Azərbaycan–Qazaxıstan strateji müttəfiqliyi: Türk dünyasında yeni geosiyasi reallıqlar
23.10.2025 [15:40]
Bir dövləti güclü edən başlıca amillərdən biri onun yalnız iqtisadi və hərbi potensialı deyil, həm də etibarlı müttəfiqlərə və səmimi dostlara malik olmasıdır. Bu baxımdan, Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və sistemli xarici siyasət xətti Azərbaycanı beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanıtmış, ölkəmizə çoxsaylı dost dövlətlər qazandırmışdır. Eyni zamanda, tarixən yaxın olduğumuz dövlətlərlə əlaqələrimiz yeni mərhələyə yüksəldilmiş, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişləndirilmişdir.
Prezident İlham Əliyev xarici siyasətdə “Bizim ailəmiz Türk dünyasıdır” strateji prinsipini rəhbər tutaraq Türk Dövlətləri ilə qardaşlıq münasibətlərini daha da möhkəmləndirmiş, Türk Dövlətləri Təşkilatına xüsusi önəm vermişdir. Bu təşkilat çərçivəsində aparılan birgə təşəbbüslər regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına mühüm töhfə verir.
Azərbaycanın dostluq və qardaşlıq münasibətləri qurduğu mühüm dövlətlərdən biri də Qazaxıstandır. Xalqlarımızı ortaq tarixi köklər, milli-mənəvi dəyərlər və türklük ideyası birləşdirir. İki ölkə arasındakı əlaqələr təkcə siyasi səviyyədə deyil, həm də iqtisadi, enerji, nəqliyyat-logistika və mədəni sahələrdə ardıcıl şəkildə dərinləşir. Xəzər hövzəsində strateji əməkdaşlıq, transregional nəqliyyat layihələri, Türk dünyasının vahid güc mərkəzinə çevrilməsi yolunda Azərbaycan-Qazaxıstan tərəfdaşlığı xüsusi əhəmiyyət kəsb edir.
Cari ilin 20 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına növbəti dövlət səfərini etmişdir. Səfər çərçivəsində dövlət başçımız “Orta Dəhlizin inkişafı” – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə birgə layihənin təqdimatında, eləcə də Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında iştirak etmişdir. Bu görüşlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirmişdir.
Səfər zamanı dövlətlərimiz arasında hüquqi baza daha da genişləndirildi və əməkdaşlığın çoxşaxəli istiqamətlərini əhatə edən mühüm sənədlər imzalandı. Bunlara “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” və digər qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə xidmət edən sənədlər daxildir.
Daha sonra dövlət başçımız mətbuata bəyanatla çıxış etdi. 2025-ci il oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata bəyanatı və Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışı iki ölkə arasında mövcud strateji tərəfdaşlığın həcmini və perspektivlərini bir daha nümayiş etdirdi. Bu görüş, regional güc balansının dəyişdiyi, yeni nəqliyyat və təhlükəsizlik çağırışlarının aktuallaşdığı bir dövrdə Azərbaycan–Qazaxıstan münasibətlərinin mühüm mərhələyə qədəm qoyduğunu təsdiq etdi.
Prezident İlham Əliyevin çıxışında Qazaxıstanda son illərdə müşahidə olunan modernləşmə və transformasiya prosesləri xüsusi vurğulandı. Prezident Kasım-Jomart Tokayevin liderliyində həyata keçirilən iqtisadi və texnoloji islahatlar ölkənin rəqabət qabiliyyətini artıraraq yeni inkişaf mərhələsinə keçidi təmin edir. Süni intellekt və müasir texnologiyaların tətbiqi isə Qazaxıstanı Mərkəzi Asiyada innovasiyaların liderinə çevirir.
Bu faktorlar Qazaxıstanın regionda çəkisinin artmasına və onun Azərbaycan üçün iqtisadi və geosiyasi baxımdan daha da strateji tərəfdaş olmasına zəmin yaradır.
Prezident İlham Əliyev vurğuladı ki, Qazaxıstan bu gün beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi tanınır. Ən önəmlisi isə, Qazaxıstan Azərbaycan üçün çətin dövrlərdə ardıcıl və prinsipial dəstək göstərmiş ölkələrdən biridir. İşğal dövründə bütün beynəlxalq platformalarda Azərbaycanın mövqeyinə verilən dəstək qardaşlıq münasibətlərinin praktiki təsdiqi olmuşdur.
Hazırda dövlətlərimiz eyni hədəflər uğrunda – beynəlxalq hüquq, ədalət prinsiplərinin möhkəmləndirilməsi və regionda sabitliyin təmin olunması istiqamətində çıxış edir.
Vaşinqtonda 8 avqust tarixli sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni səhifə açdı. Qazaxıstanın bu prosesə ilk dəstək verən dövlətlərdən olması qardaş dəstəyinin davamlılığını bir daha ortaya qoydu.
Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması və ilk yükün Qazaxıstanın taxıl məhsulu olması sülhün nəzəri deyil, praktik reallığa çevrildiyinin göstəricisidir.
Prezident İlham Əliyev çıxışında xalqlarımızı birləşdirən ortaq tarixi, mənəvi və mədəni dəyərlərin əməkdaşlığın əsasını təşkil etdiyini xüsusi qeyd etdi. Son üç il ərzində qarşılıqlı səfərlərin intensivliyi əlaqələrin sürətlə inkişaf etdiyini nümayiş etdirir.
Bu gün iki ölkə yalnız siyasi sahədə deyil, enerji, nəqliyyat, rəqəmsal transformasiya, humanitar mübadilələr və müdafiə sənayesi kimi geniş istiqamətlərdə strateji hədəflərini uyğunlaşdırır. Ali Dövlətlərarası Şura mexanizmi isə bu inkişafı sistemli şəkildə idarə etməyə imkan yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bildirdi ki, geniş Avrasiya regionu üzrə həyata keçirilən layihələr nəticəsində Cənubi Qafqaz və Mərkəzi Asiya arasında sıx inteqrasiya sürətlə dərinləşir. Cənab Prezident vurğuladı ki, bu layihələr regionları bir-birinə daha güclü bağlayır və onları bir çox hallarda vahid geostrateji məkan kimi çıxış etməyə imkan verir. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan və Qazaxıstan arasında keçirilən Hökumətlərarası Komissiyanın və Ali Dövlətlərarası Şuranın toplantılarında əldə olunan razılaşmalar ölkələrimizin və xalqlarımızın rifahına xidmət edir, həm də bölgədə sülh, təhlükəsizlik və inkişaf üçün mühüm geosiyasi əhəmiyyət daşıyır.Yeni nəqliyyat marşrutlarının açılması bu əməkdaşlığın dinamik inkişafını tələb edir və bu proses dövlət başçılarının birbaşa diqqət mərkəzindədir.
Dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyətini xüsusi vurğuladı. Həm BMT, həm İslam Əməkdaşlıq Təşkilatı, həm də digər platformalarda Azərbaycan və Qazaxıstan ənənəvi olaraq bir-birinə arxa duran dövlətlərdir. Prezident qeyd etdi ki, türk dövlətləri arasında siyasi həmrəyliyin mühüm göstəricisi olan bu əməkdaşlıq gələn il Bakıda keçiriləcək iki böyük beynəlxalq tədbir – İƏT Sammiti və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammiti zamanı da öz təsdiqini tapacaq. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu tədbirlərdə fəxri qonaq kimi iştirak edəcək və bu, iki ölkə arasında qardaşlığın növbəti rəmzi olacaq.
Prezident İlham Əliyev Qarabağın bərpasında Qazaxıstanın göstərdiyi dəstəyə görə təşəkkürünü çatdırdı. O qeyd etdi ki, azad edilmiş torpaqlarımızda həyata keçirilən yenidənqurma işlərində Qazaxıstanın iştirakı xalqlarımız arasında qardaşlıq bağlarının nə qədər sarsılmaz olduğunu bir daha nümayiş etdirir. Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası Qazaxıstanın səmimi dəstəyinin parlaq təzahürüdür və bu mərkəzdən keçən hər bir insan qardaş dövlətin köməyinə şahid olur. Qazaxıstanın bu humanitar dəstəyi “Böyük Qayıdış”ın həyata keçirildiyi indiki dövrdə xüsusilə əhəmiyyətlidir.
Çıxışında nəqliyyat-kommunikasiya əməkdaşlıq mövzusuna da toxunan Prezident İlham Əliyev vurğuladı ki, Zəngəzur dəhlizi layihəsi Orta Dəhlizin yeni strateji xətt kimi formalaşmasına böyük potensial verəcək. Azərbaycan ərazisində işlərin qısa müddət ərzində başa çatdırılması planlaşdırılır və digər ölkələrdə də paralel şəkildə fəaliyyət aparılacağı təqdirdə dəhliz 2028-ci ilin sonuna qədər tam istifadəyə verilə bilər. TRIPP layihəsinin gerçəkləşməsi ilə Asiya və Avropa arasında yükdaşımaların həcmi daha da artacaq, regionun nəqliyyat-logistika imkanları yeni mərhələyə qədəm qoyacaq.
Humanitar əməkdaşlıq mövzusuna toxunan İlham Əliyev bildirdi ki, son illərdə Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günləri və Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin təşkili xalqlarımız arasında mədəni bağların möhkəmlənməsinə böyük töhfə verib. Gələcəkdə bu kimi tədbirlərin həm paytaxtlarda, həm də regionlarda mütəmadi keçirilməsi üçün mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətin yol xəritəsi hazırlanmalıdır.
Energetika sahəsində əməkdaşlığın önəmini qeyd edən Prezident İlham Əliyev dedi ki, həm ənənəvi enerji resursları, həm də bərpaolunan enerji mənbələri üzrə Azərbaycan və Qazaxıstan böyük potensiala malikdir. Dövlət başçısı xatırlatdı ki, keçən ilin noyabrında Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi barədə üçtərəfli mühüm müqavilə imzalanıb və bu layihə regionun enerji təhlükəsizliyini gücləndirəcək.
Dövlət başçımız nitqinin sonunda bir daha vurğuladı ki, Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq və müttəfiqlik əlaqələri strateji mahiyyət daşıyır. O dedi ki, bu əməkdaşlıq yalnız iki qardaş dövlətin deyil, bütövlükdə Türk dünyasının və Avrasiya regionunun daha güclü gələcəyi üçün möhkəm təməl yaradır.
Prezident İlham Əliyevin Astanadakı çıxışı bir daha göstərdi ki, Azərbaycan–Qazaxıstan münasibətləri yalnız dostluq və qardaşlıq bağları üzərində qurulmayıb, həm də ortaq gələcəyə hesablanmış strateji hədəflərlə möhkəmlənib. İki ölkə regional dayanıqlığın təmin olunması, nəqliyyat-logistika şəbəkələrinin inkişafı, enerji təhlükəsizliyinin gücləndirilməsi və humanitar əlaqələrin genişləndirilməsi istiqamətində eyni mövqedən çıxış edir.
Bu əməkdaşlıq təkcə Bakı və Astananın deyil, bütün Türk dünyasının və geniş Avrasiya məkanının rifahına xidmət edir. Qarabağın bərpasında Qazaxıstanın göstərdiyi dəstək, Orta və Zəngəzur dəhlizlərinin reallaşdırılması perspektivləri, eləcə də qarşılıqlı siyasi etimad iki ölkə münasibətlərinin gələcək illərdə daha da yüksələcəyinin bariz göstəricisidir.
Ziyafət ƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini
Xəbər lenti
Hamısına baxİdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44
İqtisadiyyat
07 Noyabr 14:43

