Azərbaycanda güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır
30.10.2013 [09:47]
Prezident İlham Əliyev: Yoxsulluğun azaldılması, yoxsulluq şəraitində yaşayanların yaşayış səviyyəsinin yaxşılaşdırılması və digər sosial proqramlar icra ediləcək, sosial infrastrukturun yaradılması davam etdirilməlidir
Bu gün ölkəmizdə həyata keçirilən məqsədyönlü, düşünülmüş siyasət sayəsində Azərbaycan iqtisadiyyatı dünyada gedən proseslərdən asılı olmayaraq müstəqil şəkildə inkişaf edir. Son dövrlərdə dünyada gedən qlobal proseslər də ölkəmizin dayanıqlı inkişafını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut edir.
Qeyd etmək lazımdır ki, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanın qazandığı nailiyyətləri şərtləndirən mühüm cəhətlərdən biri də qloballaşma prosesindən irəli gələn meyarların milli maraqlarla uzlaşdırılmasına nail olmasındadır. Aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib.
Son 10 ildə respublikamızda 2 regional beşillik proqram icra edilib və bununla da regionların sosial-iqtisadi inkişafına nail olunub, bölgələr abadlaşdırılıb, müasir infrastruktur yaradılıb və ən əsası müvafiq proqramların reallaşdırılması nəticəsində bölgələrlə paytaxt arasında fərq azalıb. Ölkəmizin ümumi iqtisadi, sosial inkişafını şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların, Bakı və bakıətrafı qəsəbələrin inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsiz olduğu kimi, öz növbəsində respublikamızın ümumi iqtisadi inkişafı bölgələrimizin inkişafını əsaslandıran böyük həcmli proqramların icrasına da şərait yaradır. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. 10 il ərzində Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 3,4 dəfə, qeyri-neft sektoru isə 2,7 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 30 dəfə artaraq 50 milyard dollara yaxınlaşıb. Ötən dövrdə ölkəmizdə sənaye məhsulu istehsalı 2,8 dəfə artıb. Azərbaycanda müşahidə olunan yüksək inkişaf tempi və qeyri-neft sənayesinin inkişafı investorların ölkəmizə marağını artırmaqda davam edir. Qeyd edək ki, təkcə 2003-2013-cü illərdə ölkə iqtisadiyyatına 132 milyard dollar investisiya qoyulub, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artıb. Son 10 il ərzində isə ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulub və bu sərmayənin təxminən yarısı xarici sərmayədir. Bu, bir tərəfdən onu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır. Eyni zamanda, yerli investisiyalar da artır.
Hazırda özəl bölmə də inkişaf etməkdədir. ÜDM-də özəl bölmənin payı 83, məşğulluqda isə 73,9 faizə bərabərdir. Ötən 10 ildə 19,4 min sahibkarlıq subyektinə 1,2 milyard manat məbləğində güzəştli dövlət kreditləri verilib. Bu kreditlər 113 min yeni iş yerinin açılmasına imkan yaradıb.
Məhz ölkənin büdcə vəsaitlərinin artması sözügedən sahədə kompleks islahatların reallaşdırılmasına, əhalinin həyat şəraiti, sosial vəziyyətinin yaxşılaşdırılmasına nail olmağa imkan yaradıb. Yəni, bu gün ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi siyasət sayəsində respublikada təmin olunan makroqitisadi sabitlik, maliyyə resurslarının və büdcə gəlirlərinin artması müsbət mənada hər bir vətəndaşın həyatına siraət edib. Son 10 ildə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb, vətəndaşların gəlirləri 6,1 dəfə artıb.
Vurğulayaq ki, 2013-cü ilin yanvar-sentyabr ayları ərzində ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 42,7 milyard manata çatıb, onun əhalinin hər nəfərinə düşən həcmi 4,1 faiz artaraq 4606,7 manat (5871,4 ABŞ dolları) təşkil edib. 2013-cü ilin 9 ayı ərzində əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artaraq 25,4 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 2736,5 manat və ya ayda 304,1 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,9 faiz bəndi üstələyərək 6,2 faiz olub.
Bu dövr ərzində gəlirlərin 68,5 faizi son istehlaka, 9,1 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 20,7 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib. Əhalinin sərəncamda qalan gəliri 23,1 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 7,5 faiz artıb.
Qeyd etmək lazımdır ki, 2003-2013-cü illərdə dövlət büdcəsinin gəlirləri 14,2 dəfə, vergi daxilolmaları 7,3 dəfə, dövlət büdcəsinin xərcləri 13,9 dəfə, əhalinin əmanətləri 24 dəfə, bank aktivlərində 18 dəfə artım qeydə alınıb.
Bir sözlə, Azərbaycanda bütün sahələrdə müşahidə olunan inkişaf özünü ilk növbədə, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasında, onların sosial müdafiəsinin daha da gücləndirilməsində göstərib. Bunu oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimindəki nitqində də vurğulayıb. Dövlət başçısı xalqa müraciətində Ona etimad göstərərək yenidən Prezident vəzifəsinə seçən vətəndaşlara minnətdarlığını bildirib və bundan sonra da doğma xalqına ləyaqətlə xidmət edəcəyinə, daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyinə söz verib. Daim ölkəmizdə görülən işlər barədə xalqa hesabat verdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan sosial dövlət kimi öz sözünü deyib: “On il ərzində Azərbaycanda yoxsulluq təxminən 10 dəfə - 49 faizdən 5,5 faizədək azalmışdır. Bu, əlbəttə ki, iqtisadi islahatların uğurlu olmasından xəbər verir. Eyni zamanda, Azərbaycan sosial dövlət kimi öz sözünü demişdir. Çünki köklü iqtisadi islahatlar bir çox hallarda sosial problemlərlə müşahidə olunur. Ölkə iqtisadiyyatı arta, ancaq vətəndaşların sosial durumu pisləşə bilər. Biz Azərbaycanda bunun tam əksini görürük. Azərbaycanda güclü və ciddi iqtisadi islahatlar düşünülmüş sosial siyasətlə tamamlanır. Sosial məsələlərin həlli üçün böyük vəsait ayrılır. Son 10 il ərzində orta maaş 5,6 dəfə, orta pensiya 9,2 dəfə artmışdır”.
Son 10 il ərzində işsizlik kimi ciddi problemin böyük hissəsinin həllini tapdığını qeyd edən dövlət başçısı bildirib ki, növbəti illərdə işsizlik tamamilə aradan götürüləcək. Prezident İlham Əliyevin sözlərinə görə, sosial siyasət bundan sonrakı illərdə də prioritet olaraq qalacaq: “Sosial siyasətlə bağlı bizim mövqeyimiz hesab edirəm ki, məlumdur. Son 10 ilin təcrübəsi deməyə əsas verir ki, cəmiyyətdə bu məsələ ilə bağlı heç bir şübhə yoxdur, olmayacaqdır. Yoxsulluğun azaldılması, yoxsulluq şəraitində yaşayanların yaşayış səviyyəsinin yaxşılaşdırılması və digər sosial proqramlar icra ediləcək, sosial infrastrukturun yaradılması davam etdirilməlidir. Hələ ki, buna böyük ehtiyac vardır”.
Məlum olduğu kimi, hər bir dövlətin makroiqtisadi siyasətinin əsas məqsədlərindən biri də əmək qabiliyyətli insanların məşğulluğunu yüksək səviyyədə təmin etməkdən ibarətdir. Bu isə öz növbəsində ölkədə olan məhsuldar qüvvələrdən səmərəli istifadəyə gətirib çıxarır. Ölkəmizdə məşğulluq strategiyası ilə əlaqədar davamlı tədbirlərin həyata keçirilməsi kimi çevik və operativ addımların atılması insanların məşğulluğunun təmin edilməsi sahəsində mühüm irəliləyişlərə nail olunub. Təkcə onu demək kifayətdir ki, son 10 il ərzində 1,2 milyon iş yeri açılıb ki, onlardan 900 mini daimi iş yeridir. Hesabat dövründə yoxsulluğun səviyyəsi 6 faizədək enib, işsizliyin səviyyəsi isə 5 faiz civarındadır.
Ötən illər ərzində əhalinin maaşlarında da əhəmiyyətli artım müşahidə olunub. Cari ilin yanvar-avqust aylarında isə muzdla işləyənlərin orta aylıq əməkhaqqı 2012-cü ilin yanvar-avqust aylarına nisbətən 6,8 faiz artaraq 413,8 manata bərabər olub. Əhalinin banklardakı əmanətlərinin məbləği isə sentyabr ayının 1-nə 6,1 milyard manata çataraq 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 36,5 faiz artıb.
Ölkəmizdə sosial sahədə görülən tədbirlər sistemində ünvanlılıq prinsipinə əməl olunur, aztəminatlı, ailə başçılarını itirən, eləcə də, şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar - əlillər, ahıl vətəndaşlar və uşaqlar dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Ötən 10 il ərzində əhalinin sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilib, onların təminatının yaxşılaşdırılması üçün pensiya və müavinətlərin həcmi artırılıb. Prezident İlham Əliyevin ahıl insanlara, aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkədə pensiya islahatları uğurla davam edir. Pensiya təminatına dair yeni qanunvericilik bazası işlənib hazırlanıb.
Xatırladaq ki, 2003-cü ilin əvvəlində Azərbaycanda orta aylıq pensiyanın məbləği 20 manat idi. Uğurlu pensiya islahatları nəticəsində indiyə qədər Prezident tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 6 sərəncam verilib. 2006-cı ildə yeni sistem fəaliyyətə başladığı vaxtdan 2013-cü ilə qədər əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,6 dəfə artıb. 2003-cü ilə nisbətdə orta əmək pensiyalarının məbləğində 9,2 dəfəyədək artım baş verib. Hazırda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 152, o cümlədən, yaşa görə 167 manat təşkil edir. Azərbaycanda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 40 faizə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faizə çatıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət nəticəsində ölkəmizdə əlillərin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradılıb. Əlilliyi olan şəxslərlə bağlı qanunvericilik son illərdə təkmilləşdirilib, 10-dək yeni hüquqi-normativ akt qəbul edilib. Qeyd edək ki, Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub, bununla da, ölkədə əlillərin insan hüquq və azadlıqlarından tam və bərabər imkanlarla yararlanmasına sadiq olduğunu ifadə edib.
Şübhəsiz dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği də hər il artırılıb. Pensiya təminatı sistemində həyata keçirilən islahatlar isə bu kateqoriyadan olan şəxslərin əmək pensiyalarının ciddi artımına səbəb olub. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən, reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq, Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. Dövlətin əlil vətəndaşlara qayğısı çərçivəsində yeni reabilitasiya mərkəzlərinin tikintisi də həyata keçirilib və bu proses davam etdirilməkdədir.
Ötən illərdə Qarabağ müharibəsində sağlamlığını itirənlərin və şəhid ailələrinin problemlərinin həlli də diqqət mərkəzində saxlanılıb. Bu kateqoriyadan olan vətəndaşların mənzillə təmin olunması məqsədilə, son bir neçə ildə paytaxt Bakıda və regionlarda yeni çoxmənzilli yaşayış binaları, o cümlədən, fərdi evlər tikilib. Ümumilikdə, ötən illərdə 5 mindən çox Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. O cümlədən, kənd rayonlarında həyətyanı sahəsi olan 750-dək fərdi ev inşa edilərək müharibə əlillərinə verilib. Hazırda ildə orta hesabla 700-dən çox mənzil inşa olunaraq, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilir. Bütün bunlarla yanaşı, Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təminatı proqramı da həyata keçirilir.
Eyni zamanda, son 10 ildə ölkə prezidentinin fərman və sərəncamları ilə əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 9,6 dəfə, sosial müavinətlərin məbləği 3,7 dəfə qaldırılıb.
Həmçinin, ölkədə yoxsulluğun azaldılmasını və sosial təminatın gücləndirilməsi məqsədilə ünvanlı sosial yardım mexanizmi yaradılıb. Bu mexanizmin yaradılmasında əsas məqsəd orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə dövlət tərəfindən maliyyə yardımlarının ayrılmasıdır. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarından aşağı olan aztəminatlı ailələr malikdirlər. Ünvanlı sosial yardımın ilk dəfə tətbiq olunduğu 2006-cı ildə ölkə üzrə cəmi 122 min nəfərə yaxın adam, yaxud 49 minə yaxın ailəyə belə yardım ayrılıb. 2007-ci ildə ünvanlı sosial yardımın miqyası genişləndirilib 146 minə yaxın ailəni əhatə edib. Sonrakı illərdə ünvanlı sosial yardım alan ailələrin sayı obyektiv amillər - əmək haqlarının və pensiyaların artımı, əhalinin gəlirlərinin artması və yoxsulluğun azalması nəticəsində aşağı düşüb.
2012-ci ilin yekununa görə, 545 min nəfərə yaxın ailə üzvünü əhatə edən 124 mindən çox ailənin hər birinə ayda orta hesabla 114 manat ünvanlı sosial yardım ödənilib. 2013-cü ilin birinci rübündə 543 minə yaxın ailə üzvünü əhatə edən 123 min 300-ə yaxın ailəyə ünvanlı sosial yardım verilib (hər ailəyə düşən orta məbləğ isə 118 manata yaxın olub).
Dünya Bankının ölkəmizdə apardığı monitorinqin nəticələrinə görə, ünvanlı yardımların təyinatında ünvanlılıq prinsipinə 90 faizə qədər əməl olunmuşdur və bu göstərici ünvanlı sosial yardım tətbiq edilən ölkələr arasında ən yaxşı nəticələrdən biri kimi qiymətləndirilib.
Ünvanlı sosial yardımla yanaşı, Azərbaycanda 2011-2012-ci illəri əhatə edən “Aztəminatlı ailələrin sosial reabilitasiyası haqqında” yeni Dövlət Proqramı da qəbul olunub. Bu proqramın məqsədi aztəminatlı ailələrə dövlət tərəfindən birdəfəlik maliyyə yardımlarının göstərilməsi yolu ilə onların kiçik biznes, ailə-kəndli təsərrüfatları yaratmasına dəstək verməkdir. Gələcəkdə aztəminatlı ailələrin dövlət yardımlarından asılılığı bu proqramın əhatə dairəsinin genişləndirilməsi yolu ilə aradan qaldırılması planlaşdırılır.
Əldə edilən bu uğurlar Ermənistanın təcavüzü nəticəsində öz doğma yurd-yuvalarını tərk edərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların yaşayış durumuna və sosial vəziyyətinə də təsirsiz ötüşmür. Belə ki, qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin həyata keçirdiyi sosial siyasətin əsas prioritetlərindən birini təşkil edir.
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün cari ilin icmal və dövlət büdcələrindən üst-üstə 283 milyon manat, o cümlədən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 14 milyon manat, dövlət büdcəsinin cari və əsaslı xərclərindən 111 milyon manat, Dövlət Neft Fondunun büdcəsindən 158 milyon manat vəsait ayrılıb.
Vurğulamaq lazımdır ki, Azərbaycanın bu sahədə uğuru beynəlxalq ictimaiyyət tərəfindən də təqdir edilir. BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin 2012-ci ilin oktyabrında Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 63-cü sessiyasında çıxışında Azərbaycan dövlətinin gördüyü işləri qiymətləndirərkən bunu bir çox ölkələr üçün nümunə göstərib. Bu kimi nailiyyətlər ölkəmizin sosial-iqtisadi qüdrətinin nəzərəçarpacaq dərəcədə yüksəldiyini, dünya ölkələrinə inteqrasiyasının sürətləndiyini və dünyanın maraq mərkəzinə çevrildiyini göstərir.
Ümumiyyətlə, sosialyönümlü iqtisadiyyatı respublikamızın strateji inkişaf və modernizasiya konsepsiyasının əsas təməllərindən biri kimi qiymətləndirmək olar. Prezident İlham Əliyevin cari ilin 22-i və 23-də imzaladığı məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında sərəncamları da deyilənləri təsdiq edir. Qeyd olunan birinci Sərəncama əsasən aylıq müavinətin məbləği 2013-cü il sentyabrın 1-dən 10 faiz artırılıb. Digər Sərəncama müvafiq olaraq, 2013-cü il sentyabrın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 30 manat, 1 yaş yarımdan 3 yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 15 manat miqdarında müəyyən edilib.
Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Ümumiyyətlə, sosialyönümlü iqtisadiyyatı respublikamızın strateji inkişaf və modernizasiya konsepsiyasının əsas təməllərindən biri kimi qiymətləndirmək olar. Prezident İlham Əliyevin keçmiş Sovet dövründən qalma əmanətlərin qaytarılması haqqında imzaladığı Fərman da həmin tendensiyanın bariz göstəricilərindəndir.
Məhz dövlət başçısının “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” imzaladığı Fərman sosial-mənəvi əhəmiyyətinə görə tarixi fərman olmaqla, dövlət başçısının siyasi iradəsini birmənalı şəkildə əks etdirərək, ölkə əhalisinin uzun illərdən bəri gözlədiyi ciddi problemin həllinə yol açdı.
Vurğulamaq lazımdır ki, postsovet məkanında bu prosesin ən işlək və səmərəli variantı məhz Azərbaycanda həyata keçirilib. Belə ki, hər 1000 rubl əmanət qalığına görə, Azərbaycanda 190 ABŞ dolları ödənildiyi halda, bu göstərici digər postsovet məkanına daxil olan dövlətlərdə çox aşağı - minimum 7, maksimum 150 ABŞ dolları səviyyəsində olub.
Göründüyü kimi, Azərbaycanda həyata keçirilən çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və yaxşı həyat şəraitinin təmin olunmasına yönəlib. Yəni, Azərbaycan dövlətinin sosialyönümlü siyasəti son nəticədə insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Bir sözlə, ölkənin iqtisadi inkişafından, səmərəli neft strategiyası nəticəsində əldə edilən dividentlər insanların sosial problemlərinin həllinə, vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlir.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
03 May 17:15
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19

