Milli Məclisin Zəfər Günü ilə bağlı bəyanatı...
06.11.2025 [11:35]
Xarici ölkələrin parlamentlərinə və beynəlxalq parlament təşkilatlarına göndərilib
8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür. Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə 30 illik işğala 44 gündə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Qarabağda genişmiqyaslı bərpa-quruculuq işlərinə start verildi, bu yerlərə yenidən həyat qayıtmağa başladı.
Azərbaycan dövləti və xalqı 8 noyabr tarixini Zəfər Günü kimi qeyd edir. Bu il tarixi zəfərimizin beşinci ildönümünü yaşayırıq. Bununla əlaqədar olaraq, ölkəmizdə və xaricdə bir sıra tədbirlər keçirilir. Eləcə də müxtəlif qurumlar 8 Noyabr Zəfər Günü ilə bağlı bəyanatlar verir, müxtəlif sənədlər qəbul edirlər.
Tariximizin ən şərəfli hadisələrindən biri...
Yeri gəlmişkən, Milli Məclisin oktyabrın 31-də keçirilmiş plenar iclasında qəbul edilən 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar bəyanat xarici ölkələrin parlamentlərinə və beynəlxalq parlament təşkilatlarına göndərilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bəyanatda 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin milli tariximizin ən şərəfli və taleyüklü hadisələrindən biri olduğu, döyüş meydanında qazanılan Qələbənin siyasi-diplomatik müstəvidə də təsdiqləndiyi vurğulanır. Qeyd edilir ki, bu ilin avqustunda Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Birgə Bəyannamə imzalamaları, iki ölkə arasında sülh sazişinin paraflanması münaqişə dövrünə son qoyub, regionumuzda uzunmüddətli sülh və sabitlik yolunu açıb.
Sənəddə Milli Məclis İkinci Qarabağ müharibəsində Qələbənin tarixi əhəmiyyətini vurğulayaraq, dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin möhkəmləndirilməsi işinə sadiqliyini bir daha ifadə edir, Azərbaycan Prezidentinin bölgədə sülh və əməkdaşlıq mühiti yaradılmasına yönələn səylərini dəstəkləyir.
Ümumiyyətlə, bəyanatda diqqətə çatdırılır ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri dünya hərb tarixinə yeni şanlı səhifələr yazıb. İşğalçı qüvvələrə ağır zərbələr endirilib, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edilmişdir. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün olub.
Ermənistan dinc əhaliyə qarşı cinayətlər törədib
Bəyanatda o da vurğulanır ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilməyəcəyini, məhvə məhkum olduğunu anlayan Ermənistan məğlubiyyətini etiraf edib. 44 günlük Vətən müharibəsi 2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktını imzalaması ilə başa çatıb. Döyüş meydanında qazanılan Zəfərin siyasi-diplomatik müstəvidə də təsdiq edilməsi Ağdam, Kəlbəcər və Laçın rayonlarının dinc yolla Azərbaycana qaytarılmasını təmin edib.
“Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin uğurla yerinə yetirilərək Azərbaycan torpaqlarının işğalına son qoyulması, tarixi ədalətin bərpa olunması xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtarıb və onu qalib xalqa çevirib. Bütün dünyaya nümayiş etdirilib ki, Azərbaycan haqsızlıqla barışmayan qüdrətli dövlətdir və bundan sonra heç kəs onunla güc və təzyiq dili ilə danışa bilməz”,-deyə bəyanatda bildirilir.
Azərbaycan parlamentinin bəyanatında Ermənistanın müharibə dövründə dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən də bəhs olunur: “Hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı dəhşətli cinayətlər törədiblər. Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Qəbələ şəhərlərinə, Siyəzən, Xızı rayonlarına, digər yaşayış məntəqələrinə ballistik raketlər, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli mərmilər ilə edilən hücumlar nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450-dən çox insan yaralanıb. Bu dövlət terrorizm aktları müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdir. Qarşı tərəfin qanlı hücumlarına və vəhşilik əməllərinə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüquq normalarına dönmədən əməl edib, düşmənin yalnız silahlı qüvvələrini və hərbi obyektlərini hədəf alıb, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasına yol verməyib”.
Separatizmə birdəfəlik son qoyulub
Eyni zamanda, qeyd olunur ki, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində isə Ermənistan tərəfindən yaradılmış kriminal xunta rejiminin fəaliyyətinə son qoyulub, Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar edilib. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu olub. Beləliklə, son iki yüz ilə yaxın dövrdə erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoyulub.
Azərbaycanın Milli Məclisi Vətən naminə canını fəda etmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramını bildirib, döyüş meydanlarında həyatını ölümcül təhlükələrə ataraq böyük qələbəmizə töhfə vermiş əsgər və zabitlərimizə minnətdarlığını ifadə edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17

