Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələri inkişaf edir
16.10.2025 [10:38]
Dekabrda iki ölkə arasında siyasi məsləhətləşmələr aparılacaq
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əlaqələr qarşılıqlı hörmət və sıx dostluq münasibətləri əsasında inkişaf etməkdədir. İki ölkə arasında münasibətlər güclü siyasi zəmin üzərində davam edir və qarşılıqlı inam və etimadın, iradənin olması əlaqələri bütün sahələrdə irəliyə aparmaqdadır. İki ölkənin dövlət başçılarının, hökumət üzvlərinin, iqtisadi qurumları və biznes nümayəndələrinin birgə səfərlərinin intensiv xarakter alması və aparılan faydalı müzakirələr ticarət, iqtisadiyyat, enerji, ətraf mühit kimi sahələrdə əməkdaşlıq üçün yeni qapılar açmaqdadır.
Səfir: Siyasi dialoq hər il keçirilir
Yeri gəlmişkən, Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam ben Saleh əl-Cuteyli mediaya açıqlamasında bildirib ki, bu ilin dekabrında Bakıda Azərbaycan və Səudiyyə Ərəbistanı Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçiriləcək. “Siyasi məsləhətləşmələr hər il keçirilir. Sonuncu dəfə məsləhətləşmələr Ər-Riyadda (2024-cü ilin dekabrında - red.) keçirilib, növbəti görüşün isə bu ilin dekabrında Bakıda baş tutacağı gözlənilir”, - deyə diplomat söyləyib. Səfir, nazir və daha yüksək səviyyələrdə mütəmadi olaraq qarşılıqlı səfərlərin təşkilini məmnunluqla qeyd edib: “İki ölkə arasında qarşılıqlı səfərlər məsələsində çox sıx koordinasiya var ki, bu da iki qardaş dövlətin əlaqələrinin möhkəmliyinin əyani sübutudur”.
O, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbəri Orxan Məmmədovun həmsədri olduğu Azərbaycan - Səudiyyə Ərəbistanı Birgə Biznes Şurasının işini yüksək qiymətləndirib: “Biznes Şurasının görüşləri hər il keçirilir, sonuncu görüş Azərbaycanda baş tutub. Səudiyyə Ərəbistanı geniş nümayəndə heyəti göndərib ki, bu da məni şəxsən sevindirir. Əsas məqsəd ticarət sahəsində əməkdaşlığı möhkəmləndirməkdir”.
Mülki müdafiə sahəsində memorandum imzalanacaq
Bundan əlavə, Azərbaycan və Səudiyyə Ərəbistanı mülki müdafiə sahəsində yeni memorandum imzalamağa hazırlaşır. Səfirin sözlərinə görə, sənəd Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi arasında imzalanacaq: “Biz artıq memorandumun yekun variantını əldə etmişik”. Diplomat onu da xatırladıb ki, ölkələr artıq müxtəlif sahələrdə bir neçə anlaşma memorandumu imzalayıb və yeni razılaşmalar üçün hazırlıqları davam etdirir. Səfir bir sıra sahələrdə, o cümlədən hərbi, təhlükəsizlik, təhsil, ticarət, investisiya və mədəniyyət sahələrində sıx əməkdaşlıq və koordinasiyanın olduğunu xüsusilə vurğulayıb.
Təbii ki, iki ölkə arasında genişmiqyaslı əlaqələrin qurulması təsadüfi deyil. Azərbaycan xarici siyasətində Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətlər xüsusi yer tutur. Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığını qarşılıqlı hörmət və özünəməxsus qardaşlıq münasibətləri birləşdirir. Hər iki ölkəni birləşdirən ümumi İslam mirası və maraqlarımıza xidmət edən hərtərəfli əməkdaşlıq və onlar arasında tam bir koordinasiyanın olması önəmlidir. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətləri uzun illərin səmərəli əməkdaşlığına əsaslanır. Bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də dini-mədəni təməllər üzərində qurulub.
Səudiyyə Ərəbistanı hər zaman beynəlxalq müstəvidə ölkəmizi dəstəkləyib
Liderlərin siyasi iradəsi əsasında ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində çox səmərəli şəkildə əməkdaşlıq edirlər. Səudiyyə Ərəbistanının hər zaman beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstək və ədalətli mövqeyi rəsmi Bakı tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı illərində Səudiyyə Ərəbistanı ölkəmizə davamlı olaraq siyasi dəstək göstərib. Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdı və bu, Azərbaycan xalqına, dövlətinə göstərilmiş böyük dəstək idi.
2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Bu, yalnız infrastruktur deyil, yeni iqtisadi model, yaşıl enerji və innovasiya əsaslı yanaşmaların tətbiqi ilə müşayiət olunur. Bu kontekstdə Səudiyyə Ərəbistanı şirkətlərinin, xüsusilə də ACWA Power şirkətinin Azərbaycanın yaşıl enerji sektorundakı fəaliyyəti yüksək qiymətləndirilir. O cümlədən, sözügedən şirkət tərəfindən həyata keçirilən “Xızı-Abşeron” külək elektrik stansiyası layihəsi Azərbaycan tarixində ilk böyükmiqyaslı xarici investisiya ilə həyata keçirilən bərpa olunan enerji layihəsi kimi olduqca dəyərlidir. Bu stansiya 240 MVt gücə malikdir, ildə 300 minə yaxın ev təsərrüfatını təmin edəcək, 400 min ton karbon emissiyasını azaldacaq və 220 milyon kubmetr təbii qazın istifadəsinin qarşısını alacaq. Bu, enerji təhlükəsizliyi ilə yanaşı, ətraf mühitin qorunmasına da ciddi töhfə verir.
Eyni zamanda, ötən ilin noyabrında ölkəmizdə keçirilmiş COP29 çərçivəsində imzalanan sənədlər sırasında “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi arasında Enerji Əməkdaşlığı üzrə Yol Xəritəsi” və “Səudiyyə Elektrik Şirkəti (SEC) ilə “Azərenerji” ASC arasında elektrik enerjisi sahəsində bilik və təcrübə mübadiləsi üzrə Anlaşma Memorandumu” da vurğulanmalıdır.
Bütün bunların fonunda bu ilin dekabr ayında siyasi məsləhətləşmələrin aparılması və mülki müdafiə sahəsində yeni memorandumun imzalanmasının nəzərdə tutulması ölkələrimiz arasında sıx dostluq münasibətlərinin və genişlənən əməkdaşlığın göstəricisidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

