Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistan Xalq Məsləhətinin sədri ilə görüşüb
16.07.2025 [17:24]
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyəti iyulun 16-da Milli Məclisdə olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Xalq Məsləhətinin sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov buradakı Xatirə kitabına ürək sözlərini yazıb.
Sonra geniş tərkibdə görüş keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin ölkələrimiz arasında münasibətlərin inkişafı və möhkəmlənməsi işinə xidmət edəcəyinə inamını bildirib.
S.Qafarova qeyd edib ki, xalqlarımızın ortaq tarixi, mədəni, dil, din və ailə dəyərləri, oxşarlıqları ölkələrimiz arasında münasibətlərin təməlini təşkil edir. Müstəqillik qazandıqdan sonra məhz bu möhkəm təməl üzərində ölkələrimiz arasında geniş münasibətlər qurulub.
Bildirilib ki, dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində və dərinləşdirilməsində qarşılıqlı səfərlər və ali səviyyədə görüşlər müstəsna rol oynayır.
Qeyd olunub ki, Azərbaycan və Türkmənistan bir sıra beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər. Türkmənistan tərəfinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşəbbüslərinə daimi dəstəyi yüksək qiymətləndirilir.
Azərbaycan və Türkmənistan arasında iqtisadi sahədə də tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün möhkəm təməl mövcuddur, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Bununla yanaşı, ölkələrimiz arasında humanitar əməkdaşlıq da xüsusi məna və xarakter kəsb edir.
Azərbaycan və Türkmənistan parlamentlərinin fəaliyyəti barədə danışan S.Qafarova deyib ki, qarşılıqlı səfərlər, parlament sədrlərinin və qanunvericilərin görüşləri bu əməkdaşlığa mühüm təkan verir. Parlamentlərarası əlaqələr üzrə dostluq qrupları birgə fəaliyyətləri və əməkdaşlıqları ilə parlamentlər arasında körpü rolunu oynayır.
Qeyd olunub ki, iki ölkənin parlamentarilərinin həm ikitərəfli formatda, həm də parlamentlərarası qurumlar çərçivəsində qarşılıqlı fəaliyyətinin genişləndirilməsi Azərbaycan və Türkmənistan arasında münasibətləri daha da intensivləşdirməyə kömək edəcək.
Ölkəmizə səfərindən məmnunluqla danışan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş və aparılmış müzakirələr barədə yüksək təəssüratlarını bölüşüb.
Xalqlarımızın və dövlətlərimizin türk ailəsinin üzvləri kimi dünya siyasətinə verdiyi mühüm töhfələrdən danışan qonaq COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsinə və mühüm məsələlərin müzakirəsinə görə bir daha təbriklərini çatdırıb.
O, regional məsələlər, gender məsələləri, gənclər siyasəti, iqtisadi əlaqələr, Hökumətlərarası komissiyanın fəaliyyəti, parlament diplomatiyası, parlamentlərarası dialoq və digər mövzular barəsində fikirlərini bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

