Fövqəladə Hallar Nazirliyinin yaradılmasının səkkizinci ildönümü ilə əlaqədar mərasim keçirilib
17.12.2013 [09:36]
Dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının səkkizinci ildönümü və nazirlik sistemi işçilərinin peşə bayramı ilə əlaqədar mərasim keçirilib.
AzərTAc xəbər verir ki, FHN-in mərkəzi aparatında keçirilən mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Sonra nazirliyin İctimaiyyətlə Əlaqə İdarəsinin Multimedia Mərkəzi tərəfindən hazırlanmış “Təhlükəsiz həyat naminə” adlı sənədli film nümayiş etdirilib.
Mərasimdə çıxış edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib ki, nazirlik əməkdaşlarının builki peşə bayramı əlamətdar bir dövrə təsadüf edir. Müdrik Azərbaycan xalqı növbəti dəfə öz uzaqgörənliyini, firavan həyata, inkişafa və xoşbəxt gələcəyə bağlılığını nümayiş etdirərək son 10 ildə ölkəmizi bu misli görünməmiş nailiyyətlərə qovuşdurmuş, xalqın sevimlisi, Ümummilli lider Heydər Əliyevin sadiq davamçısı İlham Əliyevi növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçmişdir. Seçkilər zamanı müşahidə olunmuş fəallıq və səsvermə prosesində iştirak etmiş vətəndaşların böyük əksəriyyətinin məhz İlham Əliyevə səs verməsi dövlətimizin başçısının siyasi fəaliyyətinə, Azərbaycanın davamlı inkişafına verilən yüksək qiymətdir. Nazir peşə bayramı münasibətilə nazirliyin şəxsi heyətini təbrik edib.
K.Heydərov bildirib ki, peşə bayramı ərəfəsində nazirliyin xidmətdə fərqlənən əməkdaşlarının fəxri adlara, orden və medallara layiq görülməsi, ali hərbi və xüsusi rütbələrlə təltif olunması bizi daha səmərəli fəaliyyət göstərməyə ruhlandırmaqla, həm də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinə göstərdiyi yüksək diqqət və qayğının bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, cari ildə nazirliyin qurumlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, inzibati, xidməti bina və qurğuların tikintisi, köhnə obyektlərin bir qismində əsaslı təmir və yenidənqurma işləri davam etdirilib. Ümumilikdə 54 obyekt üzrə tikinti-quraşdırma işləri aparılmış, onlardan Yasamal və Abşeron rayonlarının dövlət yanğından mühafizə hissələrinin depo binaları təhvil verilib. Səngəçal qəsəbəsində Aviasiya dəstəsinin bazasında, nazirliyin Akademiya kompleksində və Neftçala rayonunda Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin dib dərinləşdirmə işləri idarəsinin bazasında işlər tam başa çatdırılıb. Hazırda Mülki Müdafiə Qoşunlarının Qəbələ və Səngəçal alaylarında, Qəbələ və Ağdaş rayonlarının dövlət yanğından mühafizə hissələrinin və Badamdar dövlət yanğından mühafizə bölməsinin Depo binalarında, Səngəçal qəsəbəsində 40 mənzilli yataqxana binasında tamamlanma işləri aparılır.
İl ərzində müxtəlif təyinatlı texnikalar, o cümlədən 20 “İVECO” və 25 “Kamaz” markalı yanğınsöndürən avtomobil, hava limanı üçün iki yanğınsöndürən avtomobil, 5 “AC40” avtoçən, “Chevrolet-Niva” markalı 10 avtomobil, 3 yükləyici, 5 “Banelli-110” tipli skuter alınaraq aidiyyəti üzrə qurumların istifadəsinə verilib. İlin sonunadək 11 “İVECO” və 5 “Kamaz” markalı yanğınsöndürən avtomobilin təhvil alınması gözlənilir. Həmçinin partlayıcı əşyaların və maddələrin zərərsizləşdirilməsi və daşınması üçün avadanlıq və avtomobilin, “İzotop” xüsusi kombinatı üçün ləvazimat, zəruri sayda əleyhqaz və ehtiyat hissələrinin alınması üçün prosedurlar həyata keçirilmiş və bu işin ilin sonunadək başa çatdırılması gözlənilir.
Bildirilib ki, bayram ərəfəsində Bakının Suraxanı rayonunda 144 mənzilli iki yaşayış binasının tikilib nazirliyin əməkdaşlarının istifadəsinə verilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinə daimi diqqət və qayğısının növbəti bir göstəricisidir.
Nazir vurğulayıb ki, ötən illərdə olduğu kimi, cari ildə də fövqəladə hallar orqanları dövlət quruculuğu işlərində öncüllər sırasında olub, vətəndaşlarımızın əmin-amanlıq şəraitində yaşamasını, onların və əmlaklarının təhlükəsizliyini etibarlı təmin ediblər. Baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə il ərzində müvafiq tədbirlər davam etdirilib, o cümlədən yanğından mühafizə sahəsində əməliyyat şəraiti daim diqqət mərkəzində saxlanılıb.
Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə daim verdiyi yüksək qiymətə, göstərdiyi diqqət və qayğıya görə nazirliyin bütün şəxsi heyəti adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirən nazir dövlətimizin başçısını əmin edib ki, fövqəladə hallar orqanlarının əməkdaşları bundan sonra da ölkə əhalisinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması kimi çox məsuliyyətli, eyni zamanda, şərəfli vəzifənin öhdəsindən layiqincə gəlmək üçün bütün qüvvə və bacarıqlarını səfərbər edəcək, daim yeniləşən və inkişaf edən Azərbaycanın qurucularının ilk sıralarında gedəcəklər.
Mərasimdə Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın orden və medallarla təltif edilməsi haqqında sərəncamları oxunub.
Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təltif olunan bir qrup əməkdaşa mükafatları təqdim edib.
Həmçinin nazirliyin xidmətdə fərqlənən əməkdaşları fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə təltif olunublar.
Mərasimdə Prezident İlham Əliyevə müraciət qəbul edilib.
Xəbər lenti
Hamısına baxGündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43

