Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiyanın izahı olmayan davranışları

Rusiyanın izahı olmayan davranışları

29.08.2025 [11:13]

İlham Əliyev: Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik

Son vaxtlaradək Azərbaycanla Rusiya arasında münasibətlər yüksələn xətlə inkişaf edirdi. İki ölkə arasında siyasi dialoq yüksək dinamizmi ilə fərqlənirdi. Eyni coğrafiyanı bölüşən iki ölkə bir sıra regional məsələlərdə oxşar mövqelərdən çıxış etməklə fəaliyyətlərini uzlaşdırırdılar. Həmçinin ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi ilbəil artırdı, regionlar arasında yaxşı əlaqələr qurulmuşdu, mədəni-humanitar sahədə əməkdaşlıq məmnunluq doğururdu. Tərəflər 2022-ci il 22 fevral tarixində  imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalamaqla möhkəm zəmin üzərində formalaşmış münasibətləri konkret istiqamətlər üzrə daha da dəriləşdirmək niyyətlərini bildirmişdilər.

Azərbaycan bu bəyannaməyə sadiqlik nümayiş etdirir. Ancaq son bir neçə ayda qarşı tərəfin adekvat olmayan davranışları müttəfiqlik münasibətləri ilə kəskin ziddiyyət təşkil edir. Bu ölkədə Azərbaycanafob dairələrin fəallaşmasına imkan tanınması, mətbuat vasitəsilə bunun açıq-aşkar təşviq edilməsi dərin təəssüf doğurur.

Rusiya səmasında Azərbaycan təyyarəsinin vurulması faciəvi səhv idi

Görüntü olaraq Rusiya - Azərbaycan münasibətlərində çatların yaranması 2024-cü il dekabrın 25-də Rusiya səmasında Azərbaycanın mülki təyyarəsinin vurlmasından sonra başlayıb. Çoxlu sayda insan tələfatı ilə nəticələnən bu hadisə sadəcə bir qəza deyildi - artıq sübut olunub ki, hava gəmisi yerdən açılan atəşlə vurulub. Prezident İlham Əliyev bu günlərdə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulmasının və Rusiya rəsmilərinin buna reaksiyasının ölkəmizdə çox böyük məyusluq və təəssüf doğurduğuna xüsusi diqqət çəkib.

Burada suallar doğuran məqamlar isə lap əvvədən Rusiyanın nümayiş etdirdiyi yanaşma ilə bağlıdır. Heç bir ölkə, heç bir şirkət təyyarə qəzasından sığortalanmayıb. Ancaq məsələ bursındadır ki, Azərbaycanla müttəfiqlik münasibətlərinə dair bəyannamə imzalayan Rusiyanın ayrı-ayrı qurumları və bəzi məsul şəxsləri Qroznı yaxınlığında baş verən hadisənin səbəblərini məqsədli şəkildə gizlətməyə çalışıblar. İlk saatlarda sərnişin təyyarəsinin quş dəstəsinə çırpıldığı versiyası gündəmə gətirilib, sonra laynerdə guya qaz balonunun partlamasından bəhs edilib. Ancaq sosial şəbəkələrdə yayılan foto və video materiallar bu kimi versiyaların həqiqətə uyğun olmadığını təsdiqlədi. Xüsusilə də yaxınlıqdakı hava limanlarından birinə eniş edilməsinə icazə verilməməsi, təyyarənin dəniz üzərindən uzaq Aktau hava limanına istiqamətləndirilməsi ortada gizli məqamlar olduğuna şübhə yeri qoymur. Gəlinən qənaət odur ki, irəli sürülən versiyalar sadəcə iz azdırmaq məqsədi daşıyıb. Həmçinin Rusiya tərəfinin dövlət başçısı səviyyəsində üzürxahlığını hadisənin üstündən üç gün ötəndən sonra  bildirməsi də birmənalı qarşılana bilməz. Təbii ki, Azərbaycan iz azdırmaq üçün irəli sürülən bütün saxta versiyaları rədd edib. Dövlətimiz, Prezidentimiz bu dəfə də öz vətəndaşlarının yanında olmaq nümunəsi sərgiləyib. Hadisədən dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə Aktau şəhərinə respublikamızın müvafiq qurumlarının təmsilçilərindən ibarət heyət göndərilib. Onlar hər şeyi lentə alıblar. Araşdırmalar nəticəsində məlum olub ki, təyyarəmizə Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən iki dəfə atəş açılıb, laynerin gövdəsində qəlpə dəlikləri açıq-aydın görünür. Həmçinin sağ qalan iki sərnişin məhz qəlpələrdən yaralanıb. Onlar baş verənləri danışıblar. Dövlətimizin başçısının vurğuladığı kimi, ilk növbədə, təyyarənin vurulması baş verməməli idi və bu, faciəvi bir səhv idi. Rusiya hava limanlarına dron hücumları baş verəndə onlar xüsusi rejim elan edirlər. Bu rejim “xalça”, rus dilində “kavyor” adlanır. Dron hücumu olanda bütün təyyarələrə xəbərdarlıq göndərilir və onlar geri qayıdırlar. Bu dəfə “Qroznı şəhərində “kavyor əməliyyatı”  təyyarə yerdən vurulandan sonra elan edilib. Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi, hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi. Xatırladaq ki, “Embraer 190” tipli sərnişin təyyarəsi vurulmazdan təxminən iki həftə əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi. Məlumat alan AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. Bəs nə üçün bu dəfə təyyarənin ekipajına əvvəlcədən xəbərdarlıq edilməyib? Nə üçün Qroznı səmasında “kovyor əməliyyatı” barədə siqnal yalnız təyyarəmiz vurulandan sonra verilib? Suallar çoxdur və Rusiya tərəfi bu suallara aydınlıq gətirməlidir.  Onu da qeyd edək ki, yalnız pilotların peşəkarlığı və cəsarəti təyyarəni yerə endirməyə imkan verib. Yaxşı haldır ki,  təyyarə Rusiyada deyil, Qazaxıstanda eniş edib. Əks halda, təyyarənin vurulması tamamilə müəmmaya çevriləcəkdi.

Müsahibəsində Prezident İlham Əliyev Azərbaycanın və Rusiyanın siyasi rəhbərliyinin oxşar hadisələrə münasibətinə diqqət çəkmək üçün  İkinci Qarabağ müharibəsindən bir misal gətirib. Müharibənin sonuncu günündə - noyabr ayının 9-da Azərbaycan öz sərhədinə yaxınlaşan rus helikopterini təsadüfən vurub. Əslinə qaldıqda həmin helikopter qeyd edilən ərazidə olmamalı idi.  Çünki otuz il ərzində rus helikopterləri Ermənistan ərazisindən Azərbaycan sərhədinə heç vaxt yaxınlaşmamışdı. Helikopter Ermənistandan uçaraq sərhədimizə  gəlirdi. Sərhədlərimizə yaxınlaşan düşmən helikopteri bizim hərbiçilərimiz üçün qanuni hədəf idi və onlar öz məsuliyyətləri çərçivəsində davranaraq helikopteri vurublar. Azərbaycanın siyasi rəhbərliyinin Rusiya helikopterinin səhvən vurlmmasına yanaşması kifayət qədər həssas oldu. Belə ki, həmin gün Prezident İlham Əliyev Rusiyanın dövlət başçısına telefon açaraq  dərhal üzrxahlığını bildirib. Həlak olan pilotların ailələrinə və Rusiyanın Müdafiə Nazirliyinə təzminat ödənilməsi də yubadılmadı. Eyni zamanda, istintaq aparılaraq faciəli səhvə yol verənlər məsuliyyətə cəlb olundular. Oxşar hadisə ötən ilin dekabr ayında Rusiya səmasında baş verdikdə qarşı tərəfi dostlüq, qonşuluq münasibətlərinə uyğun gəlməyən davranışlar sərgiləməsi isə olduqca təəccüblüdür. “Bu vaxtadək onlar nəyin baş verdiyini demirlər. Beləliklə, bu, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdə ciddi məsələdir, lakin biz əlaqələri gərginləşdirmək istəmirdik. Bəli, bu, xalqımızı məyus edib, qəzəbləndirib və qəmginliyə salıb. Biz gözləyirik, gec və ya tez istintaq başa çatacaq”, - deyə Prezidet İlham Əliyev vurğulayıb.

Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar

Təyyarə olayından sonra ikitərəfli müasibətlərdə çatları dərinləşdirən digər hadisələrə start verildi. Rusiyanın ayrı-ayrı yaşayış məntəqəlıərində, o cümədən də  Yekaterinburq və digər şəhərlərində azərbaycanlılara qarşı qərəzli, insan hüquqlarına zidd repressiyaya dalğası başlayıb.  Azərbaycanlı iş adamlarının ofisləri, ticarət obyektləri heç bir izahat verilmədən bağlanır, onlar hüquq-mühafizə orqanlarının əməkdaşları təfindən təhqirlərə məruz qalırlar, həbsə alınırlar, hətta iki soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilib. Paralel şəkildə, Rusiya mətbuatı respublikamızla bağlı yalanlar tirajlayır. Qaralama kampaniyası hətta bir sıra ictimai dairələri də əhatə edib. Təəssüf doğuran haldır ki, ayrı-ayrı deputatlar və digər tanınmış similar da bədnam xora qoşulublar.

Eyni zamanda, Rusiya ordusunun Azərbaycanın Ukraynadakı enerji infrastrukturunu hədəfə alması çox şeydən xəbər verir. Bu, ölkəmizə qarşı qərəzçiliyin, münasibətləri korlamaq niyyətinin açıq-aydın təsdiqidir. Baş verənləri “misli görünməmiş hərəkət” kimi səciyyələndirən Prezident İlham Əliyev ölkəmizi qətiyyətli mövqeyini bir daha diqqətə çatdıraraq vurğulayıb: “Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik”.

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 182 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Ədəbiyyat

Şənbə üçün nəzm

13 Sentyabr 08:28  

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

İqtisadiyyat

TransXəzər reallaşır

12 Sentyabr 11:15

Sosial

Analitik

Ədəbiyyat

MÜƏLLİMLƏR UNUDULMUR

12 Sentyabr 09:14  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30