Türk dövlətlərinin diasporu əlaqələri gücləndirir
17.01.2026 [11:13]
Hazırda dünyada mürəkkəb qlobal proseslərin davam etməsi türk dünyasının birliyinin daha da güclənməsini zəruri edir. Əsrlər boyu dünya tarixində bəşəri dəyərləri ilə özünəməxsus yer tutmuş türk xalqları məhz bu gün mürəkkəb beynəlxalq münasibətlər və qloballaşma şəraitində öz mövcudluğunu qoruyub saxlamaqda, həmçinin bəşəriyyətin inkişafına, inteqrasiya və əməkdaşlığa xüsusi töhfələr verməkdədirlər. Tarixin bütün dövrlərində ən müxtəlif sosio-mədəni, etno-mədəni və etno-siyasi proseslər və hadisələrin əsas məkanı qismində çıxış edən Avrasiyada türk xalqları müsbət regional və beynəlxalq dəyişikliklərə səbəb olan proseslərin baş verməsində özünəməxsus rol oynayıblar.
TDT cəmiyyətlərin inteqrasiyasında vacib rol oynayır
Dünyanın mövcud geosiyasi şərtləri fonunda türk dövlətləri arasında əməkdaşlıq münasibətləri bu gün daha vacib xarakter daşıyır. Xüsusilə, Avrasiyada mühüm geostrateji proseslərin baş verdiyi zamanda türk dövlətləri arasında çoxşaxəli, səmərəli və uğurlu əlaqələrin mövcud olması regional təhlükəsizlik, beynəlxalq inteqrasiya kontekstində çox mühüm əhəmiyyətə malikdir. XXI əsrdə yeni dünya düzəninin formalaşdığı bir vaxtda Türk Dövlətləri Təşkilatı (TDT) da öz gücünü artırmaqdadır. Malik olduğu resurslar, əhali sayı, coğrafi mövqeyi baxımından türk dünyası artıq qlobal miqyasda əsas geosiyasi, geoiqtisadi güc mərkəzlərindən birinə çevrilir. Türk dünyası ortaq tarix, dil və mədəniyyətə malik 7 müstəqil dövlət, bir neçə muxtar ərazidən ibarət böyük coğrafi məkandır. 2009-cu ildə Naxçıvanda təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu əməkdaşlığın daha da inkişaf etməsi və birliyin möhkəmlənməsi üçün mühüm platforma rolunu oynayır. 2021-ci ildə təşkilatın statusu və nüfuzu daha da yüksəldilərək Türk Dövlətləri Təşkilatı adlandırıldı və bu addım türk dünyasının beynəlxalq arenada söz sahibi kimi çıxış etməsinə imkan yaradır.
Azərbaycan TDT-nin təsisçi üzvlərindən biri olaraq bu təşkilatın fəaliyyətində mühüm rol oynayır. Ölkəmiz təşkilat yaranan gündən ona xüsusi önəm verib və bu istiqaməti xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Azərbaycan TDT-ni üzv və müşahidəçi dövlətlərlə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün vacib platforma hesab edir. Azərbaycan dövləti TDT çərçivəsində qurumun nüfuzunu artırmaq və funksionallığını gücləndirmək üçün mütəmadi olaraq yeni təşəbbüslərlə çıxış edir. Bu baxımdan, TDT üzvlərinin müxtəlif strukturlarının təşkilatlanmış formatı əhəmiyyət kəsb edir. Belə ki, türk dövlərinin dövlət qurumlarının vahid formada toplantılar keçirməsi ənənə halını alıb. Eləcə də QHT və media platformalarının yaradılması da türk cəmiyyətləri arasında inteqrasiyanın güclənməsində önəmli rol oynayır.
Vyanada diaspor qurumlarının nümayəndələri görüşüb
Bu istiqamətdə ən vacib məsələlərdən biri isə türk dövlətlərinin diasporları arasında əlaqələrin gücləndirilməsidir. Məlumdur ki, Azərbaycan və Türkiyə diasporu bir çox hallarda koordinasiyalı fəaliyyət göstərir, xaricdə birgə tədbirlər keçirirlər. Prosesə digər türk dövlətlərinin diasporunun qoşulması beynəlxalq müstəvidə ölkələrimizin və xalqlarımızın maraqlarının qorunması üçün olduqca faydalı olardı. Bu baxımdan, Avstriyanın paytaxtı Vyanada Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi, ölkəmizin Avstriyadakı səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin tərəfdaşlığı ilə TDT-yə üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumlarının nümayəndələrinin görüşünün keçirilməsi xüsusi vurğulanmalıdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev görüşdə çıxış edərək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor qurumları arasında əlaqələrin dərinləşdirilməsinin və fəaliyyətin daha koordinasiyalı şəkildə qurulmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Tədbir çərçivəsində keçirilən Diaspor Potensialının Artırılması üzrə təlim proqramlarının bilik və təcrübə mübadiləsi baxımından mühüm platforma olduğunu qeyd edib.
Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli belə təşəbbüslərin türk diasporunun beynəlxalq müstəvidə daha güclü və vahid mövqe ortaya qoymasına xidmət etdiyini bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları Leyla Həmzəyeva və Şəfəq Binnətova komitənin həyata keçirdiyi genişmiqyaslı layihələr, qarşıya qoyulan hədəflərlə bağlı geniş məlumat veriblər. Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə əməkdaşlıq çərçivəsində görülən işlərdən danışıblar.
Digər çıxışçılar da xaricdə yaşayan türk icmalarının təşkilatlanması, gənclərin diaspor proseslərinə cəlb olunması məsələlərinə toxunub, TDT-yə üzv ölkələrin diaspor qurumları arasında institusional əməkdaşlığın gücləndirilməsinin labüdlüyünü dilə gətiriblər. Görüş qarşılıqlı fikir mübadiləsinin aparılması, diaspor sahəsində qazanılan təcrübələrin paylaşılması və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.
Nəzərə alaq ki, türk birliyinin geosiyasi əhəmiyyəti, həm də ondan ibarətdir ki, bu əməkdaşlıq böyük güclər arasında rəqabətin artdığı bir şəraitdə region ölkələri üçün “strateji kollektiv cavab” rolunu oynayır . Məsələn, 2022-ci ildən sonra Avropa ilə Çin arasındakı ticarət marşrutlarının Rusiya üzərindən keçməsi riskli hala gəldikdə, Orta Dəhliz kimi tanınan Trans-Xəzər nəqliyyat yolunun strateji dəyəri yüksəldi. Hazırda Orta Dəhlizin əsas iştirakçıları məhz Türk Dövlətləri Təşkilatının üzvləridir. Azərbaycan üçün isə türk birliyi Cənubi Qafqazda regional güc balansını öz xeyrinə dəyişdirmək, mövqelərini həm siyasi, həm iqtisadi baxımdan möhkəmləndirmək üçün əlverişli geosiyasi platformadır. Bütün bunların fonunda TDT üzvlərinin diasporunun sıx əməkdaşlığı regionun önəminin beynəlxalq miqyasda təbliği nöqteyi-nəzərəindən də çox önəmlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

