Qırğızıstan parlamentinin sədri TÜRKPA-nın Baş katibi ilə görüşüb
16.01.2026 [15:34]
Yanvarın 16-da Bişkek şəhərində Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Turqunbek Uulu Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən ilə görüşüb.
TÜRKPA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, R.Həsən parlament sədrini Qırğızıstanda keçirilən növbədənkənar parlament seçkilərinin uğurla başa çatması və onun yenidən Joqorku Keneşin sədri seçilməsi münasibətilə təbrik edib. Həmçinin TÜRKPA-nın son dövrdə həyata keçirdiyi əsas fəaliyyətlər, beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də 2026-cı il üzrə prioritet istiqamətlər barədə məlumat verib. Bu çərçivədə TÜRKPA-nın beynəlxalq platformalarda tanınması istiqamətində atılan addımlar vurğulanıb.
Görüşdə Özbəkistanın TÜRKPA-ya tamhüquqlu üzvlüyü prosesində əldə olunan əhəmiyyətli irəliləyişlər, Macarıstanla əməkdaşlığın inkişafı və Avropa institutları ilə əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər, həmçinin yaxın dövrdə TÜRKPA çərçivəsində planlaşdırılan tədbirlər və üzv ölkələrin parlament sədrlərinin Parlamentlərarası İttifaqın (PAİ) Türkiyənin İstanbul şəhərində keçiriləcək 152-ci Assambleyası çərçivəsində planlaşdırılan qeyri-rəsmi görüşlərinin əhəmiyyətini qeyd ediblər. Eyni zamanda, TÜRKPA-nın Qırğızıstanda baş tutacaq növbəti 15-ci plenar iclası istiqamətində hazırlıqların uğurla davam etdiyi vurğulanıb.
Qırğızıstan parlamentinin sədri TÜRKPA-nın fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatın təşəbbüslərinə bundan sonra da hərtərəfli dəstək göstərəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Sentyabr 10:25
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39

