Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda V Beynəlxalq “Caspian Air Cargo-2013” sammiti keçirilir

Bakıda V Beynəlxalq “Caspian Air Cargo-2013” sammiti keçirilir

30.10.2013 [09:36]

Oktyabrın 29-da “Silk Way Airlines” aviaşirkətinin təşkilatçılığı ilə Bakıda “Caspian Air Cargo-2013” sammiti işə başlayıb.
AzərTAc xəbər verir ki, konfransda çıxış edən “Euroavia International”ın direktoru Lars-Gunnar Comen bildirib ki, konfransda 30 ölkədən 235-dən çox dünyanın ən böyük yük daşıyıcı şirkətlərinin, hava limanlarının nümayəndələri iştirak edirlər.
Qeyd olunub ki, sammitin iştirakçıları regiondakı kommersiya və texniki yenilikləri, MDB və Asiya ölkələrinin yükdaşınma bazarının xüsusiyyətlərini, eləcə də Avropa və Asiya arasındakı əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) prezidenti Cahangir Əsgərov çıxış edərək sammitin əhəmiyyətindən danışıb və konfransın işinə uğurlar arzulayıb.
Bildirilib ki, Azərbaycan iki qitənin - Avropa və Asiyanın qovuşuğunda, transqafqaz nəqliyyat dəhlizinin mərkəzində yerləşir. Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz yolları, magistral avtomobil və dəmir yolları Azərbaycandan keçir.
Qeyd olunub ki, Prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində bu gün Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiyası özünün sürətli inkişaf dövrünü yaşayır və ölkəmizin hava nəqliyyatının modernləşdirilməsinə öz töhfələrini verir. Regionun nəhəng aviaşirkətinə çevrilmiş “Azərbaycan Hava Yolları” QSC ölkənin quru və su sərhədlərinə, ümumilikdə, 165,4 min kvadratkilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə edir. Qurum tərəfindən xidmət göstərilən hava dəhlizinin uzunluğu 8 min kilometrdən çoxdur. Dünyanın çoxlu sayda aviaşirkətləri Avropadan Asiyaya və geriyə uçuşlar həyata keçirərkən Azərbaycan Respublikasının hava məkanına üstünlük verirlər.
Vurğulanıb ki, Azərbaycanın hava nəqliyyatı inkişaf baxımından hazırda regionun cəlbedici sahələrindən biridir və göstərilən xidmətlərin sabitliyində, yüksək keyfiyyətində maraqlı olan şirkətlər üçün etibarlı tərəfdaş kimi özünü təsdiqləyib. “AZAL” həm regionda, həm də MDB-də yeni avialaynerlərin sayına görə liderlərdəndir.
Son illər ərzində Azərbaycanın əsas hava limanları olan Gəncə, Naxçıvan, Lənkəran, Yevlax aeroportları yenidən qurulub, Qəbələ və Zaqatalada isə yeni aeroportlar tikilib. Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda bütün müasir tələblərə cavab verən və MDB-də analoji obyektlər arasında ilk yerlərdən birini tutan “Baku Cargo Terminal”ı, beynəlxalq standartlara cavab verən 4000 metrlik yeni uçuş-enmə zolağı tikilib istifadəyə verilib. MDB məkanında və Şərqi Avropada ilk dəfə olaraq beynəlxalq standartlara cavab verən “Boeing-757”, “Airbus-319”, “Airbus-320” və “Boeing-767” tipli təyyarələrin trenajor mərkəzi yaradılıb. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin tikintisi isə davam etdirilir. Yeni aerovağzal kompleksi istifadəyə veriləndən sonra ildə 6 milyon sərnişinə xidmət göstərmək mümkün olacaq. Ən müasir standartlara cavab verən aerovağzal kompleksinin sahəsi 65 min kvadratmetrdir. Aerovağzal binasının ərazisində eyni vaxtda 8 təyyarəni qəbul edə biləcək teleskopik traplar quraşdırılacaq.
C.Əsgərov vurğulayıb ki, son 10 ildə Azərbaycanın milli aviadaşıyıcısının təyyarə parkı 50-yə yaxın müasir tipli hava gəmisinin alınması ilə daha da zənginləşmişdir. Ötən müddət ərzində QSC dünyanın aparıcı şirkətlərinin məhsulu olan 30-dan çox yeni təyyarə və 20-yə yaxın helikopter alınıb.
Bakı artıq dünyanın logistika və nəqliyyat mərkəzinə çevrilib. Azərbaycanda yük daşımaları artır və Azərbaycan tranzit ölkə kimi öz imkanlarını genişləndirir. Azərbaycanın “Silk Way” özəl holdinqi son beş ildə aviasiya yükdaşımaları sahəsində böyük uğurlar qazanıb. Müxtəlif istiqamətlərdə uçuşlar həyata keçirən “Silk Way” həm humanitar, həm də dövlət yüklərinin fasiləsiz daşınmasını təmin edir. Hava nəqliyyatının daha da inkişaf etdirilməsi aviasiya mütəxəssislərinin hazırlanması üzrə Milli Aviasiya Akademiyası tamhüquqlu ali təhsil müəssisəsi kimi fəaliyyət göstərir.
“Azərbaycan Hava Yolları” QSC “Cargolux”, “Lufthanza”, “British Mediterranean”, “Türkish Airlines” və “Austrian Airlines” kimi böyük təcrübəyə malik aviaşirkətlər ilə əməkdaşlığını daha da inkişaf etdirir.
Sonra çıxış edən “Silk Way” holdinqinin prezidenti Zaur Axundov vurğulayıb ki, holdinqin tərkibində 23 şirkət fəaliyyət göstərir. Həmin şirkətlərdən əksəriyyəti mülki aviasiya sahəsində çalışırlar. Bakını regional paylaşdırma mərkəzi etmək niyyətində olan yeni yaradılmış “Silk Way Vest” aviaşirkətinin parkında iki ədəd yeni Boeing 767-300 və 3 ədəd Boeing 474-400 tipli təyyarələr var. “Silk Way Vest” aviaşirkəti gələn il üçün iki ədəd yeni Boeing 474-8 hava gəmilərini sifariş edib. Ümumilikdə, holdinq uçuşlarını 18 müxtəlif tipli təyyarə ilə həyata keçirir.
Qeyd olunub ki, holdinq və onun təşkilatlarında dörd minə yaxın yüksək ixtisaslı mütəxəssis işləyir və olar bu qurumun texniki bacarıqlarını artırmağa və yeni metodologiyaları tətbiq etmək üçün çalışırlar.
Konfransın sədri “The Wicks Group”un hüquq təsisçisi və idarəçi direktoru Glenn Viçks çıxış edərək bildirib ki, sammitin məqsədi yük daşıyıcıları və yük göndərənlər arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsi, həmçinin aviasiya biznesinin yüksəlişi üçün effektli mexanizmlərin inkişaf etdirilməsinə nail olmaqdan ibarətdir.
Sonra konfransda müxtəlif şirkətlərin nümayəndələri çıxış edib və iş təcrübələrindən danışıblar.
Konfrans oktyabrın 31-də başa çatacaq.

Paylaş:
Baxılıb: 1052 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31