Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Portuqaliyanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib

Portuqaliyanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib

09.03.2026 [18:02]

Portuqaliyanın xarici işlər naziri Paulo Rangel Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər Yaxın Şərqdə müharibə fonunda regional təhlükəsizlik üçün yaranan riskləri nəzərdən keçiriblər. Bu çərçivədə, İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilmiş dron hücumunun qəbuledilməz olduğu vurğulanıb və pislənib.

Telefon danışığı zamanı Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Paylaş:
Baxılıb: 734 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30