Almaniya mediası Azərbaycan ilə Ermənistan liderləri arasında Vaşinqton görüşündən yazıb
08.08.2025 [15:03]
Almaniyanın bir sıra nüfuzlu media orqanlarının saytında Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında Vaşinqtonda keçiriləcək görüşü barədə məqalələr yayımlanıb.
AZƏRTAC xəbər verir ki, “Spiegel”, “Zeit”, “Tagesschau”, “Berliner Zeitung” və digər media qurumlarında yayımlanan xəbərlərdə Prezident Donald Trampın münaqişənin həlli məqsədilə yeni təşəbbüslə çıxış etdiyi və hər iki ölkənin liderlərini Ağ Evdə keçiriləcək Sülh Sammitinə dəvət etdiyi qeyd olunub. Donald Trampın “Truth Social” platformasında etdiyi paylaşıma istinad edilərək, Vaşinqton görüşü iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm mərhələ kimi dəyərləndirilib. Bu görüşün regionda sülhə, rifaha və iqtisadi əməkdaşlığa mühüm töhfə verəcəyi qeyd olunub.
Xəbərlərdə sülh danışıqları ilə yanaşı, Birləşmiş Ştatların Ermənistan və Azərbaycan ilə iqtisadi yönümlü ikitərəfli razılaşmalar imzalamaq niyyətində olduğu da xüsusi vurğulanıb. Planlaşdırılan razılaşmalar arasında Ermənistan ərazisində dəhlizin çəkilməsi məsələsinin də diqqət mərkəzində olacağı qeyd edilib. Bu dəhlizin gələcəkdə yük və sərnişin daşımalarını təmin etmək məqsədilə dəmir yolu, neft və qaz boru kəmərləri, eləcə də optik internet xətlərini əhatə edəcəyi diqqətə çatdırılıb.
Məqalələrdə münaqişənin tarixi, eləcə də sülh danışıqları barədə məlumat verilib, martda iki ölkə arasında sülh sazişi ilə bağlı razılığın əldə olunmasının əhəmiyyətinə toxunulub, həmçinin bu ilin iyulunda Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın Abu-Dabidə keçirilmiş görüşü barədə məlumat verilib.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06

