Azərbaycanın dünyada artan nüfuzu...
29.10.2025 [11:45]
Beynəlxalq müstəvidə etiraf olunur
Hazırda beynəlxalq münasibətlər sistemində çox ciddi geostrateji dəyişikliklər baş verir. Məhz bu dəyişikliklər və digər proseslərin fonunda yeni çağırışlar meydana gəlir. Belə bir geostrateji şəraitdə milli dövlətlərin qlobal sistemdə yeri və rolu məhz həyata keçirilən müstəqil siyasətdən də asılıdır. Bu kontekstdə Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın yaratdığı mənzərə unikal, mütərəqqi nümunə kimi çıxış edir.
Regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Digər tərəfdən, milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda yeni mənzərə yaranıb. Bu, dövlətimizin yaratdığı yeni reallıqlardan ibarətdir. Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycanın nəinki regionda, bütövlükdə, beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Bu amil dövlətimizin beynəlxalq təşkilatlarda təmsilçiliyində də mühüm rol oynayır. Azərbaycan hazırda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıq platformasının mərkəzi oyunçusu rolunu oynayır. Məhz bunun nəticəsində də dünyada Azərbaycanın dostları artmaqdadır. Bir çox ölkələr Azərbaycanı dost və etibarlı tərəfdaş hesab edir. Ölkəmizin nüfuzu müxtəlif ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə də xüsusi vurğulanır. Bugünlərdə Vyana Diplomatiya Akademiyasında “Beynəlxalq sülh və təhlükəsizlikdə neytral və bloklara qoşulmayan dövlətlərin rolu” mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirilən fikirlər buna nümunədir.
Qeyd edək ki, Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center), Müharibə nəticələrinin araşdırılması üzrə Lüdviq Boltsmann İnstitutu və Vyana Diplomatiya Akademiyasının birgə təşkil etdiyi konfransda neytral və bloklara qoşulmayan dövlətlərin, xüsusilə də Azərbaycan və Avstriyanın siyasəti, onların təhlükəsizlik təminatçısı kimi rolu və sülhə, sabitliyə, həmçinin mövcud və yeni yaranan transmilli çağırışların həllinə verdikləri töhfələri müzakirə olunub.
Vyana Diplomatiya Akademiyasının direktor müavini Martina Şubert və Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli konfransa açılış nitqi ilə çıxış ediblər. R. Sadıqbəyli bildirib ki, hazırda Avropada və dünyada müşahidə olunan təhlükəsizlik böhranı - beynəlxalq hüququn əsas prinsiplərinin pozulması, etimadın və inamın aşınması, siyasi-hərbi bloklar arasında dərinləşən uçurumlar, eləcə də qlobal dinamikaların və ittifaqların dəyişməsi dünyanın gələcək təhlükəsizlik və sabitlik mənzərəsinə dair qeyri-müəyyənliyi artırır. Bu dəyişkən təhlükəsizlik mühiti, həmçinin neytral və bloklara qoşulmayan dövlətlər üçün çətinliklər yaradır. Çünki onlar təhlükəsizliklərini siyasi-hərbi bloklara üzvlük vasitəsilə təmin edə bilmirlər və bu bloklardan təhlükəsizlik zəmanətlərinə ehtiyac duyurlar.
Diqqətə çatdırılıb ki, bu il Azərbaycanın Konstitusiyasının qəbulunun 30 illiyi və Avstriyanın əbədi neytrallığının elan olunduğu Dövlət Müqaviləsinin 70 illiyi qeyd edilir. Avstriya 1955-ci ildə neytrallığını elan edərək, hərbi ittifaqlara qoşulmamaq qərarı verib. Azərbaycan isə 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra heç bir siyasi-hərbi bloka qoşulmadan bütün ölkələrlə dost münasibətlər qurmağa çalışan çoxşaxəli xarici siyasət yürüdüb. Azərbaycanın “Qoşulmayan” statusu beynəlxalq səviyyədə tanınıb və ölkə 2011-ci ilin may ayında Qoşulmama Hərəkatının tamhüquqlu üzvünə çevrilib.
Konfransın sessiyalarında neytrallıq və strateji müstəqilliyə yeni baxışlar, yeni geosiyasi kontekstdə bloklara qoşulmadan xarici siyasətin həyata keçirilməsi mövzularında çıxışlar dinlənilib, fikir mübadiləsi aparılıb. Sessiyalarda BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Avropa və Təhlükəsizlik Siyasəti üzrə Avstriya İnstitutunun baş məsləhətçiləri Frants Tsede və Martin Saydik, hərbi tarixçi Ervin Şmidl, Ludviq Boltsmann İnstitutunun təmsilçisi Anna Qraf-Ştayner, Vyana Universitetinin müəllimi Ralf Yanik, Strateji Analizlər üzrə Mərkəzin prezidenti Valter Fayxtinqer və digər məruzəçilər çıxış ediblər.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev vurğulayıb ki, 2011-ci ildə Azərbaycanın Qoşulmama Hərəkatına qoşulması ölkəmizin “Bandunq Prinsipləri”nə sadiqliyini nümayiş etdirib. Bu siyasi xətt hazırda da davam etdirilir və Azərbaycan regional əməkdaşlıqla yanaşı, ikitərəfli münasibətlərə, xüsusilə Türkiyə ilə müttəfiqlik əlaqələrinin dərinləşdirilməsinə xüsusi önəm verir. BMTM rəhbərinin sözlərinə görə, “soyuq müharibə”dən sonra Azərbaycan müxtəlif istiqamətlərdə - həm Müstəqil Dövlətlər Birliyi (MDB), həm də Avrointeqrasiya çərçivəsində əməkdaşlıq imkanlarını dəyərləndirsə də, mövcud geosiyasi vəziyyət ölkəmizi balanslaşdırılmış və praqmatik xarici siyasət xətti yürütməyə səbəb olub.
2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə isə Azərbaycan beynəlxalq həmrəyliyin gücləndirilməsi, pandemiya dövründə ədalətli vaksin bölgüsünün təşviqi, eləcə də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının və Parlament Şəbəkəsinin yaradılması kimi vacib təşəbbüslərlə çıxış edib. F.Şəfiyev bildirib ki, ölkəmiz beynəlxalq hüququn əsas norma və prinsiplərinin, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinin qorunmasını hər zaman prioritet hesab edib. Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyətinin İkinci Qarabağ müharibəsində Azərbaycanın suverenliyini dəstəkləməsi hərəkat daxilində qarşılıqlı etimadın və dostluğun bariz nümunəsi kimi dəyərləndirilib.
BMTM rəhbəri, həmçinin rəsmi Bakının beynəlxalq platformalarda dialoqun, çoxtərəfliliyin və beynəlxalq ədalətin təşviqinə yönəlik təşəbbüsləri dəstəkləməyə davam etdiyini diqqətə çatdırıb. “Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də vasitəçilik missiyasının təşviqidir. Ölkəmiz son illərdə bir sıra dövlətlərin nümayəndələri arasında aparılan danışıqlara ev sahibliyi etməklə regionda sülh və sabitliyə töhfə verən etibarlı tərəfdaş imicini gücləndirib”, - deyə F.Şəfiyev vurğulayıb.
Çıxışlardan sonra mövzular ətrafında sual-cavab və fikir mübadiləsi aparılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

