İstanbulda Xəzər Forumu keçirilib
06.12.2013 [09:32]
İstanbuldakı “Çırağan” sarayında Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) təşkilatçılığı və SOCAR, bp, TPAO şirkətlərinin dəstəyi ilə keçirilən Xəzər Forumunda Türkiyə, Azərbaycan və Balkan ölkələrindən dəvət olunmuş nazirlərin, dünyanın 35 ölkəsindən gəlmiş ekspertlərin iştirakı ilə enerji və kommunikasiya layihələri müzakirə olunub.
Forumun əvvəlində Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının çıxarılması və nəqlindən bəhs edən sənədli film nümayiş etdirilib.
HASEN-in baş katibi Haldun Yavaş tədbiri açaraq, Xəzər Forumunun əhəmiyyəti, burada keçirilən müzakirələrin bölgədəki enerji və kommunikasiya layihələri üçün konstruktiv rolundan bəhs edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrikini Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub. Dövlətimizin başçısının məktubunda qeyd olunub ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələrindən sonra Trans-Anadolu və Trans-Adriatik boru kəmərlərinin həyata keçirilməsi Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycanın sürətli iqtisadi inkişafı regionda nəhəng layihələrin həyata keçirilməsi və irimiqyaslı sərmayələr yatırılmasına imkan verir.
Dövlətimizin başçısı siyasət, iqtisadiyyat, elm adamlarının iştirakı ilə aparılacaq müzakirələrin Avropanın enerji xəritəsini dəyişəcək yeni-yeni layihələrin meydana çıxmasına töhfə verəcəyini vurğulayıb, Forumun işinin məhsuldar olacağına əminliyini bildirib və onun işinə uğurlar arzulayıb.
Sonra Türkiyə Prezidenti Abdullah Gülün Forum iştirakçılarına təbrik məktubu oxunub. Məktubda deyilir ki, Azərbaycanın liderliyi ilə həyata keçirilən TANAP layihəsi “Cənub” qaz dəhlizinin onurğa sütununu təşkil edəcək. Bundan başqa, modern İpək Yolunun ən mühüm hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu da gələn il istifadəyə veriləcək. Bütün bu layihələr sayəsində Xəzər bölgəsi enerji və kommunikasiya xətlərinin mərkəzi olacaq.
Forumun açılışında çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız da “Cənub” qaz dəhlizinin formalaşmasında Azərbaycan və Türkiyənin aparıcı rol oynadıqlarını söyləyib. TANAP layihəsinin həyata keçirilməsi qardaş ölkələrimizin birgə səyləri ilə mümkün olacaq. Artıq hazırlıq işləri tamamlanıb və tezliklə tikintiyə başlanacaq. Azərbaycan qazı təkcə Avropanın deyil, habelə Türkiyənin də 50 milyard kubmetr təbii qaza olan tələbatının təmin edilməsinə mühüm töhfə olacaq.
Sonra Forum işini bölmə iclaslarında müzakirələrlə davam etdirib.
“Xəzər regionunun nəqliyyat dəhlizi: Böyük İpək Yolunun canlanması” mövzusunda bölmə iclasında çıxış edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, İpək Yolu strategiyası Azərbaycanın da aparıcı rol oynadığı kommunikasiya layihələri ilə daha da canlanıb. TRACECA layihəsinin əhəmiyyətini artıran Bakı-Tbilisi-Qars layihəsi (BTQ) və ilkin mərhələdə 10 milyon ton yük daşınmasına imkan verəcək yeni Bakı Beynəlxalq Dəniz Limanı buna əyani sübutdur. “Marmaray” layihəsindən sonra BTQ-nin də tamamlanması zərurətə çevrilib. Xəzər regionunda multi modal daşımaların sürətlənməsi və dəniz daşımalarının daha da artırılması prosesi hələ 1998-ci ildə keçirilmiş konfransda Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanıb.
Bölmə iclasında çıxış edən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natia Mikeladze, Sloveniyanın infrastruktur və planlaşdırma naziri Samo Omerzel, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, Rumıniyanın nəqliyyat üzrə dövlət katibi Nikuşor Marian Bulça regional nəqliyyat layihələrinin əhəmiyyətindən danışıblar.
Müzakirələr “Cənub” dəhlizi: Regional enerji ehtiyatları üçün əsas marşrut” mövzusunda bölmə iclasında davam etdirilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bölmə iclasındakı çıxışında bildirib ki, Azərbaycan ilə Avropa arasında etimadın təminatçısı kimi TANAP önəmli layihədir. “Cənub” dəhlizinin canlanmasının əsası Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu arasında 2011-ci ildə Bakıda keçirilmiş görüşdə imzalanmış enerji sektorunda Strateji Tərəfdaşlıq haqqında Sazişlə qoyulub. Beş il müddətində Avropa İttifaqı ilə aparılmış danışıqlar cari ilin iyununda Avropaya qaz nəqli marşrutunun müəyyən edilməsi, həmçinin sentyabr ayında “Şahdəniz” konsorsiumu və Avropanın qaz alıcıları arasında sazişin imzalanması ilə nəticələnib. İlk mərhələdə Azərbaycan qazının daşınması “Şahdəniz-2” layihəsinin hasilatı hesabına olacaq. Təbii qazın nəqli ilk mərhələdə 15-16 milyard kubmetrlə başlanacaq. 2019-cu ildə Avropaya 10 milyard kubmetr, 2018-ci ildə isə Türkiyəyə 6 milyard kubmetr qaz nəql olunacaq. Bizim 3 trilyon təsdiq olunmuş qaz ehtiyatımız var. Türkiyə və Avropa üçün alternativ qaz mənbəyi bazarda rəqabəti də artıracaq. Artıq hazırlıq işləri tamamlanır. “Şahdəniz” konsorsiumu Avropa Komissiyası ilə birlikdə Bolqarıstana qaz daşınması layihəsi üzərində də çalışır. Azərbaycanın həyata keçirdiyi kəşfiyyat işləri yeni qaz yataqlarının hasilatına da gətirib çıxaracaq. Yeni kəşf edilmiş “Abşeron” və “Ümid”, perspektivli “Şəfəq-Asiman” və “Babək” yataqlarını buna misal göstərmək olar. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaq. Bu həcmdə qazın nəqli üçün əvvəlcə “Şahdəniz-1” qazını nəql edən “Cənub” qaz Qafqaz boru xəttinə veriləcək mavi yanacağın həcmi artırılacaq, sonra “Şahdəniz-2” qazını nəql edəcək və gələn il inşasına başlanacaq TANAP boru kəməri çəkiləcək. Sonuncu layihə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın güclü iradəsi nəticəsində həyata keçirilib. Prezident İlham Əliyev bildirib ki, enerji təhlükəsizliyi bu gün dünya gündəmində yer alan ən mühüm mövzulardan biridir. Azərbaycan ortaqlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün üzərinə götürdüyü öhdəlikləri böyük iradə ilə yerinə yetirməkdədir.
Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov çıxışında bildirib ki, milli neft strategiyasının üç əsas amili var. Azərbaycanda ötən əsrin 90-cı illərinin əvvəlində maliyyə və texniki imkanlar yox idi. Ümummilli liderimiz Heydər Əliyevin cəsarətli addımları ilə beynəlxalq enerji şirkətləri dəvət olundu. Sonra müxtəlif istiqamətlərdəki nəqliyyat marşrutlarından istifadə edildi və Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi mühüm layihələr reallaşdı. Nəhayət, ən mühüm üçüncü addım Dövlət Neft Fondunun yaradılması olub. Bu Fond TANAP kimi iri layihələri maliyyələşdirməklə yanaşı, təhsil və digər proqramlara da vəsait ayırır.
İclasda çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Albaniyanın iqtisadiyyat, enerji və ticarət naziri Damian Qjiknuri, Gürcüstanın enerji nazirinin müavini Mariam Valişvili, bp şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional direktoru Qordon Birell, Türkiyənin BOTAŞ şirkətinin baş menecerinin müavini İbrahim Said Arınç, İtaliyanın Beynəlxalq Siyasət Araşdırmalar İnstitutunun direktoru Paolo Maqri “Cənub” qaz dəhlizinin və Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı mühüm rolundan ətraflı bəhs ediblər.
Forumun sonunda “Xəzər mükafatı” laureatlarına mükafatların təqdim edilməsi mərasimi olub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

