Kənd yollarının tamamilə abadlaşdırılması davam edir
23.09.2013 [09:25]
Prezident İlham Əliyev: Kənd yollarının tikintisi sırf sosial xarakter daşıyır və biz elə etməliyik ki, növbəti illərdə bütün kənd yollarını normal vəziyyətə gətirə bilək
Son 10 ildə Azərbaycanın yol-nəqliyyat infrastrukturunda əsaslı dəyişikliklər baş verib, ölkəmizdə nəqliyyat infrastrukturunun sürətli templə yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Vətəndaşların rahatlığı və təhlükəsizliyinin təmin edilməsi, yollarda tıxacların yaranmasının qarşısının alınması, iritonnajlı yük maşınlarının şəhərə daxil olmadan rahat mənzil başına çatdırılması üçün yeni yollar, yol qovşaqları, yeraltı və yerüstü piyada keçidləri, körpülər tikilərək istifadəyə verilib. Həmçinin, Bakıda və eləcə də, bölgələrdə taksi xidmətinin yaxşılaşdırılması məqsədilə taksi parklarının yaradılması və müasirləşdirilməsi istiqamətində mühüm işlər aparılıb. Vurğulamaq lazımdır ki, Azərbaycanda yol infrastrukturu sahəsində tikinti işləri sadəcə magistral yollarını deyil, eyni zamanda, kənd və ucqar bölgələrdəki yolları da əhatə edir.
Xatırladaq ki, “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən Prezident İlham Əliyev icra edilməkdə olan ikinci Dövlət Proqramının əsas istiqamətlərindən birinin məhz infrastruktur layihələrinin həyata keçirilməsi olduğunu vurğulamışdı. Dövlət başçısı bildirmişdi ki, qarşıya qoyulan məqsədlərdən biri kənd yollarının tamamilə abadlaşdırılmasıdır və kəndlərdə yaşayan əhalinin 80 faizi 2013-cü ilin sonuna qədər gözəl yollardan istifadə edəcək. Sözügedən müşavirədə Prezident bəyan etmişdi ki, qarşıya qoyulan məqsədlərdən biri kənd yollarının tamamilə abadlaşdırılmasıdır: “Beləliklə, kəndlərdə yaşayan əhalinin 80 faizi 2013-cü ilin sonuna qədər gözəl yollardan istifadə edəcəkdir”.
Beləliklə, Prezident İlham Əliyevin Sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının təmirinə yönəldilib. Artıq bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub. İyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı bildirib ki, növbəti aylarda biz regionlarda kənd yollarının tikintisinə daha da böyük diqqət göstərəcəyik: “Bu gün bu rəqəmlər səsləndi, son illər ərzində kənd yollarının tikintisinə böyük vəsait ayrılmışdır. Kəndlərdə yaşayan yüz minlərlə insan bu vəsait hesabına yeni imkanlara malik oldu. Çünki yol həyat, inkişaf, rahatlıq deməkdir. Kənd yollarının tikintisi sırf sosial xarakter daşıyır və biz elə etməliyik ki, növbəti illərdə bütün kənd yollarını normal vəziyyətə gətirə bilək. Hesab edirəm ki, artıq götürülən bu temp əgər saxlanılarsa biz buna nail olacağıq. Bildiyiniz kimi, kənd yollarının tikintisi iki mənbədən maliyyələşir - dövlət büdcəsindən və Prezidentin ehtiyat fondundan vəsaitlər ayrılır. İlin sonuna qədər bu proses davam etdiriləcəkdir”.
Qeyd edək ki, bu proses ölkəmizin bütün regionlarında olduğu kimi, Qaxda da geniş vüsət alıb. Şəki-Qax-Zaqatala avtomobil yolu da tamamilə yenidən qurulub. Məlum olduğu kimi, avqustun 16-da dövlət başçısı yenidən qurulan Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin açılışında iştirak edib. Sözügedən avtomobil yolunun yenidən qurulması işlərinə 2010-cu ildə başlanılıb. İkizolaqlı yolun uzunluğu 35 kilometr, hərəkət hissəsinin eni 7, torpaq yatağının eni 12, asfalt-beton örtüyünün eni isə 8 metrdir. Yolun 26 kilometri Şəki rayonunun, 9 kilometri Qax rayonunun ərazisinə düşür. Başqa sözlə, Şəki-Qax avtomobil yolu respublikanın ən böyük turizm marşrutlarından biridir. Avtomobil yolu Şəki şəhərini Qax istiqamətində Kiş çayı üzərindəki körpüdən başlayaraq Qorağan-Qax-Zaqatala avtomobil yolunun 14-cü kilometri ilə birləşdirir.
Yolun keçdiyi Kürmük çayı üzərində nəhəng körpü də inşa olunub. İnşasına 2012-ci ilin yanvarında başlanılan 4 aşırımdan ibarət körpü Şəki şəhəri, Qax və Zaqatala rayonlarına avtomobillərin və piyadaların rahat və maneəsiz hərəkətini təmin edir. Körpüdə avtomobillərin hərəkət hissəsi 11,5, piyadaların hərəkət hissəsi isə 1,5 metrdir. Körpünün çay səviyyəsindən hündürlüyü 8 metrdir. Rayonun bir çox yaşayış məntəqələrini birləşdirən yolları qısaldan və rahatlaşdıran bu körpü ölkənin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, xüsusilə də dövlət başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi qayğının ardıcıl və davamlı xarakterinə daha bir sübutdur. Ümumiyyətlə, yol boyu 21 körpü var.
Bildirək ki, adıçəkilən avtomobil yolu Şəki və Qax şəhərləri arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasına, hazırda istifadə olunan 77 kilometr məsafənin 42 kilometr qısalmasına imkan verəcək. Bu yol Şəki rayonunun 28 mindən çox əhalisi olan 21 yaşayış məntəqəsini, Qax rayonunun iki mindən artıq əhalisi olan 6 məntəqəsini birləşdirir.
Müasir səviyyədə inşa olunan yeni yollardan biri də İvanovka-Hacıhətəmli-Mollaisaqlı, yenidən qurulan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz hissəsi, Şəkidə Aşağı Küngüt-Aydınbulaq avtomobil yoludur. Ötən ay dövlət başçısı hər üç avtomobil yolunun, eləcə də, İsmayıllı şəhərində istifadəyə verilən yeni avtovağzalın açılışında iştirak edib.
Qeyd edək ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir və respublikanın ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. Avtomobil yolu respublikamızın şimal-qərb rayonları ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması, həmçinin, iqtisadiyyatın və turizmin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Uzunluğu 42 kilometr olan yolun 20 kilometri Qəbələ rayonunun, 22 kilometri isə Oğuz rayonunun ərazisinə düşür. Tikintisinə 2012-ci ilin may ayında başlanan Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ-Oğuz hissəsi 5 yaşayış məntəqəsini - Zarağan, Kiçik Pirəli, Mirzəbəyli, Zərgərli kəndlərini və Nic qəsəbəsini əhatə edir.
İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu isə 6 min nəfərin yaşadığı 7 məntəqəni birləşdirir. Bu yolun tikintisi üçün dövlət başçısının 2012-ci il 16 mart tarixli Sərəncamına əsasən Prezidentin ehtiyat fondundan ilkin olaraq üç milyon manat vəsait ayrılıb. Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli sərəncamı ilə yolun tikintisi üçün əlavə olaraq 5,5 milyon manat vəsait ayrılıb. Bu layihənin ümumi dəyəri 8 milyon 526 min manatdır. Layihəyə əsasən, 29,5 kilometr uzunluğunda yol çəkilib, 18 yerdə beton suötürücülər tikilib, yolboyu yol-hərəkət nişanları quraşdırılıb. Yolun başlanğıcında üç dayanacaq əsaslı təmir edilib, kəndlərdə 10 yeni dayanacaq tikilib. Yolun İvanovka kəndindən keçən hissəsində piyadaların təhlükəsiz hərəkəti üçün səkilər salınıb. Bu yolun istifadəyə verilməsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkət etməsinə geniş imkanlar yaratmaqla yanaşı, həm də sərnişinlərin təhlükəsizliyi baxımından olduqca önəmlidir.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı tədbirləri çərçivəsində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2003-2010-cu illərdə regionlarda 1500 kilometrə yaxın magistral yollar çəkilib və ya əsaslı təmir edilib, 800 kilometr respublika əhəmiyyətli, 2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri aparılıb (Quba-İspik-Xınalıq, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Gəncə-Qazax, Hacıqabul-Kürdəmir, Biləsuvar-İran İslam Respublikasının dövlət sərhədi avtomobil yolları yenidən qurularaq istismara verilib). 2011-ci ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Ağcabədi-Qaradolaq-Kəbirli avtomobil yolu (24,5 kilometrlik hissəsi), İmişli-Qaravəlili-Mirili avtomobil yolu (12 kilometr), Araz çayının yeni qolunun üzərində körpü (230 metr), Qəbələ rayonunda Beynəlxalq Aeroport, Quba-Qəçrəş-Qımılqazma avtomobil yolu (22 kilometr), Astara-Bala Şahağac avtomobil yolu (19 kilometrlik hissəsi), Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolu (53 kilometr), Qazax-Gürcüstan Dövlət Sərhədi avtomobil yolu (36 kilometr), Kürdəmir-Ucar magistral avtomobil yolunun 42 kilometrlik hissəsi, Ağdaş-Ləki avtomobil yolu (12 kilometr) yenidən qurularaq istismara verilib.
2008-2013-cü illər ərzində 3860 kilometr, o cümlədən 1240 kilometr respublika əhəmiyyətli, 2620 kilometr rayonlararası və kəndlərarası yollar tikilib və təmir olunub, avtomobil yollarında 158 körpü inşa edilib. Bu dövr ərzində nəqliyyat-yol kompleksinə yönəldilən investisiyaların həcmi 923 milyon manat təşkil edib.
Cari ilin 6 ayında isə Gəncə, Daşkəsən və Horadiz avtovağzallarının tikintisi davam etdirilib. Bütövlükdə, ölkədə ötən 6 ay ərzində 430 kilometr respublika və yerli əhəmiyyətli yollar təmir olunub, 6 körpü inşa və təmir edilib. Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, Ağstafa-Poylu avtomobil yollarının yenidən qurulması, Qəbələ-Oğuz, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri, həmçinin, Cəlilabad-Yardımlı, İsmayıllı-Lahıc, Qusar-Ənik-Ləzə, Xocasən-Lökbatan, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yollarında yenidənqurma və əsaslı təmir işləri aparılıb.
Beynəlxalq kreditlər hesabına Yenikənd-Salyan, Salyan-Şorsulu və Kür çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı-Yevlax, Tağıyev-Sahil, Hacıqabul-Bəhramtəpə avtomobil yollarının yenidən qurulması, Hacıqabul-Kürdəmir, Kürdəmir-Yevlax, Yevlax-Gəncə və Bakı-Şamaxı avtomobil yollarının 4 zolağadək genişləndirilməsi işləri davam etdirilib.
Bakı şəhərində Buzovna-Mərdəkan-Qala avtomobil yolunun Buzovna-Mərdəkan hissəsi istismara verilib, Bilgəh-Pirşağı-Novxanı-Sumqayıt yeni avtomobil yolunun tikintisi, Ziya Bünyadov prospektinin əsaslı təmiri və prospekt boyu 4 yerdə, Qələbə meydanında və Heydər Əliyev prospektində yol qovşaqlarının və 6 piyada keçidinin tikintisi həyata keçirilib. Həmçinin, Həsən Əliyev küçəsindən Olimpiya stadionuna qədər yeni avtomobil yolunun layihələndirilməsinə və tikintisinə başlanılıb.
Bununla yanaşı, hazırda Kürdəmir-Yevlax avtomobil yolunun 4 hərəkətli zolağa genişləndirilməsi layihəsi həyata keçirilir. Bununla əlaqədar olaraq, ərazi boyu kommunikasiyaların köçürülməsi, suötürücü qurğuların, yeraltı keçidlərin, körpülərin tikintisi ilə yanaşı, asfalt örtüyünün salınması və torpaq işləri davam etdirilir. Qeyd edək ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun tərkib hissəsi olan bu layihənin məqsədi nəqliyyatın sürətli və təhlükəsiz hərəkətini təmin etməkdir. Yolun yenidən qurulan hissəsinin ümumi uzunluğu 88 kilometrdir. Layihə üzrə Kürdəmir-Ucar, Ucar-Yevlax avtomobil yollarına paralel yeni əlavə iki hərəkət zolağının inşası nəzərdə tutulub.
Beləliklə, ölkədə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi bu sahəyə investisiyaların qoyuluşunun, ticarət potensialının artmasına, beynəlxalq nüfuzunun yüksəlməsinə, yeni iş yerlərinin açılmasına, Bakı şəhərində avtomobil sıxlığının əhəmiyyətli dərəcə qarşısının alınmasına, ekoloji vəziyyətin stabilləşməsinə, eləcə də, turizmin inkişafına şərait yaradacaq.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16

