Milli Məclisdə Avropa Parlamenti sərt tənqid olundu
30.10.2013 [09:44]
Deputatlar hesab edirlər ki, müşahidə missiyasının müsbət rəyinə rəğmən qurumun qəbul etdiyi qətnamə qeyri-obyektiv və qərəzlidir
Milli Məclisin dünən keçirilən iclasında millət vəkilləri Avropa Parlamentinin Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı mövqeyini sərt tənqid ediblər. Deputatlar hesab edirlər ki, müşahidə missiyasının müsbət rəyinə rəğmən qurumun qəbul etdiyi qətnamə qeyri-obyektiv və qərəzlidir.
Millət vəkili Zahid Oruc deyib ki, hansısa beynəlxalq qurumun rəyi xalqın iradəsinə təsir göstərə bilməz. Onun sözlərinə görə, bəzi xarici QHT-lər ölkəmizdə nöqsanlar axtarmağa çalışır, amma dünyadakı ciddi proseslərə münasibət bildirmirlər: “Niyə həmin təşkilatlar ABŞ xüsusi xidmət orqanlarının 30-dan çox dövlətin rəhbərlərinin telefon danışıqlarının izləməsinə münasibət bildirmir? Yəqin bunu etməyə cəsarətləri çatmır”.
“ATƏT/DTİHB və Avropa Parlamentinin Azərbaycanda keçirilən şəffaf, ədalətli və demokratik seçkilərə qərəzli mövqe ilə yanaşması cəmiyyət tərəfindən hiddətlə qarşılanır. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır”. Bu fikirləri isə Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, Azərbaycanda vətəndaşlar seçkilərdə səs verir və layiqli namizədini seçir. Onun sözlərinə görə, müstəqillik illərindən başlayaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu hər zaman Azərbaycan əleyhinə qərəzli rəy verməklə məşğuldur. “Dəfələrlə həmin təşkilatla əməkdaşlıq etməyimizə, bir sıra vacib məsələləri, o cümlədən, Seçki Məcəlləsini müzakirə etməyimizə baxmayaraq, onlar öz qərəzli məqsədlərindən heç vaxt əl çəkmirlər. Buna bariz nümunə kimi ABŞ və Rusiyada keçirilən prezident seçkiləri zamanı bu təşkilatın müşahidəçi kimi buraxılmamasını misal gətirmək olar. Lakin onlar Azərbaycanda keçirilən seçkilərdə çox rahat şəkildə iştirak etdilər. Bəzi beynəlxalq təşkilatların qərəzli mövqeyinə son qoyulmalıdır” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
S.Novruzov həmçinin, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tətbiqinə yenidən baxılmasını da təklif edib. Millət vəkili bildirib ki, son vaxtlar bu Qanunun tələbləri ciddi şəkildə pozulur. Onun sözlərinə görə, bir vaxtlar müxalifət mitinq keçirmək üçün yerin olmamasından şikayət edib: “Halbuki, mitinq üçün həmişə müvafiq yerlər ayrılıb. Mitinq keçirmək üçün şəhərin mərkəzinə yaxın yer ayrılıb və hər kəs istədiyi vaxt aksiya keçirə bilir. Lakin görünən odur ki, onların məqsədi mitinq keçirmək yox, çaxnaşma, qarşıdurma yaratmaqdır. Çünki onlar hər toplaşdıqlarında sərbəst toplaşmaqla bağlı bütün qaydaları ciddi şəkildə pozur, şəxsiyyət təhqir olunur, çıxışları isə şər və böhtan xarakterli olur. Bu da onların hərəkətlərinin, məqsədlərinin qarşıdurmaya aparmasından xəbər verir. Ona görə də, biz bunun qarşısını almaq üçün “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müddəalarına yenidən baxmalıyıq. Hər kəs azad şəkildə toplaşa bilər, lakin onların bu istəyi qanunun tələblərinə hörmət etmək şərti ilə baş tuta bilər”.
Millət vəkili Sahib Alıyev bildirib ki, həm ABŞ Dövlət Departamentinin, həm də ATƏT/DTİHB-nin seçkilərlə bağlı rəyi reallığı əks etdirmir. Onun sözlərinə görə, Avropa Parlamentinin qərarı da məqsədli xarakter daşıyır: “Bu qurumların mövqeyi hər zaman bəlli olub. Və belə hallardan müəyyən dairələr ajiotaj yaratmaq üçün istifadə etməyə çalışırlar. Amma hesab edirəm ki, bu cür məsələlərə fikir vermək lazım deyil”.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deyib ki, hər bir seçki demokratiya imtahanıdır və bu, həm demokratik ənənələri olan, həm də demokratiyaya yeni keçən ölkələrə aiddir: “Azərbaycan bu demokratiya imtahanını uğurla verdi. Ölkəmiz sübut etdi ki, demokratiyadan başqa seçimi yoxdur. Eyni zamanda, hər bir Azərbaycan vətəndaşı da bu demokratiya prosesinə öz töhfəsini verə bildi. Xəbər verildiyi kimi, seçkiləri izləmək üçün dünyanın təxminən 100-ə yaxın ölkəsindən 1400-ə yaxın beynəlxalq müşahidəçi ölkəmizdə olub. Bunlar müxtəlif beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrin parlamentinin, mərkəzi seçki komissiyalarının nümayəndələridir. Bundan başqa, on minlərlə yerli müşahidəçilər - bir qismi bütün ölkə üzrə, bir qismi isə konkret dairə və məntəqələr üzrə müşahidə aparıblar. Müşahidə sistemi elə qurulub ki, müşahidəçilər əvvəldən sona kimi bütün mərhələləri izləyə biliblər”.
A.Mirzəzadə onu da qeyd edib ki, ATƏT Azərbaycanda keçirilən seçkilərə mənfi qiymət verməyib. Onun sözlərinə görə, ATƏT-in sədri, Ukraynanın xarici işlər naziri Azərbaycanda keçirilən seçkilərlə bağlı yüksək fikir bildirib. Həmin yüksək qiyməti Avropa Şurası, Avropa Parlamentinin nümayəndə heyəti və digər beynəlxalq müşahidəçilər də veriblər. “Seçkilər haqqında mənfi fikir söyləyən təşkilat ATƏT-in tərkibində fəaliyyət göstərən Demokratik Təsisatlar və İnsan Haqları Bürosu deyilən bir qurumdur. Bu qurumun verdiyi rəyin isə ATƏT-ə heç bir aidiyyəti yoxdur. Yəni, DTİHB ATƏT-in adından çıxış etsə də, ATƏT-in 50-yə yaxın ölkəsi həmin təşkilata seçki ilə bağlı səlahiyyət verməyib”.
Millət vəkili bildirib ki, ATƏT/DTİHB demokratik ölkələrə kömək etmək, onların uğurlarını görmək əvəzinə, bu ölkələri təzyiq altında saxlamağa üstünlük verir. Onun sözlərinə görə, Avropa Parlamenti də bu qərarı ilə eyni məqsəd güdür.
Millət vəkili Asim Mollazadə bildirib ki, Milli Məclisin əməkdaşlıq etdiyi bütün parlament assambleyaları prezident seçkilərini izləyib və seçkilər haqda müsbət rəy veriblər: “Hesab edirəm ki, bu, Milli Məclisin çox ciddi fəaliyyətinin nəticəsidir”.
Millət vəkili Sədaqət Vəliyeva isə 29 oktyabr tarixinin Zəngilan rayonunun Ermənistan tərəfindən işğalı günü olduğunu bildirib. O deyib ki, Ermənistanın işğalçılıq siyasəti daim beynəlxalq müstəvidə ifşa olunmalıdır.
Millət vəkili Gövhər Baxşəliyeva 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyətinin yaradıldığını xatırladıb. Onun fikrincə, bu, XX əsrin ən böyük hadisələrindən biridir: “Bu gün Türkiyə bütün Türk dünyasının qürur mənbəyidir. Azərbaycanla Türkiyənin münasibətləri də dostluq və qardaşlıq prinsipinə əsaslanır”.
“9 oktyabr seçkiləri tarixdə qaldı, xalq öz seçimini etdi. Beynəlxalq təşkilatların artıq nəsə deməsi heç bir əhəmiyyət kəsb etmir”. Bu fikirləri isə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, Azərbaycanın xarici siyasətini dövlətin başçısı müəyyən edir. Onun sözlərinə görə, bu məsələdə parlament də vacib rol oynayır. “Avropa Parlamenti seçkilərlə bağlı deklarativ bəyanat qəbul edib. Avropa Parlamenti onlarla belə bəyanat qəbul edir. Ona görə bunun ətrafında ajiotaj yaratmağa ehtiyac yoxdur” - deyə, M.Qurbanlı bildirib. Millət vəkili bəzi həmkarlarının Avronest PA-dan çıxmaqla bağlı təkliflərini dəstəkləməyib. “Biz Avronestin üzvüyük və Şərq Tərəfdaşlığında yaxından iştirak edirik. Biz bütün beynəlxalq tribunalardan istifadə etməliyik. Avropa Parlamentində kiminsə səyi ilə nəsə qəbul edirsə, biz Avronest PA-da fəaliyyətimizi dayandırmamalıyıq” - deyə, o, bildirib.
M.Qurbanlı bu qurumdan çıxmaqla bağlı təkliflərə münasibət bildirərək deyib ki, xarici siyasətimizi ölkə Prezidenti müəyyən edir və belə təkliflər dövlət başçısının siyasətinə müdaxilədir. “Biz müstəqil dövlət olaraq hər zaman öz mövqeyimizi bildirməli və qorumalıyıq. Xarici siyasətlə bağlı danışanda ehtiyatlı olmalıyıq. Avronest PA ilə bağlı çağırışlar yerində deyil. Bu parlamentin səlahiyyətində olan məsələdir” - deyə, YAP İcra katibinin müavini vurğulayıb.
“ATƏT DTİHB bir təzyiq mexanizmidir və əksər ölkələr bu qurumu müşahidəçi kimi ölkəsinə çağırmır. Azərbaycan da gələcəkdə bu qurumun seçkilərə dəvət edilib-edilməməsinə baxacaq. Çünki bizim bu quruma ehtiyacımız yoxdur. Artıq prezident seçkiləri arxada qalıb və xalq öz sözünü deyib, mövqeyini də bildirib”. Bu fikirləri isə Milli Məclisin sədri Oqtay Əsədov deyib. O.Əsədov bildirib ki, Avropa Parlamenti əvvəlcə seçkiləri izləmək üçün müşahidə missiyasını Azərbaycana göndərmək istəməyib. “Lakin sonradan nümayəndə heyəti göndərmək qərarına gəldilər və həmin deputatlar da öz qəti mövqelərini bildirdilər. Amma Avropa Parlamenti öz deputatlarının rəyini kənara qoyaraq kənar qüvvələrin rəyini bəyan etdi. Onların məqsədi Azərbaycanı təsir altında saxlamaqdır və bu yolda öz rıçaqlarından istifadə etmək istəyirlər”.
Avronest PA barədə danışan spiker qeyd edib ki, Azərbaycan bu təşkilata qoşularkən həmin təşkilatı Şərq Tərəfdaşlığı proqramına qoşulan ölkələr ilə Avropa ölkələrini əlaqələndirici bir qurum kimi görüb və Avronest-in ilk xarici ölkədə keçirilən iclası da məhz Azərbaycanda keçirilib: “Lakin təəssüf ki, Avronest qarşısına qoyulan məqsədləri yerinə yetirmədi”.
Millət vəkilləri daha sonra iclasın gündəliyində olan qanun layihələrini müzakirə ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26

