Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ceyms Uorlik: Ermənistan və Azərbaycan liderlərinin Vaşinqtonda bir araya gəldiyini görməkdən çox məmnunam

Ceyms Uorlik: Ermənistan və Azərbaycan liderlərinin Vaşinqtonda bir araya gəldiyini görməkdən çox məmnunam

09.08.2025 [09:00]

“Mən Ermənistan və Azərbaycan liderlərinin Vaşinqtonda bir araya gəldiyini görməkdən çox məmnunam”. Bu sözləri AZƏRTAC-a açıqlamasında ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədri, “Juno Global Strategies” mərkəzinin prezidenti Ceyms Uorlik deyib. O, görüşü tarixi fürsət adlandırıb.

“Bu, prosesin mühüm başlanğıcıdır və ümid edirik ki, bu, regiona sülh və firavanlıq gətirəcək”, - deyə amerikalı ekspert bildirib.

Ceyms Uorlik, eyni zamanda, ABŞ və Azərbaycan arasında çoxillik müsbət əlaqələrin olduğunu deyib.

“Biz beynəlxalq terrorizm, İran məsələsi, enerji təhlükəsizliyi problemi və digər məsələlərdə əməkdaşlıq etmişik. Azərbaycan və Ermənistanla sülh və təhlükəsizlik məsələlərində də birgə işləmişik və mən bunu gələcəkdə də davam etdirəcəyimizi görməkdən məmnunam”, - deyə Uorlik əlavə edib.

Paylaş:
Baxılıb: 435 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30