Kommunal xidmətlərin qiymətləri artırılmayacaq
07.11.2013 [09:22]
Radikal müxalifətin tariflərin artırılması ilə bağlı yalan məlumatları dövriyyəyə buraxıb ictimaiyyəti aldatmaq cəhdləri puça çıxdı
Məlum olduğu kimi, 2014-cü il dövlət büdcəsi barədə qanun layihəsi parlamentdə müzakirə olunur. Bəs büdcənin nəzərdə tutulan parametrləri, ölkənin inkişaf istiqamətlərinə, onun məqsəd və vəzifələrinə nə dərəcədə cavab verir? Dövlətin iqtisadi-sosial siyasətini xarakterizə edən göstəricilərin səviyyəsi, onların dəyişmə meyili dövlətin milli maraqlarının qorunmasına, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edirmi? Milli Məclisin komitələrinin ümumi fikri bundan ibarətdir ki, 2014-cü ilin dövlət büdcəsi layihəsi “Büdcə sistemi haqqında” Qanuna və digər normativ aktlara uyğun olaraq hazırlanıb, 2014-cü ildə ölkənin iqtisadi gücünün artması, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi istiqamətində mühüm mərhələ olacaq. Artıq bir neçə gündür ki, parlamentdə hökumət nümayəndələri ilə birlikdə büdcə, iqtisadi inkişaf, onun ayrı-ayrı istiqamətlərinə dair müzakirələr aparılır. Bu müzakirələrdən çıxarılan ən mühüm nəticə ondan ibarətdir ki, hökumət, onun iqtisadi strukturları çox böyük məsuliyyətlə, professionallıqla büdcə layihəsinin inkişaf konsepsiyasını hazırlayıblar.
Yeri gəlmişkən, kimsəyə sirr deyil ki, dünyada mövcud olan qlobal maliyyə böhranı bir çox ölkələrin iqtisadiyyatına ciddi zərbələr vurub. Nəticədə dünya iqtisadiyyatının inkişaf sürəti xeyli aşağı düşüb, böhrana düçar olmuş ölkələr ağır problemlər, sosial gərginliklərlə üzləşiblər. Ən nüfuzlu beynəlxalq təşkilatların, inkişaf etmiş dövlətlərin başçılarının iştirakı ilə dəfələrlə aparılan müzakirələr, antiböhran tədbirləri hələ də lazımi səmərə ilə nəticələnməyib. Qlobal maliyyə böhranı onu da təsdiqlədi ki, inkişaf səviyyələrinə, siyasi sistemlərinə, tarixi şəraitinə və s. spesifik amillərə görə bir-birindən xeyli fərqlənən ölkələr üçün vahid oyun qaydaları effekt vermir, böhrandan daha çox azad bazar münasibətlərini tam fetişləşdirən, dövlətin rolunu minimuma endirən, real sektoru arxa plana atan ölkələr əziyyət çəkirlər. Məlum olduğu kimi, Azərbaycan isə dünya böhranından ən az itki ilə çıxan ölkə kimi tanındı.
Bunun da əsas səbəbi odur ki, dövlət başçısı İlham Əliyev Azərbaycan iqtisadiyyatını qlobal maliyyə böhranının dağıdıcı zərbələrindən qorumaq üçün düşünülmüş, milli maraqlara cavab verən strategiya müəyyənləşdirdi, hökumət qabaqlayıcı tədbirlər gördü. Eyni zamanda, Milli Məclis bir sıra qanunlarda dəyişikliklər etdi, milli iqtisadiyyatın inkişafına dövlət dəstəyi artırıldı və s. addımlar atıldı. Məhz belə bir uğurlu siyasətin nəticəsidir ki, dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycanın iqtisadi inkişaf səviyyəsi yüksəlir, ölkəmizin iqtisadi potensialı güclənir, maliyyə imkanları artır. Son illər Azərbaycan bütövlükdə iqtisadiyyatın inkişaf səviyyəsini səciyyələndirən mühüm göstəricinin - ÜDM-in artım sürətinə görə lider ölkələr sırasındadır.
Beləliklə, Azərbaycanda iqtisadi sahədə əldə olunan nailiyyətlər 2014-cü ilin dövlət büdcəsi layihəsində də özünü göstərir. Belə ki, maliyyə naziri Samir Şərifov bildirib ki, büdcə layihəsi Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi strategiyaya uyğun olaraq hazırlanıb. Onun sözlərinə görə, büdcənin gəlirləri ÜDM-in 31,4 faiz, xərcləri isə 34,3 faizi həcmində proqnozlaşdırılır. 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 milyard 384 milyon manat, xərcləri isə 20 milyard 63 milyon manat həcmində proqnozlaşdırılır. 2013-cü il üzrə isə bu göstərici müvafiq olaraq 19 milyard 159 milyon manat və 19 milyard 850 milyon manat gözlənilir.
2014-cü il dövlət büdcəsi gəlirlərinin 9,3 milyard manatını və ya ümumi büdcə daxilolmalarının 50,8 faizini Dövlət Neft Fondundan transfertlər, 7,1 milyard manatını və ya 38,6 faizini Vergilər Nazirliyi, 1,5 milyard manatını və ya 8,2 faizini Dövlət Gömrük Komitəsinin xətti ilə, 0,4 milyard manatını və ya 2,2 faizini büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2 faizini isə digər daxilolmalar təşkil edir. Nazir, Dövlət Neft Fondundan transfertin azalacağının, qeyri-neft sektoru üzrə daxilolmaların artmasının proqnozlaşdırıldığını qeyd edib. S.Şərifov bildirib ki, sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin 5,337 milyard manat səviyyəsində proqnozlaşdırılır. Bu da 2013-cü il proqnozuna nisbətən 5,9 faiz və ya 299 milyon manat, 2012-ci ilin icra göstəricisinə nisbətən 597 milyon manat çoxdur. O qeyd edib ki, gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin 1 milyard 637 milyon 362 min manat olması proqnozlaşdırılır.
Qeyd edək ki, 2014-cü ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi cari ilin proqnozu ilə müqayisədə 7 faiz artacaq. Dövlət Neft Fondundan edilən transfert nəzərə alınmadan digər mənbələr üzrə dövlət büdcəsinin gəlirləri 2013-cü ilin təsdiq olunan proqnozuna nisbətən 15,9 faiz və yaxud 1 milyard 238 milyon manat çox nəzərdə tutulur. Gələn il üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə 9 milyard 337 milyon manat transfert nəzərdə tutulur. Yəni transfertin məbləği cari illə müqayisədə 2 milyard manatdan çox azalacaq. Bu amil ölkə iqtisadiyatında qeyri-neft seçktorunun rolunun artmaqda olduğunu göstərir.
Yeri gəlmişkən, indiyə qədər bəzi müxalifət partiyaları büdcənin əsasən neftdən gələn gəlir hesabına formalaşmasını iddia edirdilər. Amma onların bu iddiası da əsassızdır. Çünki düşünülmüş iqtisadi siyasət nəticəsində qeyri-neft sektoru inkişaf edir, bu sahədə gəlirlər daha da artır. Təbii ki, bu da dövlət büdcəsinin formalaşmasında özünü göstərir. Dövlət Neft Fondundan 2014-cü ilin büdcəsinə transfertin azalmasına səbəb olur. 2020-ci ilədək büdcədə qeyri-neft sektorunun payının xeyli dərəcədə artması proqnozlaşdırılır.
Maraqlıdır ki, artıq bu baxımdan da əsassız iddialarının ifşa olunduğunu görən radikal müxalifət indi qiymət artımının olması ilə bağlı ictimai rəyə yalan məlumatlar ötürür. Belə ki, maliyyə naziri Samir Şərifovun fikirləri təhrif olunaraq başqa istiqamətdə yozulur. Daha dəqiq desək, bir sıra mətbuat orqanları parlament komitələrinin birgə iclasında büdcə müzakirəsi zamanı Samir Şərifovun sualları cavablandırarkən kommunal xərclərin artması ilə bağlı məsələnin Tarif Şurasının səlahiyyətində olduğunu deməsini, növbəti ildən kommunal xərclərin və enerji daşıyıcılarının qiymətinin artacağı kimi təqdim ediblər. Əslində isə maliyyə naziri Samir Şərifov müzakirələrdə çıxış edərkən bildirib ki, bu haqda dəqiq heç nə yoxdur, kommunal qiymətlərin artımına Tarif Şurası baxır.
Yeri gəlmişkən, məsələ ilə bağlı Tarif Şurası da öz mövqeyini bildirib. Qurumdan verilən məlumata görə, Azərbaycanda kommunal xidmət tariflərinin artırılması məsələsi hazırda gündəmdə deyil: “Hazırda tariflərin artırılması ilə bağlı Şurada heç bir məsələ müzakirə olunmur”.
Tarif Şurasından o da bildirilib ki, kommunal xidmətlərin tariflərinin artırılması ilə bağlı müvafiq dövlət təşkilatları olan “Azərenerji” ASC, Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi və “Azərsu” ASC-dən quruma heç bir təklif daxil olmayıb. Beləliklə də, radikal müxalifətin tariflərin artırılması ilə bağlı yalan məlumatları dövriyyəyə buraxıb ictimaiyyəti aldatmaq cəhdləri puça çıxdı.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

