəssisələrinin istifadəyə verilməsi böyük əhəmiyyət daşıyır.
Sonda Mübariz Qurbanlı bir daha Bilik Günü və Əli İsmayılov adına Quşçu kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kənd sakinlərini və məktəbliləri təbrik edib.
Daha sonra çıxış edən millət vəkili Rövşən Rzayev də ilk olaraq təbriklərini çatdırıb. O, daha sonra Azərbaycanda təhsilin inkişafı istiqamətində görülən işlərdən danışaraq deyib ki, dövlətin diqqət və qayğısı sayəsində bu gün Azərbaycanda yüksək intellektli, savadlı gənc nəsil yetişməkdədir. Bu gün Azərbaycan gəncləri əldə etdiyi böyük uğurlarla xalqımızı sevindirir. Əlbəttə ki, bu uğurların təməli məhz orta məktəblərdə qoyulur. R.Rzayevin sözlərinə görə, təhsil işçilərinə qayğı son dövrlərdə Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla bir daha öz təsdiqini tapıb. R.Rzayev daha sonra Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi inkişaf siyasətinin uğurlarından danışaraq vurğulayıb ki, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin Azərbaycana nə qədər böyük uğurlar qazandırdığını görməmək mümkün deyil. Çünki biz həyatın bütün sahələrində, ailədə, bizi əhatə edən mühitdə, daha geniş mənada dövlətimizin, cəmiyyətimizin həyatında, Azərbaycanın beynəlxalq miqyasda güclənən mövqeyində bu uğurları açıq şəkildə müşahidə edirik. Bu gün Azərbaycanın hər bir regionu inkişaf edib. Paytaxtla rayonlar arasındakı fərqlər çox sürətlə aradan qalxır. Hər bir rayonda yeni infrastruktur layihələri reallaşdırılır, yollar çəkilir, parklar salınır, rayonlarda böyük potensial yaradılır, iş yerləri açılır, əhalinin güzəranı daha da yaxşılaşdırılır.
Daha sonra çıxış edən şəhid Əli İsmayılovun anası Yasəmən İsmayılova göstərilən diqqətə görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. O deyib ki, bu gün Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş hər bir şəhidin ailəsi dövlət tərəfindən qayğı ilə əhatə olunur: “Şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün mütəmadi addımlar atılır. Eyni zamanda, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət müxtəlif tədbirlər görür, onların adı məktəblərə, meydanlara, yollara verilir. Mən bir şəhid anası olaraq, dövlətimdən, Prezidentimiz İlham Əliyevdən çox razıyam”.
Daha sonra Daşkəsən rayon 5 saylı körpələr evi - uşaq bağçasının və Əmirvar kənd tam orta məktəbinin də açılışı olub.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxHərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

